Milyonçunun pulunu mənimsəməkdə ittiham olunan şəxs Səfər Əbiyevin keçmiş kürəkəni olub?


Kriminal 28 Apr 2025 23:10:00 45 0

Milyonçunun pulunu mənimsəməkdə ittiham olunan şəxs Səfər Əbiyevin keçmiş kürəkəni olub?

Milyonçu iş adamı Əbülfəz Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyənlər - Əliyar Abbasov, Ümüd Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın cinayət işinin növbəti məhkəmə hazırlıq iclası keçirilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əliyar Abbasovun həyat yoldaşı Sevinc Abbasova şahid qismində dindirilib.

Şahid Sevinc Abbasova təqsirləndirilən Əliyar Abbasovun həyat yoldaşı olduğunu vurğulayaraq, təqsirləndirilənlərdən Ümüd Abbasovun isə onun qaynı olduğunu deyib. Proses ilkin olaraq vəkillərin şahidə qaynı Ümüdlə aralarındakı insidentlə bağlı polisə məlumat verməsi ilə bağlı suallarla başladı.

Şahidin sualları cavablandırdığı zaman məlum olub ki, onu qaynı ilə bağlı şikayət etməsinə zərərçəkən milyonçu iş adamı Əbülfəz Babayev təhrik edib. İş adamı ilə onun əlaqələrinə gəlincə isə məlum olub ki, bu tanışlıq Sevinc Abbasovanın şəxsi təşəbbüsü ilə alınıb. Belə bir təşəbbüsün yaranması isə təqsirləndirilən Əliyar Abbasovun bahalı avtomobillər alması və ailədaxili qısqanclıq zəminində müəyyən şübhələrin ortaya çıxmasından irəli gəlib.

Təqsirləndirilənin həyat yoldaşı ifadəsində deyir: "Mən Əliyarla 18 ildir ailəliyəm. Bu ailədə olduğum müddətdə həmişə mal-qara ilə məşğul olublar. Orta səviyyədə yaşamışıq. Yoldaşım dəllallıq edirdi. Onun birdən-birə imkan əldə etməsi məndə şübhə yaratdı. Sonra bildim ki, Əbülfəz adlı şəxslə oturub-durur. Ona görə də, Əbülfəzi axtarıb tapdım, görüsdüm ki, yoldaşımdan əl çəksin. Bilirdim ki, bu pulların sonu yaxşı olmayacaq, elə də oldu".

Vəkillərin şahidə suallarından bəlli olub ki, təqsirləndirilən Əliyar Abbasovun həyat yoldaşı milyonçu iş adamı Əbülfəz Babayevlə görüşdükdən sonra iş adamı onunla söhbət etmək üçün onu Sumqayıtdakı kafelərdən birinə dəvət edib. Kafedə bu barədə söhbət edərkən, yanındakı digər bir şəxsi də təqdim edərək, həmin adamın vəkil olduğunu deyib.

"Həmin o vəkil dediyi şəxsi sonradan mən müstəntiq olaraq gördüm. İzahatımı alırdı. Əbülfəz müəllimlə mən görüşəndə qaynım Ümüdlə aramızdakı insidenti bildi və mənə bildirdi ki, Ümüdün əleyhinə zəng edib "102" xidmətinə şikayət edim. Mən də onun dediyinə aldanıb zəng etdim, Ümüdlə aramda olan mübahisə ilə bağlı şikayət etdim".

Zərərçəkənin vəkilinin əvvəllər mənsub olduqları mülklərlə bağlı şahidə verdiyi suallar onun təqsirləndirilən həyat yoldaşı Əliyar Abbasovun hiddətinə səbəb olub. O, prosesdə vəkilə nalayiq ifadələr işlədərək onu təhdid edib.

Təqsirləndirilənin bu hərəkəti isə hakimin göstərişi ilə onun prosesdən müvəqqəti uzaqlaşdırılması ilə nəticələnib.

Şahidin məhkəmədəki ifadələrində müəyyən ziddiyyətlər yarandığından onun ibtidai istintaqdakı ifadəsi prosesdə elan edilib.

