Gəncədə kişi illərlə arvadının xəyanət etməsinə dözdü və sonda...


Kriminal 03 Yan 2023 13:20:00 308 0

Gəncədə kişi illərlə arvadının xəyanət etməsinə dözdü və sonda...

Gəncə şəhərində 1985-ci il təvəllüdlü Sənan həyat yoldaşı Cəmiləni (adlar şərti verilib - red.) öldürüb.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, Sənan Cəmilənin birgə yaşadıqları müddətdə müxtəlif vaxtlarda onu tərk edib, valideyni ilə birlikdə yaşamasını ona xəyanət etməsi üçün özünə sərbəst şərait yaratması kimi qiymətləndirib.

O, Cəmilənin bu cür hərəkətləri nəticəsində rüsvay olacağından və cəmiyyətdə qınaq obyektinə çevriləcəyindən qorxub. Bu səbəbdən arvadını öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək üçün 4 iyun 2022-ci ildə Cəmilə ilə birgə yaşadıqları evdən bıçaq götürüb və evin zirzəmisində gözlədib.

Saat 15.25-də Sənan arvadını söhbət etmək üçün zirzəmiyə aparıb. Orada arvadına ayrı-ayrı kişilərlə ona xəyanət etdiyini deyib. Cəmilə isə iddialara etiraz etməyib. Sənan bunu xəyanətin təsdiqi kimi qəbul edib. O, zirzəmidə gizlətdiyi bıçağı götürərək arvadına 6 dəfə xəsarət yetirib. Qadın hadisə yerində ölüb.

"Münaqişələrimiz qısqanclıqla əlaqədar olub"

İstintaq orqanı tərəfindən Sənanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Roman Ələkbərlinin sədrliyi ilə araşdırılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Sənan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Cəmilə ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq evlənib:

"2015-ci ildə bir övladımız oldu. Cəmilə ilə tanışlığımız 2011-ci ildə təsadüfən yaranmışdı və sevgi münasibəti əsasında evlənmişdik. Toydan bir ay sonrayadək hər şey yaxşı idi. Bir ay sonra münasibətlərimiz pisləşdi. Cəmilə ilə tez-tez münaqişələrimiz olur, o, anası və qardaşı ilə birlikdə onların yaşadığı mənzilə gedib, orada qalırdı. Münaqişə və mübahisələrimizin səbəbi qısqanclığımla əlaqədar idi".

"Birlikdə evə getdik"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 4 iyun 2022-ci ildə Cəmiləni işlədiyi Ruhi-Əsəb və Psixonevroloji dispanserindən götürüb və birlikdə saat təxminən 15 radələrində evə gəliblər: "Cəmilə həmin günə qədər 10-15 gün müddətində təkrarən məndən küsərək anasıgilin yanına getmişdi. Buna görə iyunun 4-də onu iş yerindən götürdüm və öz evimizə gətirdim.

Həmin müddətdə Cəmilə anasıgildə olmasına baxmayaraq, oğlum mənimlə qalırdı.

Cəmiləni iş yerindən götürdükdən sonra taksilə yaşadığımız evə getdik".

"Səhv etmişəm, qələt etmişəm"

Sənan qeyd edib ki, həmin gün atası evdə olmayıb: "Anam isə oğlumla Şəmkir rayonunda yaşayan bacımgilə gedəcəyini bildiyim üçün evdə heç kimin olmayacağından əmin idim.

Cəmilə ilə evə gəldikdən bir müddət sonra anam, oğlum və bacım oğlu birlikdə Şəmkir rayonuna getmək üçün evdən çıxdılar. Evdə Cəmilə ilə məndən başqa heç kim qalmadı.

Anamgil getdikdən Cəmilə ilə söhbətə başladıq. Ondan mənə kimlərlə xəyanət etdiyini soruşdum. Cəmilə sualımdan məəttəl qaldı. Sualı ona təkrar-tərkar verdim. Cəmilə də "səhv etmişəm, qələt etmişəm" deyə cavablandırdı. Bu cavabdan sonra Cəmilənin mənə xəyanət etdiyini aşkara çıxarmağım qənaətinə gəldim".

"Törətdiyim əməli etiraf etdim"

Sənan qeyd edib ki, bundan sonra Cəmiləni evin zirzəmisinə çağırıb: "Zirzəmidə yenidən söhbət etdik. Əvvəlcədən qapının çərçivəsində saxladığım bıçaqla Cəmilənin qarın, döş qəfəsi nahiyəsinə 4-5 zərbə vurdum. Sonra zirzəmidən çölə çıxdım. Lakin ondan telefonunu almaq üçün geri qayıtdıqda qardaşına zəng etdiyini gördüm. Telefonu onun əlindən aldım və bayıra çıxdım. Cəmiləyə köməklik göstərmədim.

