Günün qoroskopu: ədalətli, soyuqqanlı, təmkinli olun


Digərləri 05 Fev 2023 00:01:00 286 0

Günün qoroskopu: ədalətli, soyuqqanlı, təmkinli olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - qeyri-adi, yaşanacaq hadisələri uzun zaman unuda bilməyəcəyiniz gündür. İş heç də spontan olayların qəfilliyində deyil. Problem baş verənlərə həddən ziyadə emosional reaksiyalarınızdadır. Hər kiçik məsələni önəmli və mühüm iş saymayın.

Maraqlı tanışlıqlar, sizi yeni və orijinal ideyalara sövq edəcək insanlarla görüş istsina deyil.

Günün ikinci yarısında proseslərə səthi yanaşmayın. Sidq-ürəkdən sevinin, amma planlaşdırılan işləri unutmayın. Axşam saatlarında mənfi emosiyalardan qurtulun. Bəzi işləri təxirə salmaq olar.  

Buğa - sürprizlərə hazır olun. Yaşam tərzinizdə dəyişikliklərə start verəcək xəbər almağınız istisna deyil. Yeni imkanları görün, onlardan yararlanmağın yollarını araşdırın. Təhlillərinizdə dəqiq olun. Yaxın ətrafınızdakı insanların diqqətindən yayınan məqamları görün.

Romantik münasibətlər üçün yaxşı gündür. Qətiyyətli və əzmkar olun.

Axşam saatlarında gəzintiyə çıxın. Belədə yuxusuzluğa düçar olmazsınız.

Əkizlər - sürətlə və dəqiq düşünün. Mühüm işləri təxirə salmayın, rəqibləri geridə qoyun. İntuisiyanız sizi aldatmayacaq. Səhvlərə yol verməyin. Sizdən tələb olunan məsələ təhtəlşüurun sizə verdiyi siqnalları anlamaqdır. Mühüm görüşlər, ciddi məsələlərin müzakirəsi üçün yaxşı gündür. Hətta əvvəllər diametral əks mövqe tutduğunuz insanlarla kompromisə nail ola bilərsiniz.

Günün ikinci yarısı yaşam tonusu səviyyəsinin aşağı düşəcəyi zamandır. Özünüzü qoruyun. Qüvvələrin bərpası üçün meditasiya karınıza gələ bilər.

Xərçəng - öz işlərinizlə müqayisədə başqalarının problemləri ilə daha çox maraqlanmayın. Qohumlarınız və ailə üzvlərinizin işlərinə müdaxilə etməyin. Amma yardım istəyi olarsa, qulaqardına vurmayın. Yaşam tərzinizdə müəyyən dəyişikliklər edə bilərsiniz. Çoxdankı planı və ya niyyəti reallaşdırmaq imkanı yaranır. İdeyaların hamısını puç, mənasız hesab etməyin.

Əyləncə və istirahətə həddən artıq önəm verməyin. Qatıldığınız məclisdə lider olmağa çalışın. Romantik münasibət istisna deyil. Lakin tamamilə naqolay insanla maraqlana bilərsiniz.

Şir - günün ilk yarısında ehtiyatlı olun. Aqressiya, inadkarlıq, eqoizm zamanı deyil. Belə davransanız, qərar və addımlarınızın çox pis fəsadları ola bilər.

Yaxınlarınızla təmaslarda münaqişə riskini artırmayın. Ailədə ixtilaf yaranarsa, onu çözmək asan olmayacaq.

Saatlar keçdikcə müsbət təmayüllərin təsir gücü artır. Özünüzü daha əmin və yaxşı hiss edirsiniz. Sizi çoxdan bəri narahat edən problemi həll etmək imkanı yaranır. Şansı əldən verməyin. Bizneslə bağlı əla ideyalar yarana bilər.

Qız - günün emosional fonu əlverişli deyil. Durum peşəkar fəaliyyətlə yanaşı şəxsi münasibətlərə də mənfi təsir edir. Səbirsiz və qıxıqlı olmayın. Ən kiçik məsələlərə görə gərgin mübahisələr etməyin. Münaqişə səbəbkarına çevrilməyin. Nüfuzlu insanlarla istənilən formada ünsiyyət və təmaslar ehtiyatlı davranmağı tələb edir.

Günün ikinci yarısında bədxahlarınız aktivləşəcəklər. Onların çirkin planına alət olmayın. Bilik və bacarıqların artırılması, dünyagörüşünün genişləndirilməsi üçün əlverişli gündür. Yeni tanışlıq ehtimalı azdır.

Tərəzi - enerjili, aktiv, əzmkar olun. Məqsədə doğru hərəkətdə sizə mane olmağa çalışırlar, amma ruhdan düşməyin. Geri çəkilməyin, irəliləyin. Güclü rəqibə müqavimət göstərmək, mübarizə aparmaq gərəkdir. Çətin mübahisələrdə mövqeyinizi qorumağa çalışın. Nə qədər qəribə də olsa, işlər çətin və müxtəlif olunca daha yaxşı nəticələr əldə edə bilərsiniz.

Maraqlı tanışlıqlar və romantik münasibətlər istisna deyil. Şəxsi münasibətlərdə sizi narahat edən məsələlərə cavab ala bilərsiniz.

Əqrəb - çətin, yorucu, xüsusi bilik və bacarıqlar tələb edən işləri görmək üçün əlverişli gündür. Əsas işi seçin, önəmsiz və ikinci dərəcəli işləri təxirə salın. Kiçik işləri yardımçı və ya tərəfdaşınıza etibar edin. Vaxtınızı, gerçəkdən də, önəmli işə sərf edin. Özünüzü ifrat dərəcədə yormayın. Yorğunluq səhv və yanlışlıqlara səbəb ola bilər.

Yaxınlarınız sizi anlamaqda çətinlik çəkirlər. Adi günlərdən fərqli olaraq sizdən daha təfərrüatlı izahatlar tələb olunur. Travma riskinin böyük olduğu gündür. Sükan arxasında, alət və avadanlıqla çalışanda, odla davrananda ehtiyatlı olun.

Oxatan - uğura nail olmaq üçün çalışmaq, səy göstərmək gərəkdir. Günlər arasında ən əlverişlisi deyil. Sakit və ardıcıl fəaliyyət göstərin. Yaranmış problemləri dərhal həll etməyə çalışın. Lakin heç bir ehtiyac duyulmadığı təqdirdə hücuma keçməyin. Ağıllı və təcrübəli insanların məsləhətlərinə qulaq asın. Bu, sizə mənasız tələskənlikdən qurtulmağa imkan verəcək.

Ən yaxşı məziyyətlərinizi parlaq şəkildə nümayiş etdirin. Yeni dostlar və həmfikirlər tapa bilərsiniz.

Romantik münasibətin formalaşması istisna deyil.

Oğlaq - bu gün həllini tələb edən məsələlər nə qədər mühüm və mürəkkəbdirsə, o qədər yaxşı nəticəyə nail ola bilərsiniz. Rəqibləri üstələmək üçün manipulyasiya və ya fırıldağa əl atmayın. İşgüzar səfər və ya səyahət uğurlu olacaq. Başqa yerdə, şəhərdə və ya regionda peşəkar fəaliyyətlə bağlı təklif ala bilərsiniz. Kommersiya fəaliyyəti üçün uğurlu gündür. Anlaşma və sövdələşmələrin perspektivləri var.

Yaxınlarınıza inanın. İfrata varmaq, şübhəli davranmaq münasibətləri uzun müddətə korlaya bilər. Maliyyə məsələləri, pul daha bir mübahisə mənbəyinə çevrilə bilər. Yaxınlarınızın istəklərinin reallaşdırılmasında xəsislik etməyin.

Dolça - ədalətli, soyuqqanlı, təmkinli olun. Qərar qəbul edəndə yalnız öz mövqeyinizi yox, ətrafınızdakı insanların fikrini də nəzərə alın. Belə davransanız, kompromis tapmaq, münaqişələrdən yan keçmək, habelə indiyədək dil tapmadağınız insanların dəstəyinə nail olmaq mümkündür. Yeni layihəyə və ya əməkdaşlığa başlamaq fikrində olduğunuz insanla görüş üçün əlverişli gündür.

Köç və təmirə başlamaq üçün yaxşı gün deyil. Səfər və ya səyahəti təxirə salın. Evə nə qədər yaxın olsanız, özünüzü bir o qədər rahat hiss edəcəksiniz. Səhhətinizə fikir verin, profilaktik tədbirlərə əl atın. Zökəm riski var.

Balıqlar - bədxah və düşmənlərinizə qarşı amansız olun. Məqsədə doğru hərəkətinizə mane olan insanları yolunuzdan kənarlaşdırın. Müttəfiqləri asanlıqla tapa biləcəksiniz. Ətrafınızdakı insanların fikir və mövqelərindən də yararlanın. İntriqa və manipulyasiyalara qatılmayın.

Şəxsi münasibətlər sahəsində vəziyyət harmonikdir. Narahat olmayın, nigaran qalmayın, təşvişə düşməyin.

Sevdiyiniz insanla söhbət stressdən qurtulmağınıza yardım edəcək.