Sevinc Abbasovanın ibtidai istintaqdakı ifadəsindən daha sonra məlum olub ki, o, bütün ifadələrini həyat yoldaşının əleyhinə verib. O, ifadəsi zamanı deyib ki, Əliyar Abbasovun Xəyalə adlı xanımla evlənməsini (hazırda Xəyalə Hüseynova da təqsirləndirilir) "TikTok" sosial şəbəkəsindən xəbər tutub. Həmin xanımın paylaşımlarından bilib ki, evləndiyi şəxs onun həyat yoldaşıdır. Sevinc Abbasovanın ibtidai istintaqdakı ifadələrinin elanı zamanı o da məlum olub ki, bundan əvvəllər də digər evliliyi olub. Həmin xanımın isə sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın qohumlarından olduğu bildirilir.

Şahid ibtidai istintaqa verdiyi ifadələrlə bağlı bir çox epizodlardan xəbərinin olmadığını bildirərək, hazır sənədlərə imza atdığını deyib.

Təqsirləndirilənlərdən Xəyalə Hüseynova, Ümüd Abbasov və Məhərrəm İbrahimlinin vəkilləri müvəkkilləri barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təqdim ediblər. Müşavirədən sonra vəsatətlər əsassız hesab edilərək qəbul olunmayıb.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Babayev "Olympus" şirkətlər qrupunun təsisçisidir. Bakı-Şamaxı yolunda "Lukoil" yanacaqdoldurma məntəqəsinin sahibidir. Həmçinin bir çox tikinti layihələrində təsis payı var. İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 500 min manat pulunu ələ keçirib dələduzluq ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Onu da qeyd edək ki, mübahisə predmeti olan mülklərdən biri hazırda ARB telekanalının fəaliyyət göstərdiyi Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binasıdır. Son.az 

İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı like
  • 28 Apr 23:03  
Siyasət İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respu

arrow Ətraflı
Kavelaşvili İrəvana getdi like
  • 28 Apr 22:37  
Digərləri Kavelaşvili İrəvana getdi

Gürcüstan prezidenti Mixeil Kavelaşvili İrəvana səfər edib.

arrow Ətraflı
Xalq artisti yıxıldı, qolu sındı like
  • 28 Apr 22:18  
Şou-biznes Xalq artisti yıxıldı, qolu sındı

"Evdə qapını açarkən sol qolumun üstünə yıxıldım, qolum sındı.

arrow Ətraflı
İllərlə beyinlə bağlı öyrədilən bu məlumat səhv imiş like
  • 28 Apr 22:00  
Digərləri İllərlə beyinlə bağlı öyrədilən bu məlumat səhv imiş

Yeni araşdırma beynin düşündüyümüz kimi öyrənmədiyini göstərir.

arrow Ətraflı
Gözümüzün altı niyə qaralır?  Nə etməli? like
  • 28 Apr 21:43  
Digərləri Gözümüzün altı niyə qaralır? Nə etməli?

Göz altında qaralar yuxusuzluqdan genetik faktorlara qədər bir çox səbəb�

arrow Ətraflı
Dörd bürcə bu həftə pul sel kimi axacaq like
  • 28 Apr 21:32  
Digərləri Dörd bürcə bu həftə pul sel kimi axacaq

Bu həftə pul və maddi rifah məsələlərində bəzi əlamətlər üçün xü

arrow Ətraflı
Tanınmış müğənni nadir xəstəlikdən əziyyət çəkir  FOTO like
  • 28 Apr 21:20  
Şou-biznes Tanınmış müğənni nadir xəstəlikdən əziyyət çəkir FOTO

"Kalbime gömerim" mahnısı ilə şöhrət qazanan müğənni Gökç

arrow Ətraflı
Faciəvi şəkildə ölən 25 yaşlı Orxanın like
  • 28 Apr 21:08  
Digərləri Faciəvi şəkildə ölən 25 yaşlı Orxanın

Xəbər verdiyimiz kimi, gecə saatlarında avtomobil idman zalına çırpılıb

arrow Ətraflı
Əhaliyə qəti xəbərdarlıq  Telefonla danışmayın like
  • 28 Apr 20:59  
Digərləri Əhaliyə qəti xəbərdarlıq Telefonla danışmayın

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzin

arrow Ətraflı
“Qayınanam məni gəlin kimi qəbul etmir” – Qumral like
  • 28 Apr 20:54  
Şou-biznes “Qayınanam məni gəlin kimi qəbul etmir” – Qumral

Müğənni Təranə Qumralın qızı Qumral qayınanası ilə danışmadığın�

arrow Ətraflı