Azər müzakirə olunan şousu haqda: "TikToku mədəniləşdirəcəyəm"


Şou-biznes 19 Yan 2023 18:50:00 235 0

Azər müzakirə olunan şousu haqda: "TikToku mədəniləşdirəcəyəm"

Aparıcı Azər İsmayılovun (Azər Zahid) TikTok-da etdiyi "Təkərdə" şousu bir neçə gündür sosial şəbəkədə müzakirələrə səbəb olub. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, bir çoxları statuslar yazaraq, şounun reytinqindən, orada qazanılan pullardan və izləmə sayının çoxluğundan bəhs edib.

Texnobloqer, Mətbuat Şurasının üzvü Fərid Pərdəşünas şou ilə bağlı paylaşım edərək, onun 2 günə 10 min dollar qazandığını vurğulayıb:

"Azərbaycan sosial media məkanında 1 ilk yaşandı. Azər Zahidin təsis etdiyi "Təkərdə" realiti-şousunun canlı yayımına TikTok platforması üzərində real zamanda 50.000 izləyici toplandı. 13 milyon bəyənmə və yüksək hədiyyəli yarışda qazancın 10.000 dollardan çox olduğunu təxmin edirəm. Azər düz edirmi? Əlbəttə, düz edir. "Maşın" şou ola bilər, amma beləsi yox? Yəni əgər efirlərimizdə belə şey varsa, niyə də TikTok-da olmasın. Bu adamlar cəmiyyətin istədiklərini verir".

Məsələ ilə bağlı Azər Zahid Axşam.az-a açıqlama verib. O, səs-küylü şoudan gələn qazancdan, istifadə etdiyi texniki vasitələrdən danışıb:

"Televiziyada şou necədirsə, bizdə də elədir: işçi heyətimiz var, sponsorlarla müqavilə imzalanır, kənardan gələn heyət olur. Sosial şəbəkədə çox söz yazırlar. Yayım texnologiyam, televiziyadakı kimidir. Avtraliyadan, digər xarici ölkələrdən texnika gətirmişəm. TikTok-u hər zaman söyüş yeri kimi tanıyırlar. Mən isə buranı mədəniləşdirmək istəyirəm. Sistemi elə qurmuşam ki, televiziya kimi olacaq. Filan saatda bu proqram, o biri saatda başqa veriliş başlayacaq. İştirakçılar öz yayımlarında başqa cürdür, mən isə etikanı qoruyuram.

Sosial şəbəkədə eyni anda canlı yayımı 50 min izləyici izləməyib. Bu rəqəmlər hər gün artır. Gün ərizndə hesablasaq, bizim ümumilikdə, 1 milyon izləyicimiz olur. Hansı telekanalı 1 gündə bu qədər insan izləyir? Növbəti buraxılışımızda xaricdən iştirakçılar olacaq. Türkdilli dövlətlərdən iştirakçıları birləşdirib, yarışı keçirəcəyəm. Çoxları özləri gəlmək üçün mənə müraciət ediblər. İndi televiziyalar saytlara uduzub. İndi isə sosial şəbəkə hər şeydən birinci gəlir".

Azər "Deyirlər, 2 gündə atılan hədiyyələrdən 10 min dollar qazanmısınız" sualına belə cavab verib:

"Azərbaycanda orada qazanılan pulu çıxartmaq mümkün deyil. İştirakçılara gələn 1, 2 milyonluq hədiyyələr sıralamadan geri qalmasınlar deyədir. Bu işin mətbəxini çoxları bilmir. İnsanlar götürüb 10 min dollar günə qazanmağımı yazmaqdansa, izlənmə rekordumu, televiziya formatını sosial şəbəkəyə gətirməyimi yazsınlar. Bunlar virtual məbləğdir. Tək bir ünvana gəlmir bu məbləğ. Onu gəlir kimi də göstərmək olmur. Azərbaycan bank sistemində bu pulu çıxartmaq sistemi yoxdur. Nəğdləşdirmək olmur. İndi deyirlər Azərbaycanda da TikTok-la müqavilə bağlanacaq. Onda biz də Türkiyə, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdə olduğu kimi onu pul formasında çıxarda biləcəyik. Əvvəl bunu Türkiyə, Rusiya vasitəsiylə pula çevirib çıxartmaq olurdu. Amma ötən ildən bu da mümkün deyil".

