Bugündən ölkəyə gətirilən telefonlar... Qərar
Digərləri 15 Fev 2023 22:44:00 326 0
Fiziki şəxslər tərəfindən ölkə ərazisinə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi bu gündən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.
Bu xəbəri də oxu: "Konvensiyanın üzvü olan bütün tərəflər qazıntı yanacaqlarının istifadəçisidirlər"
Son.az axar.az-a istinadən bildirir ki, bununla bağlı ötən aydan artıq Dövlət Gömrük Komitəsinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında müvafiq bildirişlər göstərilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən, xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Bəyannamə yazılı, yaxud elektron köşklər, eləcə də "e.customs.gov.az" portalı və ya "Smart Customs" mobil tətbiqi vasitəsilə elektron qaydada gömrük orqanına təqdim edilə bilər.
Fevralın 15-dən etibarən mobil telefonların "portal.rinn.az" saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir. Bu gündən bəyan edilməyən və rüsumu ödənilməyən mobil cihazların ölkə daxilində IMEI qeydiyyatı həyata keçirilməyəcək.
Qeyd edək ki, ölkəyə gətirilən məhsul 800 dollardan baha olarsa, qiymətdən 800 dollar çıxılacaq və yerdə qalan məbləğ üçün 36 faizədək rüsum ödəniləcək. Rüsumsuz olsa belə, bəyan mütləq edilməlidir. Yəni, aldığınız smartfonun qiyməti 800 dollardan az olsa belə, gömrükdə bəyan edilməlidir.
Xatırladaq ki, Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun IMEI nömrəsini dəyişdirənlər 12 min manatadək cərimələnəcək.
Gömrük sərhədindən keçirilən mobil telefonun bəyan edilməməsi isə öz növbəsində inzibati məsuliyyət yaradır.
Türkiyənin Elazığ vilayətində zəlzələ ilə bağlı fövqəladə vəziyy
Ukrayna Rusiyaya məxsus Ka-52 hücum və kəşfiyyat helikopterini məhv edib.
Aydındır ki, indilikdə nə Türkiyənin, nə Azərbaycanın Türkiyəyə gəl
Ukrayna ordusu Rusiya qoşunlarının şəxsi heyətinin və hərbi texnikasın�
İsrail parlamenti (Knesset) terrorçuların vətəndaşlıqdan məhrum edilməs
Almaniyanın 15 polis əməkdaşı Ermənistanın Azərbaycanla sərhədində AB
İmişli və Saatlının bir hissəsində qaz təchizatında müvəqqəti fasil�
Rusiyada dollar bu gün daha 0,77 rubl bahalaşaraq, 74,57 rubla çatıb.
"Ukrayna bir neçə aydan sonra hücuma keçməyə hazır olacaq".
Fransa Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səf
Ölkələr mümkün qədər tez bir zamanda Ukraynaya tanklar verməlidirlər.
Naxçıvan Muxtar Respublikasında sərnişindaşıma xidmətlərinin tarifləri
Azərbaycan və Türkiyə teleradio kanallarının yardım kampaniyası çərçi
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacı