Ermənistan Türkiyə ilə RAZILIĞA GƏLDİ Bakının


Siyasət 15 Fev 2023 15:04:00 320 0

Ermənistan Türkiyə ilə RAZILIĞA GƏLDİ  Bakının

Ermənistanla Türkiyənin diplomatik münasibətləri normallaşmağa doğru gedir. Bu gün növbəti dəfə bu istiqamətdə çox böyük bir addım atıldı. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün - fevralın 15-də Türkiyədə rəsmi səfərdədir.

Səfər çərçivəsində Ankarada Mirzoyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında artıq ikitərəfli görüş keçirilib, nazirlər mətbuata bəyanatlarla da çıxış ediblər. Bakının bu görüşdən gözləntilərini yaxşı bilən Ankara yaxşı anlayır ki, Ermənistan-Azərbaycan münasibətlərindən dolayı Azərbaycanda sözügedən səfərə diqqət olduqca böyükdür. 

M.Çavuşoğlu Mirzoyanla görüşü zamanı ilk olaraq Ermənistan rəhbərliyinə təşəkkürünü bildirib: "Paşinyanın və Ararat Mirzoyanın zəlzələ ilə bağlı dəstəklərini yüksək qiymətləndiririk".

Bununla da Ankara İrəvana bir mesaj vermiş oldu ki, Türkiyə Ermənistandan atılacaq istənilən xoşməramlı addıma qarşılıq verməyə, onu dəyərləndirməyə hazırdır. 

Türkiyə XİN başçısı eyni zamanda bildirib ki, "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması bölgəmizdə sabitliyə töhfə verəcək". Çavuşoğlu bu bəyanatla eyni zamanda Ermənistan hakimiyyətinə eyham vurub ki, Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi Azərbaycan-Ermənistan münasibətlərindən asılıdır. 

Bunu Çavuşoğlu erməni həmkarı ilə dialoqdan sonra mətbuata bəyanatla çıxışı zamanı belə ifadə etdi: "Türkiyə ilə Ermənistan, eləcə də Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulması regionun təhlükəsizliyini təmin edəcək və iqtisadi inkişaf üçün təkan olacaq".

Türkiyə XİN başçısının sözlərindən o da aydın olur ki, Ankara İrəvanla normallaşma məsələsində hansı addımları atmağın vacibliyini qarşı tərəfə açıq şəkildə şərt kimi qoyub və İrəvan bu şərtlərdən narazı deyil. Ankaranın İrəvan qarşısında qoyduğu şərtlərdən biri böyük ehtimalla Azərbaycanın Ermənistana təkliflər paketi əsasında İrəvanın götürdüyü öhdəliklərin icrası məsələlərini əhatə edir.

Xüsusilə nəzərə alsaq ki, 4 gün əvvəl Xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraşa gedərək dağıntılar olan ərazilərə baş çəkməklə dəhşətli faciəylə bağlı bir daha qardaş Türkiyəyə Azərbaycan adına dəstəyini, bu çətin gündə dərdlərinə şərik olduğunu ifadə edib. Amma böyük ehtimalla Kahramanmaraş səfərinin gündəliyi bununla məhdudlaşmayıb.

Bayramovun Türkiyənin böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələ nəticəsində zərər çəkmiş Kahramanmaraş şəhərinə səfərinin gündəliyinə regionda baş verən son proseslərin, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üzrə məsələlərin salındığı istisna edilmir. O da istisna edilmir ki, Türkiyə Ermənistanla uzun illər sonra sərhədin açılması məsələsini bu görüş əsnasında rəsmi Bakı ilə hərtərəfli müzakirə edib. 

Ümumilikdə mətbuata bəyanatla çıxış edən hər iki ölkənin XİN başçısının açıqlamalarından belə anlaşılır ki, Türkiyə və Ermənistan ölkələr arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların sürətləndirilməsi barədə razılığa gəliblər. 

Mirzoyanın da bəyanatlarında Türkiyə ilə münasibətlərin tənzimlənməsində, səhmana salınmasında Ermənistanın bu zamana kimi olmadığı qədər maraqlı olduğu aydın sezilir: "35 ildən sonra quru sərhədimiz açılıb. Bu, simvolik addımdır. Biz diplomatik münasibətlərin bərpasının tərəfdarıyıq".

Nəzərə alsaq ki, İrəvan özünə uzun 10 illiklər əzəli düşmən elan etdiyi Azərbaycan və Türkiyənin bir-biri üçün əvəzsiz, "olmazsa olmaz" səviyyəsində qardaşlıq münasibətindən, iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsinin "iki dövlət-bir millət" məşhur deyimindən "bir dövlət-bir millət" səviyyəsinə qalxdığından xəbəri var, demək ki, Ermənistan Ankaranın "Bakının şərtləri qəbul edilməlidir" tələblərini qəbul etməyə özünü hazır hiss edir. Ermənistanın hazırki vəziyyəti özü üçün tarixi bir fürsət görə bilər. 

Maraqlı məqam ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Ermənistan rəsmiləri təmaslara başladılar, hər iki tərəf danışıqlarda təmsilçi təyin etdi. Zəlzələ prosesi nisbətən sürətləndirdi. Böyük ehtimalla sərhəd bundan sonra qapadılmayacaq və bu iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ olacaq.

