Vətəndaşın qeydiyyatı niyə
Digərləri 20 Yan 2023 08:43:00 441 0
DİN rəsmisi: "Hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir"
Bu xəbəri də oxu: Bakıda sökülən məşhur obyektlərin yerində bu layihə olacaq Fotolar
"Evimin sənədi yoxdur. Polisə qeydiyyata düşmüşdüm. Amma yeni bilmişəm ki, qeydiyyatım ləğv olunub. Polisə müraciət etdim, oradan bildirildi ki, qeydiyyata düşmək üçün yenidən məhkəməyə müraciət etməliyəm, məhkəmə qərarından sonra qeydiyyata alına bilərik". Bunu Bakı sakini Müşfiq Əliyev bizimlə söhbətində bildirib. O, "Yeni Müsavat"a müraciət edərək məsələnin aydınlaşdırılmasını istəyib. Bakı sakini əlavə edib ki, məhkəmənin müsbət qərar verəcəyinə ümidi yoxdur.
Qeyd edək ki, son dövrlər sənədi olmayan mənzillərdə yaşayıb yerli polis orqanlarında qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasına dair xəbərlər çoxalıb. Qeyd edilir ki, həmin şəxslərin şəxsiyyət vəsiqələri də etibarsız sayılır.
Onu da diqqətə çatdıraq ki, əvvəllər daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrində müvəqqəti qeydiyyata düşə bilirdilər və hər hansı problemlə üzləşmirdilər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevə müraciət etdik. Son.az bildirir ki, o, "Yeni Müsavat"a dedi ki, həmin şəxslər mütləq şəkildə ərazi üzrə polis orqanlarına məlumat verməlidirlər: "Əgər onların qeydiyyat ünvanları yoxdursa, qeydiyyata düşməli yerləri yoxdursa da müraciət etməlidirlər. Müraciətlərə baxılır. Ümumiyyətlə, son vaxtlar yaşayış yeri üzrə, o cümlədən polisin inzibati binalarına qeydiyyat və qeydiyyatdan çıxarma ilə bağlı sosial şəbəkələrdə də aparılan müzakirələrdə bəzi vətəndaşlar bundan narahat olduqlarını bildiriblər. Biz bununla bağlı bir neçə gün öncə da məlumat yaymışdıq. İlk olaraq qeyd edim ki, bu məsələlərin həllində narahatlığa heç bir əsas yoxdur. Çünki bu hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir. Vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur".
Çinin Ukrayna konflikti ilə bağlı mövqeyinin dəyişəcəyinə ümid edirik
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx keçirdiyi brifinqdə Ukray
Yanvarın 9-15-də 2,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub,
Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələn
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Özümü bir tərəfdən Axısxa türkləri, digər tərəfdən Can Azərbaycana
Niderland Krallığı Ukraynaya Leopard tanklarının tədarükü üçün pul ö
Güclü leysan yağışları səbəbindən Serbiyanın cənub bölgələrində f
Britaniya Baş naziri maşında kəmər taxmadığı üçün qınaq hədəfinə
Bakının Sabunçu rayonunda bacısına bıçaq xəsarətləri yetirməkdə şü
İtaliyada bir müddət əvvəl həbs edilmiş Siciliya mafiya başçısı Matte
Avropa İttifaqı (Aİ) bazar ertəsi İrana qarşı sanksiyalar siyahısına 37
Keçmiş Sovetskidə (hazırda Şamil Əzizbəyov küçəsi 22) tikilmiş XIX ə
Son.az musavat.com-a istinadən yazını təqdim edir.