O, mənim arxasımca divardan tutaraq bayıra çıxdı, həyətdəki stulun yanına çatdıqda yerə yıxıldı. Bıçağı evin giriş pilləkənlərinin üzərinə qoydum. Daha sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng elədim, törətdiyim əməli etiraf etdim".

Salxab Məmmədov Prezidentin fəxri diplomu ilə təltif edilib like
  • 03 Yan 13:19  
Siyasət Salxab Məmmədov Prezidentin fəxri diplomu ilə təltif edilib

Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fə

arrow Ətraflı
İbrahim yeni sevgilisiylə like
  • 03 Yan 13:11  
Şou-biznes İbrahim yeni sevgilisiylə

Türkiyəli aktyor İbrahim Çelikkol şəxsi həyatı ilə gündəmə gəlib.

arrow Ətraflı
Rusiya tükənir, ancaq savaş 2023də bitməyəcək! like
  • 03 Yan 12:51  
Dünya Rusiya tükənir, ancaq savaş 2023də bitməyəcək!

Ukraynanın bütün işğal olunmuş ərazilərinin azad edilməsi 2023-cü ild�

arrow Ətraflı
Bakıda əsasən yağmursuz, rayonlarda isə... like
  • 03 Yan 12:44  
Digərləri Bakıda əsasən yağmursuz, rayonlarda isə...

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Qışda papaq taxmaq saçları tökür like
  • 03 Yan 12:40  
Digərləri Qışda papaq taxmaq saçları tökür

"Qışda yanlış seçilmiş papaq, şapka saçın tökülməsinə səbəb

arrow Ətraflı
"Məni cılız və cahillər tənqid edir" like
  • 03 Yan 12:31  
Şou-biznes "Məni cılız və cahillər tənqid edir"

"Bir yerə gedirəm, sadə olanda məni qəbul etmirlər. Deyirlər ki, siz

arrow Ətraflı
Dövlət sərhədini pоzan 73 nəfər saxlanılıb like
  • 03 Yan 12:24  
Digərləri Dövlət sərhədini pоzan 73 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən 2022-ci ilin dekabr ayı ərzində döv

arrow Ətraflı
Bunlar kişiləri tez qocaldır like
  • 03 Yan 12:20  
Digərləri Bunlar kişiləri tez qocaldır

Adətən cavan qalmaq üçün qırışlara qarşı kremlərdən istifadə etmək

arrow Ətraflı
Azərbaycan Avrasiya tranzitinin drayveri kimi like
  • 03 Yan 12:16  
Siyasət Azərbaycan Avrasiya tranzitinin drayveri kimi

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Avrasiya məkan

arrow Ətraflı
Rus ordusuna daha bir zərbə: 500dən çox ölü və yaralı var like
  • 03 Yan 12:11  
Dünya Rus ordusuna daha bir zərbə: 500dən çox ölü və yaralı var

Xerson rayonunun Çulanovka kəndi yaxınlığında Rusiya ordusunun xeyli canl�

arrow Ətraflı
Ayaqları tutuldu, haqqında şayiələr yayıldı, sənətdən getmək istədi like
  • 03 Yan 12:00  
Kriminal Ayaqları tutuldu, haqqında şayiələr yayıldı, sənətdən getmək istədi

Son.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Səidə Quliyeva haqqında ma

arrow Ətraflı
2022ci ildə deputatların UNUDULMAZ ÇIXIŞLARI like
  • 03 Yan 11:55  
Digərləri 2022ci ildə deputatların UNUDULMAZ ÇIXIŞLARI

Geridə qoyduğumuz 2022-ci il bir sıra unudulmaz hadisələrlə yadda qaldı.

arrow Ətraflı
Ələkbər Yasamallı Bakıya qayıtdı: like
  • 03 Yan 11:51  
Şou-biznes Ələkbər Yasamallı Bakıya qayıtdı:

Bir neçə ay öncə ağır vəziyyətdə Avropa ölkələrindən birinə aparı

arrow Ətraflı
Bakıda şok olay: Anası Türkiyədə olan azyaşlıya təcavüz edildi like
  • 03 Yan 11:40  
Kriminal Bakıda şok olay: Anası Türkiyədə olan azyaşlıya təcavüz edildi

Bakının Nərimanov rayonunda 1972-ci il təvəllüdlü Nəsimi həyat yoldaş�

arrow Ətraflı