Ötən il iki minə yaxın bələdiyyə aktı ləğv edilib
Digərləri 15 Fev 2023 12:20:00 352 0
2022-ci il ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 95.466 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində-2.848) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 91.307 (95,6%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib.
Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə məruzədə qeyd edilib.
Hüquqi ekspertiza nəticəsində normativ hüquqi aktların tələblərinə zidd olan 3.699 aktın "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilmiş, digər aktlar (460) isə baxılmaqdadır. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1.947 akt ləğv edilmiş, 1.399 akt dəyişdirilmiş, 315 təklif isə baxılmaqdadır. Bələdiyyələr tərəfindən təmin olunmayan 38 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4.576 müraciətdən 4.180-nə baxılmış, 124-ü aidiyyəti üzrə göndərilmiş, 272 müraciət isə baxılmaqdadır. Müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilmiş qanunvericiliyin tələblərinə zidd 100 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə təkliflər verilmişdir. Həmin təkliflər əsasında 97 akt ləğv edilmiş, 2 akt üzrə məhkəmədə iddia qaldırılmış, 1-i isə baxılmaqdadır.
Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 3.799 aktdan 2.044-ü ləğv edilmiş, 1.399-u dəyişdirilmiş, təmin olunmayan 40 təklif üzrə məhkəmələrdə iddia qaldırılmış, 316 təklif isə baxılmaqdadır.
"TikTok"da gəlininin çəkdiyi videolar ilə məşhurlaşan qayınana
Müğənni Ayan Babakişiyeva həmkarı Nadir Qafarzadə ilə haqlarında yayıl
Türkiyədə zəlzələdə həlak olan Azərbaycan vətəndaşlarının sayı 10
Dünyaca məşhur ABŞ-li müğənni, aktrisa, prodüser Madonna "Sevgilil�
Martın 8-də Heydər Əliyev Mərkəzində keçiriləcək "Opera və moda.
Bugündən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi
Moskva üçün müttəfiq, tərəfdaş, dost-qonşu ölkə anlayışı yoxdur, o
Son hallarda onlayn fırıldaçılıq halları artıb. Xüsusilə internet üzə
Bakıda iki qardaş taksi sürücüsünü döyərək avtomobilini yararsız vəz
Azərbaycan ilə Serbiya arasında münasibətlər möhkəm dostluq, qarşılıq
2022-ci il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunmas
Aparıcı Vüsalə Əlizadə həbs edilən prodüser Təranə Səmədova barəd�
2022-ci ildə inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14
Akademik Milli Dram Teatrının truppa müdiri Elnur Məmmədova ağır itki üz
Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə təbrik məktub