Şübhəsiz ki, sərhədin açılması Ermənistanın məsuliyyətini artırır. Çünki Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması o demək deyil ki, irəvanın Bakıya qarşı bundan sonrakı hər hansı təxribatı Bakıdan adekvat tədbirlərlə cavablandırılmayacaq və yaxud da Azərbaycan bundan sonra Ermənistanın provokasiyalarına hərbi əməliyyat məsələsini gündəlikdən çıxaracaq.

Əksinə...

Ermənistan Azərbaycana qarşı təxribat edərsə, bu, növbəti müharibəyə səbəb olacaq. O da istisna edilmir ki, Türkiyə-Ermənistan sərhədi yenidən bağlanacaq. 

Türkiyə-Ermənistan sərhədinin açılması iki ölkə arasında iqtisadi münasibətlərin qurulmasından ziyadə Zəngəzur dəhlizinin açılması məsələsini daha da aktuallaşdırmış olur. Çünki Ermənistan Rusiyanın siyasi təsirindən qurtulmaq ve regional əməkdaşlığa üstünlük vermək istəyirsə, Türkiyə ilə paralel olaraq Azərbaycanla da danışıqları intensivləşdirməlidir. 

Bu isə Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanması məsələsinin sürətləndirməsi demək olar bilər. Lakin istənilən halda zərrə qədər də şübhə edilmir ki, Ankara bu məsələdə Azərbaycanın mövqeyini mümkün qədər nəzərə alır və bundan sonra da alacaq. 

Təhməz Əsədov Son.az

Azərbaycandan göndərilən yardımlardakı qeydlər duyğulandırdı  FOTO like
  • 15 Fev 15:00  
Digərləri Azərbaycandan göndərilən yardımlardakı qeydlər duyğulandırdı FOTO

"Əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərdən zə

arrow Ətraflı
Toy karvanında ağır qəza: bəy öldü  FOTO like
  • 15 Fev 14:51  
Digərləri Toy karvanında ağır qəza: bəy öldü FOTO

Türkiyədə toy karvanında ağır yol qəzası baş verib.

arrow Ətraflı
“Sevgililər günündə hədiyyəm gəlib, kişi həmkarlarım...” like
  • 15 Fev 13:40  
Şou-biznes “Sevgililər günündə hədiyyəm gəlib, kişi həmkarlarım...”

"Sevgililər gününü evdə qızımla və bacım oğlu  ilə keçirmişə

arrow Ətraflı
"Cənubi Qafqazda normallaşma prosesi davam edir" like
  • 15 Fev 13:39  
Digərləri "Cənubi Qafqazda normallaşma prosesi davam edir"

Cənubi Qafqazda normallaşma prosesi davam edir.

arrow Ətraflı
Tamamilə yox olan kəndin sakini: "Altı övladımı, nəvələrimi itirdim..."  VİDEO like
  • 15 Fev 13:31  
Dünya Tamamilə yox olan kəndin sakini: "Altı övladımı, nəvələrimi itirdim..." VİDEO

Türkiyədə fevralın 6-da baş verən zəlzələ bəzi kəndləri demək olar

arrow Ətraflı
İranda atışma baş verib: Dörd nəfər yaralanıb  VİDEO like
  • 15 Fev 13:20  
Digərləri İranda atışma baş verib: Dörd nəfər yaralanıb VİDEO

Ötən gecə İranın İlam əyalətinin Dehloran şəhərində etirazçılarla

arrow Ətraflı
“Bir ildən çoxdur ki, narkotikdən uzağam” like
  • 15 Fev 13:11  
Şou-biznes “Bir ildən çoxdur ki, narkotikdən uzağam”

"Aparıcı Zaur Baxşəliyev və onun "Bizimləsən" verilişi m�

arrow Ətraflı
Sabah rayonlara qar yağacaq like
  • 15 Fev 13:10  
Digərləri Sabah rayonlara qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir

arrow Ətraflı
Prezident İlham Əliyevin yeni enerji paradiqmasının qlobal təsiri  TƏHLİL like
  • 15 Fev 12:59  
Digərləri Prezident İlham Əliyevin yeni enerji paradiqmasının qlobal təsiri TƏHLİL

Fevralın 13-də "Gülüstan" sarayında 1280 MVt gücündə İstilik

arrow Ətraflı
Bulvardakı sevgi skamyası  VİDEO like
  • 15 Fev 12:51  
Digərləri Bulvardakı sevgi skamyası VİDEO

Son.az APA TV-nin sevgililər günü ilə bağlı hazırladığı videoroliki t�

arrow Ətraflı
Dünyada bir ilk: Bakıda dağılmış yolu xalı ilə “yamadılar”  FOTO like
  • 15 Fev 12:50  
Digərləri Dünyada bir ilk: Bakıda dağılmış yolu xalı ilə “yamadılar” FOTO

Bu mənzərə ucqar kəndlərdə deyil, Bakının Xətai rayonunda qeydə alın�

arrow Ətraflı
Həyat yoldaşından "Toppuş bacı" ilə bağlı paylaşım like
  • 15 Fev 12:40  
Şou-biznes Həyat yoldaşından "Toppuş bacı" ilə bağlı paylaşım

"Bir neçə il əvvəl birinə sual verdilər ki, sevgini bir kəliməylə

arrow Ətraflı