İlham Əliyev: Dəniz limanımızın yükaşırma qabiliyyəti 25 milyon tona çatdırılacaq like
  • 19 Yan 18:48  
Siyasət İlham Əliyev: Dəniz limanımızın yükaşırma qabiliyyəti 25 milyon tona çatdırılacaq

Dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon ton

arrow Ətraflı
Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb like
  • 19 Yan 18:47  
Siyasət Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəi

arrow Ətraflı
Prezident: Azərbaycanda zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır like
  • 19 Yan 18:44  
Siyasət Prezident: Azərbaycanda zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır

Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Ş�

arrow Ətraflı
Avtomobilə silahlı HÜCUM: like
  • 19 Yan 18:39  
Dünya Avtomobilə silahlı HÜCUM:

Türkiyədə avtomobilə silahlı hücum olub.

arrow Ətraflı
"İnstagram" və REALLIQ: SevilSevinc bacıları makiyajsız, ev halında like
  • 19 Yan 18:28  
Şou-biznes "İnstagram" və REALLIQ: SevilSevinc bacıları makiyajsız, ev halında

Azərbaycanın məşhur əkiz müğənniləri, Sevil və Sevinc Səfərova bacı

arrow Ətraflı
Təhlükəli liftin fəaliyyəti dayandırıldı like
  • 19 Yan 18:17  
Digərləri Təhlükəli liftin fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasında iştirak edib  FOTO like
  • 19 Yan 18:13  
Siyasət İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasında iştirak edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos D�

arrow Ətraflı
Əməkdar artist pinqvinlərə konsert vermək istəyir like
  • 19 Yan 17:55  
Şou-biznes Əməkdar artist pinqvinlərə konsert vermək istəyir

"Vatinkanda, Roma Papasının müavinin qarşısında çıxış etmişdim.

arrow Ətraflı
Azərbaycanın KOB subyektinə AYİB tərəfindən 4,2 milyon ABŞ dolları həcmində kredit ayrılıb like
  • 19 Yan 17:50  
Digərləri Azərbaycanın KOB subyektinə AYİB tərəfindən 4,2 milyon ABŞ dolları həcmində kredit ayrılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin s�

arrow Ətraflı
Davosda Azərbaycan ilə Monteneqro arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb  FOTO like
  • 19 Yan 17:25  
Siyasət Davosda Azərbaycan ilə Monteneqro arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb FOTO

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosd

arrow Ətraflı
Bu uşaq bələdiyyə sədrinə sualı ilə Türkiyədə gündəm oldu like
  • 19 Yan 16:57  
Digərləri Bu uşaq bələdiyyə sədrinə sualı ilə Türkiyədə gündəm oldu

İstanbulun Bahçelievlər rayonunun bələdiyyə sədri Hakan Bahadırın bazar

arrow Ətraflı
“Afaq xanımdan halallıq alandan sonra bunu etdim, əvvəlcə etiraz edirdim...” like
  • 19 Yan 16:46  
Şou-biznes “Afaq xanımdan halallıq alandan sonra bunu etdim, əvvəlcə etiraz edirdim...”

"Dilarə Əliyeva, Tünzalə Əliyeva və mən Ülviyyə Əliyeva birlikdə

arrow Ətraflı
“Elə bilirsiniz ki, Maykl Cekson, Merilin Monro obrazını yaratmaq asandır..?” like
  • 19 Yan 16:24  
Şou-biznes “Elə bilirsiniz ki, Maykl Cekson, Merilin Monro obrazını yaratmaq asandır..?”

"Özümü, yaradıcılığımı teatra bağlamışam. Çəkilən seriallard

arrow Ətraflı