İrəvanın üzü də, arxası da eynidir Moskva seçim edə bilmir
Digərləri 15 Fev 2023 10:10:00 349 0
Rəsmi İrəvanın Avropa İttifaqının (Aİ) monitorinq missiyasını ölkəyə dəvət etməsi Rusiyanı özündən çıxarıb. Gərginlik o həddə çatıb ki, Ermənistanın hakim partiyası "Mülki müqavilə" bununla bağlı bəyanat da yayıb. Bəyanatda bildirilir ki, Aİ-nin monitorinq missiyasının işi üçüncü ölkələrin maraqlarına qarşı yönəlməyib. "Mülki müqavilə" fraksiyasının katibi Artur Hovannisyan Aİ-nin monitorinq qrupunun dəvətinin məcburi olduğunu və üçüncü tərəfə qarşı yönəlmədiyini bəyan edib. O, həmçinin əlavə edib ki, hakim partiya müttəfiqlərə bu məsələnin əlavə aydınlaşdırılmasına ehtiyac görmür.
Bu xəbəri də oxu: Bu istiqmətlərə qatar reysləri təyin edilir
Hovannisyan bəyan edib ki, İrəvan həm Avropa, həm də Rusiya və İran tərəfdaşları ilə Ermənistan dövlətinin maraqlarına əsaslanaraq fəal xarici siyasət aparır. "Aİ-nin monitorinq missiyası mülki missiyadır, heç kimə qarşı yönəlməyib. Missiya Ermənistan sərhədlərində vəziyyətə nəzarət edəcək. Sizdən xahiş edərdim ki, burada heç bir geosiyasi kontekst axtarmayasınız", - Artur Hovannisyan bildirib.
Bu izahat, yəqin ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin başçılıq etdiyi rusiyalı siyasətçilərin və yüksək rütbəli məmurların tənqidinə cavab sayıla bilər. "Nezavisimaya qazeta" yazır ki, onlar İrəvanın hərəkətlərində geosiyasi dönüşün əlamətlərini tapırlar. Bu tənqidə KTMT də qoşulub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov keçirdiyi mətbuat konfransında təşkilatın məsuliyyət zonasında vəziyyətin gərgin olduğunu bildirib. Bildirib ki, çağırışların və təhdidlərin əsas mənbəyi bəzi Qərb dairələrinin KTMT ətrafında və ona üzv olan bəzi dövlətlər daxilində sabitliyə xələl gətirən destruktiv fəaliyyətidir.
"Diqqət NATO-nun hücum infrastrukturunun Belarus və Rusiyanın qərb sərhədlərinə qədər irəliləməsinə, Baltikyanı ölkələrin aqressiv ritorikası və Ukrayna böhranı fonunda artan hərbi fəallığa yönəlib. Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını nəzərə alaraq, ayrı-ayrı dövlətlərin Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin sərvətlərinə çıxış əldə etmək və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etmək cəhdləri Ermənistan-Azərbaycan sərhədində böhranın kəskinləşməsinə şərait yaradır", - Sidorov bildirib.
Rusiyanın Cənubi Qafqazdakı rolunu sabitləşdirən adlandıran hərbçi vurğulayb ki, "Vaşinqton və Brüssel Ermənistanın KTMT-yə üzvlüyünə baxmayaraq, münaqişədən sonrakı nizamlanmaya dair öz baxışlarına malikdir. Təhlükəsizlik modeli formatını tətbiq etməyə və KTMT-nin səylərini bərabərləşdirməyə çalışırlar".
Azər Nuriyev Son.az
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın
Türkiyədə baş verən dəhşətli zəlzələdə daha bir möcüzəvi olay ya�
Azərbaycan Ordusunun çətin relyefli və dağlıq ərazilərdə dislokasiya ol
Rusiyanın bir il ərzində Ukraynaya hücumu nəticəsində bu günə kimi birb
Azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış külli
"Dörd dost, dörd gənc... Necə deyim ki, ölüblər? Dilim gəlmir bu ba
Əməkdar artist Mehriban Xanlarovanın bacısı insult keçirib.
Bir neçə gün əvvəl erməni əsilli Rusiya vətəndaşı, milyarder Ruben Va
1989-cu ildə Xamenei ayətullah idi, Xomeyninin istəyi ilə bir günə mərcey
ABŞ-nin müdafiə naziri Lloyd Ostin Brüsseldə Ukraynanın müdafiəsi üzrə
Hazırda ABŞ-da olan Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru martda ö
Şimal qonşumuz bölgədə yeni müharibə arzulamırsa, yolu bəlli; Azərbayc
Baxmutun Rusiya ordusu tərəfindən zəbti müharibənin gedişatına təsir et