"Uşaqların “ana” deyərək qışqırmasından həzz alırdım”


Kriminal 29 Apr 2025 13:48:00 56 0

"Uşaqların “ana” deyərək qışqırmasından həzz alırdım”

“Bu nifrətlə 26 il yaşamışam, qan fışqıranda həzz alırdım...”

Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin dəhşətli cinayəti törətməsinin təfərrüatı məlum olub.

M.Tağıyev 26 ildir bu cinayətin qisası ilə yaşadığını bildirib.

Hadisə 2023-cü il oktyabrın 28-də Corat bağları yaşayış massivində baş verib. Fərdi yaşayış evlərinin birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və atası Dağbəyi Fərəcov ölüb. S.Karakaşın anası Tərlan Fərəcova, həyat yoldaşı Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.

İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Dağbəyi Fərəcovun oğlu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisəni törədən zaman 36 yaşı olan Müşfiq deyib ki, 10 yaşı olanda qonşusu Anar Fərəcov tərəfindən əxlaqsız hərəkətə məruz qalıb. Onun sözlərinə görə, Anar onu zorlamağa cəhd edib. Anarın əlindən qaçmağı bacardığını deyən Müşfiq həmin gündən qisas hissi ilə yaşadığını söyləyib: "Anar bu hərəkəti etməsəydi, mənim də ailəm, uşağım olacaqdı. Bu nifrətlə 26 il yaşamışam. Uşaq vaxtı da dəfələrlə Anarın üzünə "kislota" tökmək istəmişəm. Həmin "kislota" hələ də evdədir. Amma Anarı tək tuta bilmədim. Bunun üçün gücüm də yox idi".

Müşfiq ifadəsində pul yığıb barıt aldığını, bu hadisəyə hazırlaşdığını bildirib: "Həmişə şərəflə yaşamışam. Amma 26 il sonra dözə bilmədim. Barıt, benzin aldım. Anargilin evində kamera olduğunu bilirdim. İstəyirdim ki, Anar baş verənləri kamera görüntülərindən izləsin. Məqsədim uşaqlardan başqa hər kəsi öldürmək idi. Qonaq da olsa, sağ adam buraxmayacaqdım".

Müşfiq əvvəlcə partlayış və yanğını törədib. Sonra qapının qarşısında dayanıb və evdən çıxan şəxsləri öldürməyə başlayıb: "Bütün kəmərim patronla dolu idi. Patronlar da, silah da mənə atamdan qalmışdı. Birinci Susananı vurdum. Arxasınca Serkan gəldi. Sonra da Dağbəyini vurdum".

Müşfiq deyib ki, evdə olan şəxslərdən başqa heç kimi vurmaq niyyəti olmayıb. O, iki nəfər qonşunu bilmədən yaraladığını deyib. Əlavə edib ki, hadisə vaxtı başqa şəxsləri görsə də, onlara atəş açmayıb. Ətrafda insanların toplaşdığını görən Müşfiq oradan qaçıb.

Hadisəni törədəndən sonra atasının məzarını ziyarətə gedən Müşfiq o an yaşadıqlarını belə danışıb: "Atamın ruhuna baş verənləri danışdım. Məqsədim tutulmamaq idi. Tutulmasaydım, Anarı da öldürəcəkdim".

"ChatGPT"dən yeni alışveriş funksiyası  "Google"a rəqabət artır like
  • 29 Apr 13:40  
Digərləri "ChatGPT"dən yeni alışveriş funksiyası "Google"a rəqabət artır

"OpenAI" "ChatGPT"yə yeni alış-veriş funksiyası əlavə

arrow Ətraflı
Zenfiranın ailəsi dağıldı?  idmançı əri özü açıqladı like
  • 29 Apr 13:31  
Şou-biznes Zenfiranın ailəsi dağıldı? idmançı əri özü açıqladı

Müğənni Zenfira İbrahimova uzun müddətdir həyat yoldaşı, idmançı Anar

arrow Ətraflı
Bakıda yeniyetmə qız itkin düşdü like
  • 29 Apr 13:24  
Digərləri Bakıda yeniyetmə qız itkin düşdü

Bakıda yeniyetmə qız itkin düşüb.

arrow Ətraflı
Qız istəməyə ata oğlanı orada qoyub gəlinini "aparmaq" istədi like
  • 29 Apr 13:17  
Digərləri Qız istəməyə ata oğlanı orada qoyub gəlinini "aparmaq" istədi

İstanbulda maraqlı "qız istəmə" mərasimi sosial şəbəkələrd�

arrow Ətraflı
"60 yaşında “Leyli və Məcnun”u oynayarlar?" like
  • 29 Apr 13:08  
Şou-biznes "60 yaşında “Leyli və Məcnun”u oynayarlar?"

Əməkdar artist Nüşabə Ələsgərli maraqlı açıqlamalar verib.

arrow Ətraflı
Trampın ilk 100 günü  Nələr baş verdi? like
  • 29 Apr 13:00  
Siyasət Trampın ilk 100 günü Nələr baş verdi?

Donald Trampın ikinci prezidentlik dövrü qısa müddət ərzində bir çox ql

arrow Ətraflı
Aprel ayının son günü hava necə olacaq? like
  • 29 Apr 12:50  
Digərləri Aprel ayının son günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən

arrow Ətraflı
Nazir tanınmış cərraha vəzifə verdi like
  • 29 Apr 12:47  
Digərləri Nazir tanınmış cərraha vəzifə verdi

Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyində məşhur cərraha müşavir

arrow Ətraflı
Mərhum ərindən danışıb göz yaşı tökdü  VİDEO like
  • 29 Apr 12:45  
Şou-biznes Mərhum ərindən danışıb göz yaşı tökdü VİDEO

Əməkdar artist Bəsti Sevdiyeva verilişlərin birində qonaq olub.

arrow Ətraflı
"Çukur" sevənlərə şad xəbər  Yenidən... like
  • 29 Apr 12:31  
Şou-biznes "Çukur" sevənlərə şad xəbər Yenidən...

Türkiyənin məşhur "Çukur" serialının filmi çəkiləcək.

arrow Ətraflı
May ayı bu bürclər üçün qırılma nöqtəsi olacaq like
  • 29 Apr 12:24  
Digərləri May ayı bu bürclər üçün qırılma nöqtəsi olacaq

May ayı bəzi bürclər üçün qırılma nöqtəsi və taleyin gözlənilməz

arrow Ətraflı
Qaz idarəsində çalışanlar işdən çıxarıldı: SƏBƏB? like
  • 29 Apr 12:12  
Digərləri Qaz idarəsində çalışanlar işdən çıxarıldı: SƏBƏB?

Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı üzrə xidmət sahəsind

arrow Ətraflı
Hematoloqlarımız beynəlxalq sammitdə ölkəmizi təmsil ediblər  FOTO like
  • 29 Apr 12:03  
Digərləri Hematoloqlarımız beynəlxalq sammitdə ölkəmizi təmsil ediblər FOTO

23-25 aprel 2025-ci il tarixdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəh

arrow Ətraflı
Bakıda geosiyasi bahar: nələr oldu, nələr olacaq? like
  • 29 Apr 11:51  
Siyasət Bakıda geosiyasi bahar: nələr oldu, nələr olacaq?

Bu bahar Azərbaycan üçün misilsiz diplomatik fəallıq dövrüdür.

arrow Ətraflı