Makiyaj etmək orucu POZUR?
Digərləri 06 Mar 2025 02:02:00 407 0
Artıq 4 gündür ki, Azərbaycanda 11 ayın sultanı olan Ramazan ayı başlayıb. Bu ay Hicri təqviminin 9-cu ayı, həmçinin, İslam dininə görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı aydır. Müsəlmalar Ramazan ayında oruc tuturlar. Oruc tutmağın özünəməxsus qaydaları var. Belə ki, oruc tutan şəxs orucunun pozulmaması üçün bəzi əməllərdən uzaq durmalıdır. Bəzən isə bu əməllərlə bağlı müxtəlif fikirlər səslənir. Hətta bunların arasında qadının oruc tutarkən makiyaj, üz baxımı etməsinin də günah olduğunu deyənlər var. Mövzu ilə bağlı Bizim.Media-ya mövzu ilə bağlı danışan ilahiyyatçı Tural İrfan bildirib ki, krem və ya hansısa makiyaj kimi vasitələr orucu pozmur: "Bu, insanları yanıltmaq üçün cahil adamların uydurduğu yanlışlardır. Orucu pozan əməllər məlumdur. Bunlar yemək, içmək, intim münasibət və qəsdən qusmaqdır. Yuyunmaq, bədənə krem çəkmək, makiyaj etmək oruca xələl gətirmir, çünki qidalandırıcı deyil". İlahiyyatçı orucu pozan əməllərlə bağlı digər məqamlardan da danışıb. "Oruc zamanı sadəcə bədəni, qidalandıran, aclığı dəf edən işlər etmək olmaz. Başı hovuz, dəniz, göl kimi sulara tam salmaq ehtiyata görə orucu poza bilən işlərdən sayılır və mümkün qədər çəkinmək gərəkdir. Lakin bilmədən boğaza su qaçarsa, eybi yoxdur. Ümumiyyətlə, bilmədən orucu pozan işlər meydana gəlsə, oruc pozulmur. Tutaq ki, bilmədən yesə, içsə yaxud digər əməlləri etsə, oruc pozulmur. Qatı tüstü, toz mümkün qədər olmaz. Siqaret çəkmək də oruca xələl gətirir. Sübh azanına qədər heyz, cünub və nifaslı halda qalmaq da orucu pozur". Müsahibimiz sonda vurğulayıb ki, oruc tutarkən sərt ətirlərdən istifadə etməkdən çəkinmək lazımdır.
Müğənni Sevda Yahyayevanın həyat yoldaşı, həkim - genetik Zakir Bayramov
 Ətraflı
 Ətraflı
                                                Türkiyəli məşhur müğənni Hadisə Bakıya gələcək.
 Ətraflı
 Ətraflı
                                                "Telegram"ın yaradıcısı Pavel Durovun sevgilisinin hamilə olması
 Ətraflı
 Ətraflı
                                                Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzad
 Ətraflı
 Ətraflı
                                                Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yegişe K
 Ətraflı
 Ətraflı
                                                Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
 Ətraflı
 Ətraflı
                                                Bu gündən paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində də
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Instagram"
 Ətraflı
 Ətraflı
                                                Əməkdar artist Hüsniyyə Mürvətova keçmiş həyat yoldaşı Cavid Təvəkk
 Ətraflı
 Ətraflı
                                                Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşıs�
 Ətraflı
 Ətraflı
                                                Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçıs�
 Ətraflı
 Ətraflı
                                                ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının Konqres tərəfindən təsdiql
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin məşhur fenomeni Mika Raun da "turkish delight" trendin�
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            