Aktrisa Xuraman: “Məni Tünzalə ilə birbirimizə bağlayan gec ana olmağımız oldu” VİDEO
Şou-biznes 26 Yan 2023 17:49:00 292 0
"Bizi bir-birimizə bağlayan övladlarımız və onların dostlaşması oldu".
Bu xəbəri də oxu: "Dieta saxlamıram, yeyiniçin, kef edin" VİDEO
Son.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Xuraman Əlizadə qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.
Yanvarın 22-də dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyeva ilə bağlı xatirələrini bölüşən sənətçi, onunla çox yaxın rəfiqə olduğunu vurğulayıb.
"Bir gün oğlum Əlini çəkilişə gətirdim. Tünzalə ilə o dəqiqə dost oldular. Tünzalə 6 yaşlı uşaqla elə danışdı ki, Əli elə bildi ki, onun qarşısında elə 6 yaşlı qız uşağı var. Tünzalə Əliyeva söylədi ki, səni qızım Zəhra ilə görüşdürəcəyəm. İki-üç gündən sonra biz görüş təşkil etdik. Onları əyləncə mərkəzinə apardıq. Orada birgə zaman keçirdilər. Uşaqlar bir-birinə çox bağlandılar, dost oldular. Hətta bir-biri ilə görüntülü danışırdılar. Bizi bir-birimizə bağlayan gec ana və kilolu olmağımız oldu. Ətrafdakılar bizi kilolu olduğumuza görə hər zaman qınayırdı. Tünzalə sağlamlığına və fakturasına görə mədəkiçiltmə əməliyyatı etdirdi, sonra da arıqladı.
Mən isə hələ də o barədə ümumiyyətlə düşünmürəm. Arzulayırdıq ki, övladlarımızın toyunda birgə qol qaldırıb oynayaq. Özümə hələ də gələ bilməmişəm. Bilirdik ki, Tünzalə xərçəngdən əziyyət çəkir. Amma onun dünyasını dəyişəcəyini gözləmirdik. Düşünürdüm ki, o sağalacaq. Amma əksinə oldu. Çox mücadilə etdi. Çox güclü idi. Çəkilişlərə gələndə artıq onun ayaqlarında problem yaranmışdı. Amma səsinin batması bir aktyor və sənət insanı üçün çox ağır idi. Onunla çox xoş idi mənə...".
Qeyd edək ki, Tünzalə Əliyeva yanvarın 22-də uzun sürən xərçəng xəstəliyindən Milli Onkoloji Mərkəzində saat 12 radələrində dünyasını dəyişib. Aktrisa yanvarın 23-də Qurd Qapısı məzarlığında dəfn edilib.
"Son zamanlar regionda artan xətt üzrə gedən gərginləşmə getdikcə
Tarixdə ən çox satılan mobil telefonların adları açıqlanıb.
Bu gün Azərbaycan şou-biznesinin həm Ayı, həm Günəşi olan Xalq artisti
Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası ilə bağlı görüşlə
Keçmiş "Dəyirman" rep qrupunun üzvü ABD Malik Kələntərli pərt
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 43 yeni yolux
Sumqayıtda hamilə qadın yolda köməksiz vəziyyətdə qalıb.
Qərbi Azərbaycan İcması Azərbaycan Respublikası hökuməti, Ermənistan Re
"Mənim baş tacım Azərtaşım, Qabil atam... Yaxşı ki, uca yaradan b
Tovuzun Xatınlı kənd sağlamlıq mərkəzinin tibb bacısı qəribə bir prob
"Cadenza Contemporary Orchestra" Beynəlxalq Muğam Mərkəzində &quo
Bakıda 31 yaşlı qadın bazarda alış-veriş edərkən bıçaqlanıb.
Qayıdış Konsepsiyasının qəbul olunması tarixi torpaqlarımıza qayıtma m
Şimali Kipr Türk Cümhuriyyətinin təcridinə son qoyulur.