Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib
Siyasət 14 Apr 2025 11:10:00 427 0
Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib.
Bu xəbəri də oxu: İlham Əliyev bu agentliyə yeni rəis təyin etdi
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Qanunun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərmanda əksini tapıb.
Sənədə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün
- əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulması təmin ediləcək;
- satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq;
- əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək;
- əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək;
- portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək;
- həmçinin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.
Prezident İlham Əliyev "Təhsil haqqında" və "Peşə təhsili
Rusiyalı politoloq Sergey Markov ABŞ Prezidenti Donald Trumpın Sumada zərbə
Prezident İlham Əliyev "Türk Dövlətləri Təşkilatına üzv dövlətl
Prezident İlham Əliyev Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti
Bu gün səhər saatlarında Qəzzanın mərkəzində yerləşən Deyr-Bəla ş�
Azərbaycanın bir sıra rayonlarda bələdiyyələrə məxsus müxtəlif təyin
Bir çox insanlar gələcək üçün yığdığı pulunu banklara qoyur və faiz
Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə b
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda incəsənət festiva
Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41048 mana
Prezident Rəcəb Tayyib Ərdoğan ötən həftə 10 fərqli siyasət şurasına
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre
Rusiya raketlə Sumi şəhərini vurub.
