Bir dövr Alen Delonla eyni kinoya çəkilən məşhurlarımıza tələb niyə azalıb?


Şou-biznes 26 Fev 2023 02:31:00 222 0

Bir dövr Alen Delonla eyni kinoya çəkilən məşhurlarımıza tələb niyə azalıb?

Sovet dönəmində Azərbaycan aktyorları müttəfiq respublikaların çəkdiyi filmlərdə də rol alıblar. Hətta sovet məkanını aşıb, xarici filmlərdə rol alanlar da olub.

Son.az lent.az-a istinadən kiçik bir xatırlatma edib.

Xalq artisti Tariyel Qasımov "Mosfilm", "Tacikfilm", "Türkmənfilm", "Özbəkfilm" , habelə Almaniyanın "DAFE" kinostudiyalarının çəkdiyi filmlərdə, Xalq artisti Fuad Poladov rus və türk filmlərində, Bəşir Səfəroğlu Orta Asiya kinosunda maraqlı obrazlar yaradıblar.

Hacı Murad Yegizarov Almaniyanın 2005-ci ildə lentə aldığı "Şpeyer və o" filmində polkovnik Raginski, Hüseynağa Sadıqov Rusiya istehsalı olan "Ələddinin sehrli çırağı" filmindəki vəzir obrazı ilə çox seviliblər. Ən çox "Ulduz" filmindəki kolxoz sədri Qədir obrazı ilə xatırlanan Bahadur Əliyev SSRİ-Hindistanın birgə çəkdiyi "Əlibaba və 40 quldur" filmində, özbəklərin sevimli filmi olan "Şerəli və Aybərçin" filmində çox maraqlı obrazlar yaradıb. Əsasən epizodik obrazlarda oynayan aktyor Ələsgər Məmmədoğlu Rusiya-Almaniya istehsalı olan "Tehran-43" filmində məşhur Alen Delonla tərəf müqabili olub.

Müstəqillik illərində bu tendensiya zəifləsə də, tam yox olmayıb.

Xalq artisti Fəxrəddin Manafov Rusiyanın kino və serial bazarında tələb olunan aktyor olaraq qalmaqdadır.

Əməkdar artist Mehriban Xanlarova Türkiyədə rejissorların diqqətini cəlb edib. O, "Bizim Məhəllə", "Cinlər və Pərilər" seriallarında kiçik rollar oynayıb. Hərbi mahnıları ilə daha çox tanıdığımız Şəmistan Əlizamanlı türk seriallarında rol oynayan azsaylı aktyorlarımızdandır. O, "Diriliş Ərtoğrul" serialında Ozan rolunu alıb. Rejissor Kənan M.M. də döyüş seriallarından birində azərbaycanlı hərbçi rolunu canlandırıb. Amma bu rolların heç biri baş rol olmayıb.

Nəzərə almaq lazımdır ki, azərbaycanlı aktyorlar çox yüksək qonorar da tələb etmirlər. Bəs niyə bizim aktyorlarımıza tələb yoxdur?

Bu suala Xalq artisti Şeyx Əbdül Mahmudov cavab verib:

"Birinci ona görə ki, dil bilgisi önəmlidir. Türklər hətta azərbaycanlı roluna belə öz aktyorlarını çəkməyə üstünlük verirlər. İkinci səbəb aktyorlarımızın bu ölkədə menecerlərinin olmamasıdır. Türk kino və serialları çəkilərkən aktyorların menecerləri o rolu ala bilmək üçün yumşaq dillə desək, savaşa çıxırlar.

Sovet dönəmində aktyorların başqa respublikaların istehsalı olan filmlərdə çox çəkilməsinin əsas səbəbi buna dövlətin qoyduğu tələb idi. Məsələn, Azərbaycanda çəkilən hər filmdə mütləq şəkildə bir xarici aktyor iştirak etməli idi, keçmiş filmlərimizə fikir versəniz, bunu görərsiniz. Azərbaycanlı aktyorları əsasən şərq motivlərindən bəhs edən filmlərə çəkərdilər. "Ələddinin sehirli çırağı" filmində vəzir roluna çəkilən Hüseynağa Sadıqovun rus dilindəki güclü aksentini də məhz buna görə saxlayıb, rolu dublyajla səsləndirməmişdilər. İndi xarici bazarlara, xüsusən Rusiya kino bazarına çıxmaq üçün tanışlıq əsas rol oynayır. Avropa kinosunun isə bizim alışmadığımız qanunları və yetərli sayda aktyorları var. Hollivuda, Avropaya çıxmaq olar. Aktyorlarımızın istedadı buna imkan verir. Amma bu işi aktyor təkbaşına edə bilməz. Həmin ölkədən menecerlə işləməlidir".

