“Bu adamlar havada qalmalı deyil axı”


Digərləri 15 Fev 2023 08:04:00 334 0

“Bu adamlar havada qalmalı deyil axı”

Sənədsiz evlər, müqaviləsiz kirayə mənzillər, işsizlik ucbatından Bakıya üz tutmuş rayon sakinləri və nəticədə heç bir yaşayış ünvanında qeydiyyatı olmayan on minlərlə vətəndaş...

Qısa müddət sonra Azərbaycanda sənədləşmə işləri ilə bağlı vətəndaşların kütləvi şəkildə problemlərlə üzələşəcəyinin proqnozunu vermək olar. Daxili İşlər Nazirliyinin son qərarından sonra xeyli vətəndaşın şəxsiyyət vəsiqəsi etibarsız hesab olundu. Elə bu yaxınlarda "Qafqazinfo"ya müraciət edən Yasamal rayon sakini Nəsrulla Ağamalıyev kimi.

Qısaca xatırladaq ki, vətəndaş həyat yoldaşı ilə boşandığı üçün başqa bir evə kirayənişin kimi köçməli olub. 2019-cu ildə isə keçmiş həyat yoldaşı onu məhkəmə qaydasında əvvəlki evdə qeydiyyatdan çıxartdırıb. Kirayədə yaşadığı evin sahibi isə onun burada qeydiyyata düşməsinə icazə verməyib. Buna görə də Nəsrulla illər əvvəl Yasamal Rayon Polis İdarəsində qeydiyyata düşməli olub. O, sığorta şirkətlərindən birində sənədləşmə işi apararkən məlum olub ki,  polisdə qeydiyyatdan çıxarılıb və nəticə etibarilə şəxsiyyət vəsiqəsi etibarsız hesab olunur. Necə deyərlər, havadadır...

Son.az "qafqazinfo"-ya istinadən xatırladır ki, ötən aydan etibarən Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vaxtilə polis orqanlarının binalarında qeydiyyata düşmüş vətəndaşların hamısı qeydiyyatdan çıxarıldı. Nazirlik bu addımın sui istifadə hallarının qarşısını almaq üçün atıldığını bildirir: "Bu prosedur ilk növbədə həmin şəxslərin özləri üçün vacibdir. Diqqətə çatdırırıq ki, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kateqoriyadan digər şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar.

Lakin ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərdə və ya mənzillərdə yaşasalar da, polisin inzibati binalarından qeydiyyatdan çıxmaq üçün müraciət etməyiblər. Ona görə də qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə polisin inzibati binasında qeydiyyatda olan hər bir şəxsin uzun illər qeydiyyatda qalmasının səbəbləri, faktiki yaşayış yerinin olub-olmaması araşdırılıb və nəticələrindən asılı olaraq qanunauyğun tədbirlər görülüb.

Araşdırmaları zəruri edən daha bir səbəb hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranmasıdır. Xüsusi vurğulanmalıdır ki, vətəndaş yalnız faktiki yaşayış yeri olduqda və ya yaxın qohumlarının razılığı ilə onun yaşadığı ünvana qeydiyyata alınması mümkün olduğu halda polisin inzibati binasından qeydiyyatdan çıxarılır və dərhal olduğu yer üzrə qeydiyyata alınır. Hüquqi sənədi olmayan ünvanlarda yaşayan şəxslərin evlərinin sənədləşdirilməsi barədə isə aidiyyəti dövlət orqanlarına müraciət etmək tövsiyə olunur.

Əgər vətəndaşın özünün və yaxın qohumlarının yaşadıqları evlərin müvafiq sənədləri yoxdursa, bu barədə ərazi üzrə polis orqanına məlumat verə bilərlər. Polis orqanı tərəfindən araşdırma aparılandan sonra müvafiq qərar veriləcək".

ASAN Xidmət də məsələ ilə bağlı bildirir ki, vətəndaşın qeydiyyata alınması üçün ya əmlakı olmalıdır, ya da kirayə qaldığı, eləcə də qohumlarından birinin razılığı əsasında onların yaşadığı mənzilə qeydiyyata düşməlidir.

Vətəndaşların üzləşdiyi bu vəziyyətlə əlaqədar deputat Fazil Mustafanın da fikrini öyrəndik. O, "Qafqazinfo"ya açıqlamasında deyib ki, bu, ciddi və kütləvi problemdir: "Əgər sən vətəndaşın evinin mülkiyyət sənədini vermirsənsə, bəs o nə etsin, harada qeydiyyata düşsün? Axı haradasa qeydiyyatda olmalıdır. Yaxud da imkan yaradılmalıdır ki, öz rayonunda, kəndində normal işlə təmin olunsun. Bununla da vətəndaş Bakıya gəlməsin, yaşadığı ünvanın qeydiyyatına düşə bilsin. Bu adam havada qalmalı deyil axı. Bunların hamısını həll etdikdən sonra qeydiyyatdan çıxarmaq mümkün ola bilər.

Qeydiyyatdan çıxarılma olsa belə, buna görə şəxsiyyət vəsiqəsinin etibarsızlaşması olmamalıdır. Vətəndaşı belə sıxıntılara salmaq problemlərə səbəb ola bilər. Çünki belə vətəndaşlarımız çoxdur. Bu vətəndaşları sərhəddən kənara çıxara bilmərik ki! Bu məsələ çox böyük problemlər ortaya çıxara bilər. Biz qanunverici orqan kimi təcili şəkildə məsələni gündəmə gətirməliyik və problem kompleks şəkildə həll olunmalıdır".

