Rusiya sülhməramlıları ermənilərin növbəti yalanını ifşa etdi VİDEO
Siyasət 18 Yan 2023 19:19:00 366 0
Rusiya sülhməramlı kontingenti Qarabağda yaşayan azyaşlı ermənilərin Ermənistandan Xankəndiyə aparılmasının görüntülərini yayıb.
Bu xəbəri də oxu: İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb
Son.az APA-ya istinadən bildirir ki, Rusiya sülhməramlı kontingentinin məlumatına görə, bir aydan çox Ermənistanda qalan 21 azyaşlı və onları müşayiət edən 6 nəfər yanvarın 17-də Xankəndiyə qaytarılıb.
Rusiya sülhməramlılarının yaydığı görüntülərdən də aydın olur ki, uşaqları daşıyan avtomobillər heç bir maneə olmadan Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən keçir. Ermənilərin iddia etdiyi kimi, onlara qarşı hər hansı "cinayət əməli" törədilmir, yaxud hansısa uşaq "huşunu itirmir".
Qeyd edək ki, Ermənistan tərəfi müxtəlif səviyyələrdə ağlasığmaz yalan və böhtanlar uyduraraq, Azərbaycanın ünvanına ittihamlar səsləndirir. Rusiya sülhməramlı kontingentinin yaydığı məlumat və video isə heç bir fakta söykənməyən bu ittihamları açıq şəkildə ifşa edir.
Xatırladaq ki, aksiya başlamazdan əvvəl uşaq "Eurovision"u ilə əlaqədar bir qrup azyaşlı Xankəndidən Ermənistanda gedib, orada qalmışdı. Onlar yanvarın 17-də Rusiya sülhməramlılarının avtomobilləri ilə Ermənistandan Xankəndiyə qaytarılıb. Avtomobillərin Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən maneəsiz keçidinə şərait yaradılıb. Bu, bir daha sübut edir ki, yolun bağlı olması, blokada barədə erməni tərəfinin iddiaları əsassızdır. Humanitar yüklərin və mülki şəxslərin Laçın-Xankəndi yolunun aksiya keçirilən hissəsindən keçidi üçün heç bir maneə yoxdur.
"Yeni ifaçılar yarım saatlıq çıxışı üçün yüksək qonorar istə
Ermənistan hakimiyyətinə yaxın mənbələr Baş nazir Nikol Paşinyanın yan
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos
İspaniyanın Pinares kəndində ənənəvi "Las Luminarias" bayramı
Fəxr edirəm ki, xalqlarımız arasında çoxəsrlik dostluq, dil, mədəniyyə
"Kirayələr kraliçasıyam. 19 ildir... Həyat yoldaşımla 8 ildir ki, ay
"Baykar" və Küveyt Müdafiə Nazirliyi arasında "Bayraktar TB2
Vergi Məcəlləsində son dəyişikliklərdə vergi ödəyicilərinin mənafel�
"Rəfiqələrimin uşaqları analarına "Ay qız" deyə müraciə
Ukrayna Milli Təhlükəsizlik Şurasının rəhbəri Aleksey Danilovun Kiyev re
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova
İranın Tehran şəhərində yaşayan qadın fəal Fərnaz Hüseynzadə dörd i
"ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatından da öyə
Müğənni Nadir Qafarzadə etirafı ilə diqqət çəkib.