Bakının tələbləri: Araik “icra etməyəcəyik” deyir…
Siyasət 18 Yan 2023 23:14:00 2851 0
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib ki, bir neçə gün əvvəl Rusiya kontingentinin komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi və separatçıların nümayəndələri arasında görüş keçirilib. Görüş Laçın yolundakı vəziyyətlə bağlı olub. Lavrov yaxın vaxtlarda məsələnin öz həllini tapacağını düşündüyünü bildirib.
Bu xəbəri də oxu: Dünya liderləri Azərbaycanın COP29a hazırlığını yüksək qiymətləndirir
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bizi Lavrovun nə düşündüyü yox, Lavrovu Bakının nə düşündüyü maraqlandırmalıdır:
"Azərbaycanın nə düşündüyünü və nə istədiyini isə erməni separatçılarının lideri Araik Arutyunyan tərəfdarlarına belə izah edib:
1. Ruben Vardanyan Qarabağı tərk etməlidir;
2. Separatçılar mədənlərindəki işi dayandırılmalıdırlar;
3. Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılmalı və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsi olmalıdır;
4. Separatçılara məxsus ağır hərbi texnika bölgədən çıxarılmalıdır.
Araik Arutyunyan və onun separatçı ətrafı rəsmi Bakının bu tələblərini yerinə yetirməyəcək. Erməni mənbələrinə görə, Arutyunyanın rəsmi Bakının tələblərinə reaksiyası belə olub: "Rəsmi Bakının tələblərini yerinə yetirsək belə, dəhlizin açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur. Buna cavab olaraq Azərbaycan dünən qazın verilişini bir neçə saatlıq dayandırıb. Ümumiyyətlə, çətin günlər qarşıdadır".
Bəli, separatçılar üçün bundan da çətin günlər qarşıdadır. Rəsmi Bakının iddia edildiyi kimi Rusiya hərbi kontingenti vasitəsilə separatçılara göndərdiyi tələblər prosesin başlanğıcıdır. Bundan sonra başqa tələblər irəli sürüləcək".
Rusiya ilə Ukrayna arasında müharibə təkcə döyüş meydanında getmir. Bu
Ukraynanın daxili işlər naziri Denis Monastırskinin və müavininin də həl
Xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli barəsində qətimkan t
Yanvarın 18-də axşam 21:10 radələrində "Manella" MMC-nin istisma
Göyçay rayonunda hamilə qadın yaşadığı evdə qəflətən dünyasını d�
Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken ar
Milli azadlıq hərəkatının liderlərindən olan Nemət Pənahlı efirdə gö
Türkiyənin Kahramanmaraş bölgəsində mikroavtobusda halı pisləşən, da
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidentinə ba
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 18-də Davosda Azərbaycan
ABŞ Yunanıstanda hərbi bazasını Avropa-Afrika Hərbi Hava Qüvvələrinin B
Türkiyədə tükürpədici hadisə yaşanıb.
Ukraynanın Kiyev vilayətinin Brovar şəhərində helikopterin qəzaya uğrama