Metropolitendə yeni təyinatlar: 2 departament və 1 şöbəyə rəhbər təyin edildi
Digərləri 06 Mar 2025 16:27:00 444 0
"Bakı Metropoliteni" QSC-də Hüquq departamentinin rəisi, Kommersiya departamentinin rəisi və Daxili Nəzarət şöbəsinin rəisi vəzifələrinə yeni təyinatlar olub.
Son.az APA-ya istinadən xəbər verir ki, Metropolitendə Hüquq departamenti yaradılıb.
Departamentinin rəisi vəzifəsi Kənan Quliyevə həvalə edilib. K.Quliyev daha öncə Azərbaycan İnvestisiya Holdinqində Hüquq departamentinin müdiri vəzifəsində çalışıb. Qurumun hüquq şöbəsinin rəisi Babək İsmayılov isə vəzifəsindən azad edilərək, Hüquq departamentinin rəisi vəzifəsinə təyin olunub.
Metropolitenin Kommersiya Departamentinin rəisi vəzifəsinə isə Ruslan Ağayev gətirilib. R.Ağayev bu vəzifədə bir müddət öncə işdən azad olunan Lalə Babayevanı əvəz edib. R.Ağayev daha öncə Balaxanı Sənaye Parkında çalışıb.
Metronun Daxili Nəzarət şöbəsinin rəisi vəzifəsi isə Nicat Əliyevə həvalə olunub. N.Əliyev daha öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşı olub.
Qeyd edək ki, ötən ilin dekabr ayında ölkə başçısının Sərəncamı ilə Vüsal Aslanov "Bakı Metropoliteni" QSC-nin sədri vəzifəsinə təyin edilib. V.Aslanovun gəlişindən sonra qurumda kütləvi şəkildə kadr dəyişiklikləri, rəhbər vəzifələrə yeni təyinatlar müşahidə edilir. Belə ki, bu ilin yanvar-fevral aylarında Nərgiz Mustafayeva Metropolitenin Strateji inkişaf departamentinin, Asəf İsgəndərli Maliyyə departamentinin, Tərlan Həsənli Təchizat departamentinin rəisi vəzifələrinə təyin edilib. QSC-nin rəisi V.Aslanovun əmri ilə qurumda Mühafizə və Yanğın Təhlükəsizliyi departamenti və Kommunikasiya departamentləri yaradılıb. Zamiq Quliyev Metropolitenin Mühafizə və Yanğın Təhlükəsizliyi departamentinin, Şaban İmkani isə Kommunikasiya departamentinin rəisi vəzifələrinə təyin olunub. Bu ilin yanvar ayında Türkiyənin Marmaray sualtı tunelinin mühəndisi Orxan Yenigün Metropolitendə sədrin müşaviri vəzifəsinə gətirilib.
08 mart saat 11:00-da bütün ailə üçün nəzərdə tutulmuş "Meri Popp
 Ətraflı
 Ətraflı
                                                Martın 6-da xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici iş
 Ətraflı
 Ətraflı
                                                Yaşıl taksonomiyalar nə üçün lazımdır? Beynəlxalq miqyasda yaşıl
 Ətraflı
 Ətraflı
                                                Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika
 Ətraflı
 Ətraflı
                                                14 mart 2025-ci il saat 19:00 baharın gəlişi, Novruz bayramı münasibətiyl�
 Ətraflı
 Ətraflı
                                                Ramazan ayında oruc tutan şəxslər müəyyən qaydalara riayət etməlidir. B
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Respublikasının Ali Məhkəməsində ölümlə nəticələnən yol
 Ətraflı
 Ətraflı
                                                "Formula-1" "Qatar Airways" Azərbaycan Qran-prisi 2025-ə h
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Prokurorluğu və xarici ölkələrin hüquq-mühafizə orqanların�
 Ətraflı
 Ətraflı
                                                Çinin Hubei əyalətinin İçan şəhərindən olan məktəbli Lan Boven köhn�
 Ətraflı
 Ətraflı
                                                Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezi
 Ətraflı
 Ətraflı
                                                Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda maraqlıdır.
 Ətraflı
 Ətraflı
                                                Sevgi həmişə cədvələ uyğun gəlmir, lakin bürcün üç əlaməti üçün
 Ətraflı
 Ətraflı
                                                "Bakı Metropoliteni" QSC-də Hüquq departamentinin rəisi, Kommersiy
 Ətraflı
 Ətraflı
                                                Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhi
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            