Silsilə oğurluqlar edən şəxs tutuldu FOTO
Kriminal 09 Yan 2023 17:56:00 107 0
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən rayonun Qıraqlı kənd sakini, əvvəllər törətdiyi müxtəlif cinayətlərə görə ümumilikdə 25 il həbs həyatı yaşayan Əfqan Quliyev saxlanılıb.
Bu xəbəri də oxu: Azərbaycanlı əsirləri xilas etdi, vətənini tərk etməli oldu,
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Son.az-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, Ə.Quliyev ötən ilin noyabr-dekabr aylarında, eləcə də yanvarın 7-də rayon ərazisində yerləşən dörd fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmişlərə ümumilikdə 6000 manata yaxın maddi ziyan vurub. Bundan əlavə, qeyd edilən müddət ərzində saxlanılan şəxsin Mustafabəyli KEATS-in xidmət göstərdiyi rayonun Bəylik kəndi ərazisində uzunluğu 1200 metr olan kabel oğurlaması da müəyyən edilib.
Həmçinin saxlanılan zaman polis əməkdaşları tərəfindən Ə.Quliyevin yaşadığı ünvana keçirilən baxış zamanı oradan təmiz çəkisi 6 kiloqram 100 qram olan marixuana da aşkarlanaraq götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Onun digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.
Biləsuvarda 56 yaşlı kişi başından güllələnərək öldürülüb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qarlı hava şəraiti ilə əl

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus

Türkiyə Qafqazda sülh və sabitliyə töhfə vermək üçün hər cür səy g

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı ş

Azərbaycanda tikinti şirkətlərinin bir mənzili bir neçə şəxsə satmas

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilərək həbs ed

Yeni ilə həmdə iqtisadi sosial yeniliklərlə qədəm qoyduq. Bu ildə minimu

Havay adalarında yerləşən, dünyanın ən aktiv vulkanlarından biri olan Ki

Qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 16 yeni yolux

"Bu fotonu izləyicilərim instaqramda mənə göndərib. Görəndə, nə d

"Barselona"nın klub televiziyası heyətin tətili səbəbindən kata
