“Sənətkarın dostu” layihəsinin növbəti qonağı Xalq artisti Salman Qəmbərov olub FOTO
Kriminal 02 May 2025 18:48:00 656 0
1 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə "Sənətkarın dostu" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının bədii rəhbəri Salman Qəmbərov ilə görüş keçirilib.
Bu xəbəri də oxu: Milli İncəsənət Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə poçt markalarının təqdimat mərasimi baş tutub FOTO
Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində keçirilən tədbiri MEMİM-in direktor vəzifəsini icra edən, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov açaraq, layihənin gənc istedadların inkişafındakı önəmindən bəhs etmiş, ustad dərsi formatında keçirilən layihənin uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması məqsədilə ötən ilin iyun ayından başlayaraq icra olunduğunu və bu görüşün 30 aprel Beynəlxalq Caz Gününə həsr olunduğunu vurğulayıb. Bəstəkar, caz pianoçu Salman Qəmbərov caz ifaçılığı sənətinin tədrisi, konsert yaradıcılığı, caz ifaçılarımızın beynəlxalq arenada uğurları, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət aparıb. Riad Cəbrayılovun moderatoluğu ilə interaktiv formatda keçirilmiş tədbir zamanı Salman Qəmbərovun, Vaqif Mustafazadə adına 2 nömrəli və Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəblərinin 4-cü sinif şagirdləri Ömər Həsənli və Mədinə Paşayevanın (müəllim: Gültəkin Məmmədova) ifasında müxtəlif caz kompozisiyaları səslənib, auditoriyanı maraqlandıran suallar cavablandırılıb. "Sənətkarın dostu" layihəsi mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə ötən ilin iyun ayından Bakı ilə yanaşı Gəncə, Ağdaş, Şamaxı, Qax və digər regionlarımızda həyata keçirib.
Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlar
Argentinanın cənubunda 7,4 bal gücündə zəlzələ baş verib.
Yamaykalı TikTok fenomeni Baba Skeng qətlə yetirilib.
Pişiklərin sahiblərinin qucağında, sinəsində və ya başında yatması bi
İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci
Rusiya Prezidenti Vladimir Putin ilk dəfə Kremldəki mənzilini göstərib.
Məşhur Hollivud ulduzu Morqan Friman illərdir qızıl sırğa taxmasının v�
Bakı şəhərinin bəzi yaşayış məntəqələrində kommunal problemlərin u
Rusiya prezidenti Vladimir Putin səhərləri adətən zəngli saatdan istifadə
Yeni araşdırmalar günəş yanığının dəri xərçəngi, xüsusilə də ən
Milli Hidrometeorologiya Xidməti mayın 2-4-də Bakıda və Abşeron yarımadas
İlk dəfə türk ərindən boşanmasından DANIŞDI
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Hə
Dünən səhər saatlarında Ermənistan ərazisində yeraltı təkanlar olub.