Məsələ ilə bağlı vətəndaşlıq vəziyyətləri üzrə ixtisaslaşmış vəkil Orxan Dadaşovla da əlaqə saxladıq. Vəkillər Kollegiyasının üzvü saytımıza bildirdi ki, sözügüdən məsələ yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən tənzimlənir: "Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün polis orqanına müraciət etməlidir. Bu zaman o, özü haqqında ərizə-anket, şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə və yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (çıxarış, order, icarə və ya kirayə müqaviləsi və s.) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.

Lakin məlumdur ki, bir çox insan bələdiyyə sənədi ilə alınmış, dövlət reyestrindən keçməmiş yeni tikililərdən alınmış və yaxud da özbaşına tikilidə yaşamaqdadır. Bu zaman həmin vətəndaşlar yaşayış yeri üzrə qeydiyyata düşmək üçün müraciət etdikləri zaman göstərilmiş sənədlərdən birini təqdim edə bilmədikləri üçün onlara imtina verilir və məhkəməyə müraciət edə biləcəkləri qeyd edilir.

Messi Türkiyədəki zərər çəkənlərə qəpik də verməyib like
  • 15 Fev 08:00  
Dünya Messi Türkiyədəki zərər çəkənlərə qəpik də verməyib

PSJ-nin hücumçusu Lionel Messinin Türkiyə və Suriyada zəlzələdən zərə

arrow Ətraflı
"Rusiyaya qarşı yeni sanksiyalar..." like
  • 15 Fev 07:55  
Dünya "Rusiyaya qarşı yeni sanksiyalar..."

Avropa İttifaqının Rusiyaya qarşı onuncu məhdudlaşdırıcı tədbirlər p

arrow Ətraflı
"Barselona" Türkiyə üçün çağırış etdi like
  • 15 Fev 07:50  
Dünya "Barselona" Türkiyə üçün çağırış etdi

İspaniyanın "Barselona" komandası sosial media hesabında video pay

arrow Ətraflı
Moldova üçün Rusiya təhlükəsi yoxdur  ABŞ like
  • 15 Fev 07:46  
Dünya Moldova üçün Rusiya təhlükəsi yoxdur ABŞ

ABŞ hazırda Moldova üçün birbaşa hərbi təhlükə görmür.

arrow Ətraflı
Türkiyədə zəlzələdə yaxınlarını itirənlərə veriləcək təzminatın həcmi açıqlandı like
  • 15 Fev 07:41  
Dünya Türkiyədə zəlzələdə yaxınlarını itirənlərə veriləcək təzminatın həcmi açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından

arrow Ətraflı
Rusiyada bu hərbçilərin hazırlığı niyə aşağı olur? like
  • 15 Fev 07:37  
Dünya Rusiyada bu hərbçilərin hazırlığı niyə aşağı olur?

Səfərbərliyə cəlb olunan Rusiya hərbçiləri iki-üç həftə təlim keçi

arrow Ətraflı
Naməlum xeyriyyəçi zəlzələ qurbanlarına 30 milyon dollar ianə etdi like
  • 15 Fev 07:32  
Dünya Naməlum xeyriyyəçi zəlzələ qurbanlarına 30 milyon dollar ianə etdi

Naməlum şəxs Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 30 milyon dol

arrow Ətraflı
Rusiya iki istiqamətdən müdafiəni yarmağa çalışır  Qayday like
  • 15 Fev 07:27  
Dünya Rusiya iki istiqamətdən müdafiəni yarmağa çalışır Qayday

Rusiya ordusu Kremennoy yaxınlığındakı hücumda ağır texnikadan istifadə

arrow Ətraflı
Xankəndində separatçı Vitali Balasanyana qarşı cinayət işi açılıb like
  • 15 Fev 07:18  
Siyasət Xankəndində separatçı Vitali Balasanyana qarşı cinayət işi açılıb

Xankəndinin separatçı guruhu Qarabağın keçmiş qondarma "Təhlükəsi

arrow Ətraflı
İsveçrədə hökumət binaları mühasirəyə alındı like
  • 15 Fev 07:14  
Dünya İsveçrədə hökumət binaları mühasirəyə alındı

İsveçrənin paytaxtı Berndə parlament və hökumət binalarının yerləşdi

arrow Ətraflı
ABŞa məxsus 200dən çox hərbi texnika Avropaya gətirilib like
  • 15 Fev 07:09  
Dünya ABŞa məxsus 200dən çox hərbi texnika Avropaya gətirilib

ABŞ-a məxsus 150-dək hərbi texnika və 60 "Bardley" piyada döyü�

arrow Ətraflı
Bu ölkələr Ukraynaya “Leopard2” verməyəcək like
  • 15 Fev 07:04  
Dünya Bu ölkələr Ukraynaya “Leopard2” verməyəcək

Niderland və Danimarka Ukraynaya "Leopard-2" tanklarının tədarük�

arrow Ətraflı
1 ildir evli olan cütlük də zəlzələdə öldü  FOTO like
  • 15 Fev 05:44  
Digərləri 1 ildir evli olan cütlük də zəlzələdə öldü FOTO

Türkiyədə baş verən zəlzələ gənc ailələri də yarımçıq qoyub. Qazi

arrow Ətraflı
“Təskinlik tapdım ki, kilolu xanım da ana ola bilər” like
  • 15 Fev 04:22  
Şou-biznes “Təskinlik tapdım ki, kilolu xanım da ana ola bilər”

Aktrisa-aparıcı Xuraman Əlizadə növbəti dəfə mərhum Əməkdar artist T�

arrow Ətraflı