Hemodializin risk faktorları like
  • 26 Fev 02:02  
Digərləri Hemodializin risk faktorları

Bəzi xəstəliklər vardır ki, onlar böyrəklərin fəaliyyətini korlayır v

arrow Ətraflı
Etdikləri səhvləri sonradan başa düşən BÜRCLƏR like
  • 26 Fev 01:31  
Digərləri Etdikləri səhvləri sonradan başa düşən BÜRCLƏR

İnsanlar bəzən etdiklərinə, bəzənsə etmədiklərinə görə peşman olur

arrow Ətraflı
Süd allergiyası like
  • 26 Fev 01:01  
Digərləri Süd allergiyası

Süd allergiyası uşaq allergiya xəstəlikləri arasında tez-tez rast gəlin�

arrow Ətraflı
Xocalı faciəsinə görə Azərbaycana qayıtdı, ona silah vermədilər, like
  • 26 Fev 00:31  
Digərləri Xocalı faciəsinə görə Azərbaycana qayıtdı, ona silah vermədilər,

Son.az Kulis.az-a istinadən Milli Qəhrəman, kəşfiyyatçı baş leytenant V�

arrow Ətraflı
Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib  FOTO like
  • 26 Fev 00:07  
Siyasət Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəs

arrow Ətraflı
Günün qoroskopu: peşəkar fəaliyyət arealında yeniliklərə başlaya bilərsiniz like
  • 26 Fev 00:01  
Digərləri Günün qoroskopu: peşəkar fəaliyyət arealında yeniliklərə başlaya bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Ledi Qaqa itlərini girov götürənə pul vermədi: like
  • 25 Fev 23:59  
Dünya Ledi Qaqa itlərini girov götürənə pul vermədi:

Ledi Qaqa itlərə görə məhkəməyə verilib.

arrow Ətraflı
Məşhur nağaraçı evində like
  • 25 Fev 23:56  
Dünya Məşhur nağaraçı evində

Fenomen nağara ifaçısı Handevi Gündoğan evinin bağçasında yanaraq ölü

arrow Ətraflı
Türkiyəyə həmrəylik mesajı vermişdilər – Bu dəfə “körpünü uçurarıq” hədəsi gəldi like
  • 25 Fev 23:53  
Dünya Türkiyəyə həmrəylik mesajı vermişdilər – Bu dəfə “körpünü uçurarıq” hədəsi gəldi

İki ölkə arasında dialoq davam edərkən, Yunanıstan xarici işlər nazirin

arrow Ətraflı
Bu geyimlərdən qurtulmaq lazımdır like
  • 25 Fev 23:49  
Digərləri Bu geyimlərdən qurtulmaq lazımdır

Stilist Kristin Nikolson insanların ən çox iyrəndiyi qarderob əşyalarını

arrow Ətraflı
DƏHŞƏT! Türkiyədə zəlzələ zamanı EV "YERİDİ" like
  • 25 Fev 23:45  
Dünya DƏHŞƏT! Türkiyədə zəlzələ zamanı EV "YERİDİ"

Kahramanmaraşda fevralın 6-da iki ardıcıl güclü zəlzələlər Türkiyəni

arrow Ətraflı
Aİ İranın bir neçə qurumuna sanksiya tətbiq edib like
  • 25 Fev 23:43  
Dünya Aİ İranın bir neçə qurumuna sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) İranın bir neçə qurumuna sanksiya tətbiq edib.

arrow Ətraflı
Hamilə qalmaq istəyənlərə XƏBƏRDARLIQ – like
  • 25 Fev 23:40  
Digərləri Hamilə qalmaq istəyənlərə XƏBƏRDARLIQ –

Tibbdə skipidar vannalar müxtəlif xəstəliklərin müalicəsində istifadə

arrow Ətraflı
Tünzalə Əliyevanın like
  • 25 Fev 23:35  
Şou-biznes Tünzalə Əliyevanın

Əməkdar artist Tünzalə Əliyevanın məzarının görüntüsü yayılıb.

arrow Ətraflı
Tanınmaz dərəcədə dəyişən Hollivud ulduzları  FOTO like
  • 25 Fev 23:31  
Dünya Tanınmaz dərəcədə dəyişən Hollivud ulduzları FOTO

Şöhrət və pul insanı çox dəyişir. Bir də, əlbəttə, zaman. Bir çox u

arrow Ətraflı