Hamının eşitdiyi xaricdə yüksək maaşlı işlər İnanıb getmək olar?
Digərləri 29 Apr 2025 10:02:04 67 0
Xaricdə işə düzəltmək adı altında dələduzluq edənlərin sayı artıb. Dələduzlar vətəndaşdan pul tələb edərək onları işə düzəldəcəyini, iş vizası və müqavilə bağlayacaqlarına inandırırlar. Hətta bəziləri tanınmış şirkətlərin adından da istifadə edirlər.
Bu xəbəri də oxu: Zəhərli çiyələyi belə tanıyın və almayın! – Sadə metod
Bəs vətəndaşlar aldanmamaq üçün nə etməlidirlər?
Məsələ ilə bağlı Son.az-a əmək hüquqları üzrə mütəxəssis Nüsrət Xəlilov deyir ki, vətəndaş qurbana çevrilməmək üçün ilk olaraq öz potensialını bilməli, getmək istədiyi və ya gedəcəyi ölkəni araşdırmalıdır. Çünki hər bir ölkənin əcnəbilərlə bağlı siyasəti fərqli olur.
"Vətəndaş hansı agentlik vasitəsi ilə işə düzələcəksə, onu da araşdırmalıdır. Daha öncə həmin şirkətdən istifadə edən insanların rəyini öyrənmək olar".
Ekspert bildirir ki, müraciət edən şəxs şirkətin rəsmi qeydiyyatda olub-olmamasını mütləq öyrənməlidir. Bu dələduzluq halları ilə üzləşmədən xaricdə karyera qurmağın ən yaxşı yolu nədir?
"Tutaq ki xaricdə təhsil alsanız, bu təhsildən sonra orda yaşamağın özü bir təcrübədir. Bu təcrübədən sonra iş imkanları daha rahat olur. Əgər xaricdə yaşayan yaxın tanışınız varsa, onun sizə iş təklifi daha real görünə bilər".
Xəbərdarlıqlara baxmayaraq hələ də dələduzluq halları ilə rastlaşan şəxslər var.
Belə halla qarşılaşan vətəndaş nə etməlidir?
Məsələ ilə bağlı Son.az-a hüquqşünas Şamil Paşayev bildirib ki, əgər vətəndaş dələduzluq qurbanı olubsa və onun pulunu mənimsəyiblərsə, zərərçəkən mütləq polisə müraciət etməlidir. Vətəndaş pul verərkən ya müqavilə imzalamalıdır, ya da mütləq çek almalıdır. Ancaq bunlar olmasa belə, polis həmin pulun verilmə şəraitini aydınlaşdıra bilər.
Qeyd edək ki, dələduzlaq adətən təhsili olmayan şəxsləri hədəf seçirlər. Ona görə sizə olunan bütün iş təkliflərini araşdırandan sonra müraciət edə bilərsiniz.
Aysel Əkbər Son.az
Uzun illər Bakı Dövlət Universitetində (BDU) rektorun müşaviri işləmiş

Avropada baş verən genişmiqyaslı elektrik kəsintiləri sosial mediada böy�

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Müğənni Mətanət Əsədova maraqlı etiraf edib.

Əfsanələrdə və filmlərdə tez-tez rast gəlinən bir səhnə var: insan le

Təranə Qumral və Musa Musayev cütlüyünün müğənni qızı Qumral həmkar

Sivasın Kolluca kəndi 50 il ərzində yetişdirdiyi 130 həkimlə diqqət mə

Aparıcılar Lamiyə Ələkbərova və Mətanə Əliverdiyeva qohum olduğu məl

Ərdoğan zəlzələdən danışıb: İstanbul səhlənkarlığa və laqeydliyə

Yumurtaları qaynayan suya salmazdan əvvəl yaxşıca yumaq lazımdırmı? Bəz

Azərbaycan Respublikasının Əməkdar memarı Cəmaləddin Qədirov vəfat edi

Uşaqlara hansı sözləri əsla demək olmaz ki, sonradan peşman olmayasınız

Məşhur meyvə suyu şirkəti məhsullarını geri çağırır.