Son.az

“Azərbaycan və Qazaxıstanla güclü mexanizmləri həyata keçirdik” like
  • 04 Fev 23:59  
Siyasət “Azərbaycan və Qazaxıstanla güclü mexanizmləri həyata keçirdik”

"Ölkəmiz, millətimiz və bölgəmiz üçün imkanları dəyərləndirmə

arrow Ətraflı
Ukraynalıları öldürməyə gedən Dövlət Dumasının deputatı qorxusundan like
  • 04 Fev 23:57  
Siyasət Ukraynalıları öldürməyə gedən Dövlət Dumasının deputatı qorxusundan

Rusiya Dövlət Dumasının Novosibirskdən olan deputatı Dmitri Savelyev bu g�

arrow Ətraflı
Ermənilər Araz çayı üzərindən Türkiyə ilə sərhədin like
  • 04 Fev 23:56  
Siyasət Ermənilər Araz çayı üzərindən Türkiyə ilə sərhədin

On illər boyunca Türkiyə və Azərbaycana qarşı şər-böhtanlarından əl

arrow Ətraflı
İmam Əlinin Tövratdan seçdiyi 12 kəlam like
  • 04 Fev 23:55  
Digərləri İmam Əlinin Tövratdan seçdiyi 12 kəlam

Həzrət Əli (ə) buyurur: Tövratdan on iki ayə seçib ərəb dilinə tərcü

arrow Ətraflı
Bu şəxslərin cinsi həyatı like
  • 04 Fev 23:53  
Digərləri Bu şəxslərin cinsi həyatı

Məlum olduğu kimi, bir çox insan irritabl bağırsaq sindromundan əziyyət �

arrow Ətraflı
6 il sonra ölkəsinə gedən məşhur fenomen atası tərəfindən like
  • 04 Fev 23:52  
Dünya 6 il sonra ölkəsinə gedən məşhur fenomen atası tərəfindən

Bir müddətdir Türkiyədə yaşayan yutuber Tiba al-Ali ölkəsinin futbol kom

arrow Ətraflı
“Qızıl Xaç” Qarabağdan Ermənistana like
  • 04 Fev 23:51  
Siyasət “Qızıl Xaç” Qarabağdan Ermənistana

Beynəlxalq Qırmızı Xaç Komitəsi fevralın 4-də daha 6 xəstəni Qarabağd

arrow Ətraflı
Dini tanımağın zəruriliyi like
  • 04 Fev 23:50  
Digərləri Dini tanımağın zəruriliyi

Dini tanımaq vacibdir. Quran buyurur: Nə üçün bəzi insanlar dini tanımaq

arrow Ətraflı
Xoy vilayətində ana və oğlu çadırda like
  • 04 Fev 23:49  
Siyasət Xoy vilayətində ana və oğlu çadırda

Zəlzələ nəticəsində ağır fəlakətlər yaşanan Xoy vilayətində daha b

arrow Ətraflı
“Əgər Rusiya Ermənistana kömək etməsə, geri qayıdacaq yeri olmayacaq” like
  • 04 Fev 23:48  
Siyasət “Əgər Rusiya Ermənistana kömək etməsə, geri qayıdacaq yeri olmayacaq”

"Əgər Rusiya indiki məqamda Laçın dəhlizinin yenidən açılması ist

arrow Ətraflı
Damarları təmizləyən 5 QİDA. like
  • 04 Fev 23:45  
Digərləri Damarları təmizləyən 5 QİDA.

Xolesterinin yüksək səviyyədə olması damarların sağalmlığına ciddi zi

arrow Ətraflı
Neftçalada yol qəzasında bir ailənin 4 üzvü like
  • 04 Fev 23:43  
Digərləri Neftçalada yol qəzasında bir ailənin 4 üzvü

Neftçalada Yeniqışıaq kəndində iki avtomobilin toqquşması nəticəsində

arrow Ətraflı
Nafilə namazlarının sirri like
  • 04 Fev 23:40  
Digərləri Nafilə namazlarının sirri

Abdullah ibni Sənan nəql edir: "İmam Sadiqin (ə) xidmətində olan zama

arrow Ətraflı
Serbiyada 250dən çox insan like
  • 04 Fev 23:38  
Digərləri Serbiyada 250dən çox insan

Bir yerə toplaşan eyni ad və soyadlı 256 nəfər Serbiyada Ginnesin Rekordla

arrow Ətraflı
Güclü stess qulaqda, başda küy yaradır like
  • 04 Fev 23:35  
Digərləri Güclü stess qulaqda, başda küy yaradır

Hazırda bir çox insanlar beynində, başında sanki küy, səs olduğundan şi

arrow Ətraflı