RusiyaErmənistan gərginliyinə əsas səbəb:


Siyasət 17 Yan 2023 07:05:00 285 0

RusiyaErmənistan gərginliyinə əsas səbəb:

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, son günlər Qarabağa qanunsuz olaraq yerləşdirilmiş Ruben Vardanyan ətrafında gərginlik daha da çoxalır. Onun yerli ermənilərlə problemlər yaşadığı bildirilir. Sizcə, burada "Vardanyan layihəsi"nin iflasa uğramasına səbəb nə oldu?

- Qarabağda son günlər gedən proseslər sübut edir ki, Rusiyanın layihəsi olan Ruben Vardanyan üzərinə götürdüyü "missiyanı" icra edə bilmir. Əslində burada məqsəd Moskvadan Qarabağa göndərilən və bütün vasitələrdən istifadə edərək, prosesin normallaşmasına imkan verməmək, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən, bizimlə yaşamağa üstünlük verən sıravi ermənilərin bu niyyətlərinə mane olmaq idi. Nəticə etibarı ilə elə bir situasiya yaratmaq niyyəti güdürdülər ki, həmin bölgədə müvəqqəti yerləşən rus sülhməramlılarının da burada qalmaq zamanı uzadılsın. Onların açıq görünən məqsədi bu idi. Bu, bütün tərəflərdə də özünü göstərirdi. Eyni zamanda Vardanyanın bu əraziyə gəlişi ilə separatçıların və orada qalmaqda olan qanunsuz erməni silahlılarının yenidən fəallığının artırılması düşünülürdü. Məhz onların qanunsuz olaraq silah-sursatla təmin olunması da intensivləşirdi.

- Azərbaycanlı fəalların Şuşa-Xankəndi yolundakı aksiyası qarşı tərəfin bu planlarına necə təsir etdi?

- Bu günə qədər separatçılar tərəfindən orada olan Azərbaycanın yeraltı sərvətləri vəhşicəsinə talan edilib, mənimsənilib, bazarlarda satılıb. Bunun müqabilində də oradakı separatçı rejim özünü silah-sursatla təmin edib. Bununla yanaşı bölgədə separatizmi gücləndirmək məqsədlərinə də vəsait ayrılıb. Amma bütün bunların qarşısını azərbaycanlı fəallar, ictimai təşkilatların təmsilçiləri böyük məharətlə almış oldu. Bununla da əslində Moskvanın özü belə çıxılmaz vəziyyətə salındı. Çünki bu dinc aksiya həyata keçirilərkən Azərbaycana qarşı ən müxtəlif platformalarda "hücum" kampaniyası başladıldı. Bunun içərisində Ermənistan da yer almışdı. Hətta Ermənistan Fransanın köməyi və yardımı ilə bu "məsələni" BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxardılar. Amma Fransanın bütün səylərinə baxmayaraq Azərbaycan diplomatiyası bu məsələdə də onu çıxılmaz duruma salaraq, prosesdən əli boş çıxmasına nail oldu. Bununla da dünya birliyi birmənalı şəkildə qəbul etməli oldu ki, Şuşa-Xankəndi yolunda keçirilən aksiya dinc xarakter daşıyır. Çünki bu yol humanitar məqsədli keçidlər üçün tam açıqdır.

- Ermənistanın yaranmış situasiyadan istifadə etmək niyyəti necə alt-üst oldu?

- Burada erməni tərəfinin bütün planları puça çıxdı. Azərbaycan tərəfi burada çox böyük məharət və bacarıqla prosesləri idarə edərək Ermənistanı və ona havadarlıq edəın Fransanı çıxılmaz duruma saldı. Faktiki olaraq Ermənistan bu proseslərdən tamamilə kənarlaşdırıldı. Ermənistan bu aksiyadan Azərbaycan əleyhinə istifadə etməyə cəhd etsə də bunu bacarmadı.

- Erməni tərəfinin rus sülhməramlılarına qarşı ittihamları və bunun davamı olaraq Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı verilən bəyanatlar sonrakı dövr üçün nə dərəcədə təsirli görünür?

