Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma ləğv edilir FOTO


Digərləri 27 Dek 2022 15:26:00 391 0

Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma ləğv edilir  FOTO

Azərbaycanla Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın imzalanması ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcək", - nazir qeyd edib.