Qara Qarayev adına beynəlxalq müsabiqədə 250dən çox gənc musiqiçi iştirak edib


Kriminal 28 Apr 2025 15:44:00 75 0

Qara Qarayev adına beynəlxalq müsabiqədə 250dən çox gənc musiqiçi iştirak edib

Moskvada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin adına keçirilən beynəlxalq müsabiqənin yekun tədbiri olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müsabiqənin təşkilatçısı qismində 2002-ci ildən bəstəkarın adını daşıyan uşaq musiqi məktəbi çıxış edib. Rusiya paytaxtındakı M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında mükafatlandırma mərasimi və laureatların konserti keçirilib.

Müsabiqə 2018-ci ildən təşkil olunur və 2021-ci ildən bəri beynəlxalq statusa malikdir. 2024-cü ildə məxsusi olaraq pianoçular və fortepiano duetləri üçün əlavə müsabiqə təsis edilib. Həmin vaxtdan hər iki formatı illər üzrə təsnif etmək qərara alınıb; cüt illərdə fortepiano, tək illərdə isə bu il olduğu kimi, çoxjanrlı müsabiqələr təşkil edilir.

Müsabiqənin münsiflər heyətinə Azərbaycanın Xal artisti, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev rəhbərlik edib. Onunla birlikdə bu heyətə aparıcı pedaqoq və musiqiçilər - professor Mixail Dubov, dosentlər Marina Katarjnova və Dmitri Murin, Rusiyanın Əməkdar artisti Oleq Tantsov və digər tanınmış incəsənət ustaları daxil edilib.

Mərasimi giriş sözü ilə açan Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədova Qara Qarayevin adının təkcə Azərbaycanda deyil, bütün musiqi aləmində ehtiramla anıldığını və sevildiyini qeyd edib: "Qarayev XX əsrin milli və nadir yaradıcı nəslinin ən böyük bəstəkarlarından biridir. O, muğamı, milli ritmləri və harmoniyanı klassik formalarda təqdim edib. Bəstəkar özünü dünyanın iki qütbünün - Qərbin və Şərqin musiqiçisi kimi hiss edirdi. Onun müəllimi və böyük dostu Dmitri Şostakoviç deyirdi ki, Qarayevin musiqisi təksə səslərin harmoniyası deyil, həm də insan taleyi, tarix, zaman və epoxa haqqında düşüncələrdir.

T.Əhmədova əlavə edib ki, bəstəkar bizlərə dünyanı xüsusi səslərlə eşitmək qabiliyyətini aşılayıb. O, Arif Məlikov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə və başqaları kimi parlaq orijinal musiqiçilərdən ibarət gözəl nəsil yetişdirib.

T.Əhmədova müsabiqənin təşkilatçılarını və iştirakçılarını təbrik edib, onlara uğurlar və yaradıcılıq qələbələri arzulayıb və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva başda olmaqla Fondun nümayəndəliyinin bu müsabiqəni dəstəklədiyini, qalibləri bəstəkarın vətəninə dəvət etdiyini xüsusilə vurğulayıb.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin müsabiqə iştirakçılarına təbrikinin mətnini səfirliyin humanitar məsələlər üzrə müşaviri Yusif Vəzirov oxuyub.

Sonra müsabiqənin laureatlarının adları açıqlanıb. Diplomların və xatirə hədiyyələrinin təqdimatından sonra laureatların konserti olub.

Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! like
  • 28 Apr 15:25  
Digərləri Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib!

Azərbaycanda estetik cərrahiyyə sahəsində yaşanan qalmaqallar cəmiyyətin

arrow Ətraflı
İlham Əliyev: Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar like
  • 28 Apr 15:19  
Siyasət İlham Əliyev: Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar

Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar

arrow Ətraflı
Ən ideal bürclər  Həyatın hər sahəsində irəlidədirlər like
  • 28 Apr 15:18  
Digərləri Ən ideal bürclər Həyatın hər sahəsində irəlidədirlər

Astrologiya sahəsində aparılan son araşdırmalar bəzi bürclərin xarakter

arrow Ətraflı
Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər like
  • 28 Apr 15:16  
Siyasət Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Azərbaycan və İran arasında bir sıra sənədlər imzalanıb like
  • 28 Apr 15:12  
Siyasət Azərbaycan və İran arasında bir sıra sənədlər imzalanıb

Aprelin 28-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasın

arrow Ətraflı
Bu dəfə də artıq dərilərini kəsdirəcək like
  • 28 Apr 15:09  
Şou-biznes Bu dəfə də artıq dərilərini kəsdirəcək

Meyxanaçı-müğənni Samirə Yusifqızı yenidən əməliyyata hazırlaşır.

arrow Ətraflı
Savaş başlayandan bəri ilk dəfə  Şimali Koreya etiraf etdi like
  • 28 Apr 15:00  
Dünya Savaş başlayandan bəri ilk dəfə Şimali Koreya etiraf etdi

Şimali Koreya ilk dəfə olaraq Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya

arrow Ətraflı
İylə, saatına 50 manat qazan  Qəribə iş elanı like
  • 28 Apr 14:43  
Dünya İylə, saatına 50 manat qazan Qəribə iş elanı

ABŞ-da fəaliyyət göstərən it yemi şirkəti qeyri-adi iş elanı ilə gü

arrow Ətraflı
Məhkəmədə Ermənistan generalının etirafı nümayiş etdirildi like
  • 28 Apr 14:36  
Siyasət Məhkəmədə Ermənistan generalının etirafı nümayiş etdirildi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ş

arrow Ətraflı
Fidan Qafarov vəfat etdi like
  • 28 Apr 14:35  
Şou-biznes Fidan Qafarov vəfat etdi

Rusiyanın Xalq artisti Fidan Qafarov vəfat edib.

arrow Ətraflı
“Yeni Adlar” layihəsi çərçivəsində növbəti konsert baş tutdu  FOTO like
  • 28 Apr 14:32  
Kriminal “Yeni Adlar” layihəsi çərçivəsində növbəti konsert baş tutdu FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı