“Xocalı harayı” rəsm sərgisi Kolumbiya Senatında FOTO


Kriminal 01 Mar 2025 23:33:00 136 0

“Xocalı harayı” rəsm sərgisi Kolumbiya Senatında  FOTO

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Kolumbiya Konqresinin (Senat və Nümayəndələr Palatası) dəstəyi, Azərbaycanın bu ölkədəki səfirliyinin və "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə ölkə Senatının tarixi binasında görkəmli rəssam Nazim Məmmədovun Xocalı qurbanlarının əziz xatirəsinə həsr olunmuş əsərlərindən ibarət "Xocalı harayı" adlı rəsm sərgisi açılıb.

"Arts Council Azerbaijan" Milli.az-a bildirilib ki, sərginin açılış mərasimində Kolumbiya Prezidentinin korrupsiyaya qarşı katibi Andres İdarraqa Franko, Konqresin Beynəlxalq əlaqələr komitəsinin sədri Alexandro Toro, komitənin üzvü Mary Anne Andrea Perdomo və digər millət vəkilləri, Kolumbiya Xarici İşlər Nazirliyi və bu ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, yerli KİV və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbov tarixin qanlı səhifələrindən biri olan Xocalı soyqırımının həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından sərginin əhəmiyyətinə toxunub, 1992-ci ilin fevralında Xocalıda dinc əhaliyə qarşı törədilmiş erməni vəhşiliyinin ağır nəticələri barədə məlumat verib. Diplomat Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsinin, o cümlədən bu qanlı hadisəyə əli bulaşmış erməni cəlladlarının ədalət mühakiməsi qarşısına çıxarılmasının və öz layiqli cəzalarını almasının zəruriliyini qeyd edib.

Çıxışı zamanı M.Talıbov Kolumbiyanın Xocalı soyqırımına biganə qalmadığını, Kolumbiya Konqresində müxtəlif illərdə qəbul edilmiş sənədlərdə dinc əhaliyə qarşı xüsusi amansızlıqla törədilmiş bu qanlı əməllərin qətiyyətlə pislənildiyini və soyqırımı kimi xarakterizə olunduğunu vurğulayıb və bu baxımdan Kolumbiya tərəfinə minnətdarlığını çatdırıb.

Səfir, həmçinin Azərbaycan Hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə, eləcə də Xocalıda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən söz açıb, Ermənistandakı tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların da öz doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsinin vacibliyini qeyd edib.

Daha son Kolumbiya Prezidentinin korrupsiyaya qarşı katibi A.İdarraqa çıxış edərək, Xocalı soyqırımının bütün insanlıq əleyhinə törədilmiş cinayət olduğunu, ölkəsinin Azərbaycan xalqının kədərini bölüşdüyünü qeyd edib. O, 1992-ci ilin fevralında Xocalıda günahsız insanların misli görülməmiş qəddarlığa məruz qalmasını ağlasığmaz vəhşilik adlandırıb, bu kimi hadisələrin bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyəti Xocalı qurbanlarının xatirəsini yad etməyə, yorulmadan sülh və ədalət naminə fəaliyyət göstərməyə çağırıb.

Sonda "Arts Council Azerbaijan" təşkilatının rəhbəri Dadaş Məmmədov Xocalı qurbanlarının əziz xatirəsinə həsr edilmiş sərginin beynəlxalq əhəmiyyətinə diqqət çəkib, nümayiş etdirilən nümunələrlə bağlı sərgi iştirakçılarına ətraflı məlumat verib.

Ziyarətçilər tərəfindən maraqla qarşılanan tədbirdə Xocalı soyqırımına həsr edilmiş kitab və broşürlər paylanılıb. Tədbir Kolumbiya KİV-lərində geniş işıqlandırılıb.

Eyni zamanda, D.Məmmədovun müəllifi olduğu, sərgidə nümayiş etdirilmiş rəsm əsərləri əsasında qələmə alınmış "Xocalı harayı" adlı kitab Latın Amerikasının 2-ci ən qədim kitabxanası hesab edilən Kolumbiya Milli Kitabxanasına rəsmi olaraq hədiyyə edilib.

Berbok: "Gözləyə bilmərik, vəziyyət ciddidir" like
  • 01 Mar 23:28  
Dünya Berbok: "Gözləyə bilmərik, vəziyyət ciddidir"

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukrayna Prezidenti Volodimir

arrow Ətraflı
55 yaşlı rejissor vəfat etdi like
  • 01 Mar 23:20  
Şou-biznes 55 yaşlı rejissor vəfat etdi

Türkiyəli rejissor Erhan Baytimur vəfat edib.

arrow Ətraflı
Zelenski niyə kostyum geyinmir? like
  • 01 Mar 23:16  
Dünya Zelenski niyə kostyum geyinmir?

Volodimir Zelenski Ukraynanın prezidenti olduğu ilk gündən çətinliklərlə

arrow Ətraflı
Saatlıq əmək haqqının tətbiqinə başlanır  Maaşlar artacaq like
  • 01 Mar 23:07  
Digərləri Saatlıq əmək haqqının tətbiqinə başlanır Maaşlar artacaq

Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir

arrow Ətraflı
Əmisi oğlunun pasportu ilə Bakıya uçan şəxs tutuldu  "İspaniya planı" like
  • 01 Mar 23:02  
Kriminal Əmisi oğlunun pasportu ilə Bakıya uçan şəxs tutuldu "İspaniya planı"

19 yaşlı pakistanlı Muhammad Arşad Bakı Hava Limanında saxlanılıb. Buna

arrow Ətraflı
Qiymətlər yenidən sürətlə artmağa başlayıb like
  • 01 Mar 22:33  
Digərləri Qiymətlər yenidən sürətlə artmağa başlayıb

Rəsmi statistika göstərir ki, 2025-ci ilin ilk ayında qiymət artımı keç�

arrow Ətraflı
"Titanik" və "Avatar"ın rejissoru Trampa görə ABŞı tərk etdi like
  • 01 Mar 22:17  
Şou-biznes "Titanik" və "Avatar"ın rejissoru Trampa görə ABŞı tərk etdi

Məşhur "Titanik" və "Avatar" filmlərinin rejissoru Ceyms

arrow Ətraflı
Quşla toqquşan təyyarə havada alışdı  VİDEO like
  • 01 Mar 22:04  
Dünya Quşla toqquşan təyyarə havada alışdı VİDEO

Amerikanın "FedEx" kuryer şirkətinə məxsus təyyarə Newark Hava

arrow Ətraflı
“Qod Nisanovun ifam xoşuna gəldi, mənə konvert göndərdi”  Azərbaycanlı müğənni like
  • 01 Mar 21:58  
Şou-biznes “Qod Nisanovun ifam xoşuna gəldi, mənə konvert göndərdi” Azərbaycanlı müğənni

Müğənni Cavid Məmmədov Ukraynada səs yarışmasında iştirak etdiyi dövr

arrow Ətraflı
Zelenski Starmerlə görüşdü like
  • 01 Mar 21:47  
Dünya Zelenski Starmerlə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Star

arrow Ətraflı
"Çimnaz Sultanova çox imkanlı idi"  FOTO like
  • 01 Mar 21:10  
Şou-biznes "Çimnaz Sultanova çox imkanlı idi" FOTO

Müğənni Manaf Ağayev mərhum aktrisa Çimnaz Sultanovanın bir neçə günd�

arrow Ətraflı
Hərbi qulluqçumuz vəfat etdi like
  • 01 Mar 20:44  
Digərləri Hərbi qulluqçumuz vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

arrow Ətraflı