- Fakt odur ki, Ermənistan tərəfinin bu cür davranışları onun Rusiya ilə münasibətlərinin gərginləşməsinə səbəb olub. Gedən proseslər isə Azərbaycanın xeyrinədir. Burada ölkəmiz yumşaq gücdən istifadə edərək Qarabağda, ermənilərin yaşadığı ərazilərdə öz suverenliyinin təmin edilməsi üçün addım-addım irəliləyir. Artıq bu il mövcud məsələ ilə bağlı daha konkret addımlar atılacaq. Çünki Vardanyanın burada heç bir perspektivi yoxdur. Hətta Qarabağda yaşayan erməni əsilli vətəndaşların ona qarşı olan narazılıqları getdikcə çoxalır. Eyni zamanda oradakı separatçılarla onun arasında münasibətlər kəskinləşir. Bütün bunlar yaxın gələcəkdə daha ciddi addımların atılması ilə müşahidə olunacaq.

Sizin gəncliyinizi və sağlamlığınızı əlinizdən alan 10 vərdiş like
  • 17 Yan 07:01  
Digərləri Sizin gəncliyinizi və sağlamlığınızı əlinizdən alan 10 vərdiş

Biz hamımız aşağıdakı hərəkətləri hər gün edirik, amma bu hərəkət

arrow Ətraflı
Bu iki nöqtəni sıxmaqla bel ağrılarından qısa zamanda asanlıqla xilas ola bilərsiniz like
  • 17 Yan 06:04  
Digərləri Bu iki nöqtəni sıxmaqla bel ağrılarından qısa zamanda asanlıqla xilas ola bilərsiniz

Milyonlarla adam bel ağrılarından əziyyət çəkir. Bel ağrıları ağrıl�

arrow Ətraflı
Sarı dişlərin 2 dəqiqədə ağardılması like
  • 17 Yan 05:04  
Digərləri Sarı dişlərin 2 dəqiqədə ağardılması

Sarı dişlər siqaretin ağız boşluğunda əmələ gətirdiyi xoşagəlməz g

arrow Ətraflı
Siz necə adamsınız? like
  • 17 Yan 04:03  
Digərləri Siz necə adamsınız?

Lətifə eşitdikdə siz: 1. Gülürsünüz 2. Əgər gülməlidirsə gözlər

arrow Ətraflı
Qeyriənənəvi doğuşlar like
  • 17 Yan 03:03  
Digərləri Qeyriənənəvi doğuşlar

Ümumdünya Səhiyyə Təşkilatı hər bir qadına necə doğuşla uşaq dünya

arrow Ətraflı
Bella Hadiddən açıqsaçıq FOTOSESSİYA like
  • 17 Yan 02:22  
Şou-biznes Bella Hadiddən açıqsaçıq FOTOSESSİYA

Bella Hadid sevgilisi Mark Kalmanla istirahət edərkən çəkilmiş bikinili fo

arrow Ətraflı
Hamiləlik zamanı təyyarə, gəmi və ya qatarla gəzintiyə çıxmaq olarmı? like
  • 17 Yan 02:02  
Digərləri Hamiləlik zamanı təyyarə, gəmi və ya qatarla gəzintiyə çıxmaq olarmı?

Hamiləlik zamanı gəzintiyə çıxmaq və ya gəzinti zamanı nələrə diqqə

arrow Ətraflı
Subaylığı sultanlıq sayan like
  • 17 Yan 01:44  
Digərləri Subaylığı sultanlıq sayan

Bəzi insanlar eşqi tapmaq və onunla xoşbəxt bir həyat yaşamaq istəyir. A

arrow Ətraflı
Diş ərplərindən təbii yollarla 5 dəqiqədə necə xilas olmaq olar? like
  • 17 Yan 01:01  
Digərləri Diş ərplərindən təbii yollarla 5 dəqiqədə necə xilas olmaq olar?

Diş ərpləri qida qalıqlarının və bəzi xəstəliklərin ağız boşluğun

arrow Ətraflı
“Nə gəldiyim yerdən, nə danışdığım dildən utanmıram”  VİDEO like
  • 17 Yan 00:22  
Şou-biznes “Nə gəldiyim yerdən, nə danışdığım dildən utanmıram” VİDEO

"İnsan gərək özü olsun. Hər zaman deyirəm ki, özün ol baxaq, gör�

arrow Ətraflı
Günün qoroskopu: Bədbinliyə qapılmayın like
  • 17 Yan 00:01  
Digərləri Günün qoroskopu: Bədbinliyə qapılmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
DİN bu şəxsi axtarır like
  • 16 Yan 23:54  
Digərləri DİN bu şəxsi axtarır

2022-ci ilin dekabr ayının 24-də Zərdab rayonunun Çallı kəndində qeydiyy

arrow Ətraflı