Musiqi dinləməyin 4 faydası
Digərləri 17 Mar 2026 03:03:00 172 0
Musiqi sağlamlıq və beyin funksiyalarına müxtəlif təsirlər göstərə bilir.
Bu xəbəri də oxu: Bu torpaqlarda yetişir: Təpədəndırnağa antibiotik anbarı çıxdı!
Son.az xəbər verir ki, son illərdə aparılan elmi tədqiqatlar musiqinin insan bədəni və zehni üzərində təsirlərini daha yaxşı anlamağa kömək edən yeni nəticələr ortaya qoyub.
Sağalmanı sürətləndirir - California Northstate University College of Medicine tədqiqatçıları tərəfindən 2024-cü ildə aparılan araşdırma və meta-analiz göstərib ki, əməliyyatdan sonra musiqi dinləmək xəstələrin hiss etdiyi ağrını əhəmiyyətli dərəcədə azalda və ürək döyüntüsünü aşağı sala bilər. Ümumilikdə 35 araşdırmanın nəticələrinin təhlili göstərib ki, musiqi anesteziyadan ayılma mərhələsində yaşanan stressi azalda, narahatlıq və kortizol səviyyəsini aşağı sala bilər.
Demansiya riskini azalda bilər - Avstraliyanın Monash University tədqiqatçıları tərəfindən 2025-ci ildə aparılan araşdırmada arxa planda müntəzəm musiqi səslənməsinin demensiya riskini azalda biləcəyi müəyyən olunub. Tədqiqat çərçivəsində 70 yaş və üzəri 10 min 893 nəfər araşdırılıb. Nəticələrə görə, davamlı musiqi dinləyən insanlarda demensiya inkişaf etmə riski musiqi dinləməyən və ya nadir hallarda dinləyənlərlə müqayisədə 39 faiz daha az olub. Bundan əlavə, musiqi aləti çalan insanlarda demensiya riskinin 35 faiz daha aşağı olduğu müəyyən edilib.
Beyin plastisliyi artıra bilər - Beynin yeni bacarıqlar öyrənməsinə imkan verən yenidən qurulma qabiliyyəti "beyin plastisliyi" adlanır. Araşdırmalar göstərir ki, musiqi ilə məşğul olmaq bu qabiliyyəti gücləndirə bilər. Harvard Medical School tədqiqatçıları tərəfindən hazırlanaraq 2010-cu ildə "Neuroscientist" jurnalında dərc edilən araşdırma xüsusilə erkən yaşlarda musiqi təhsili almağın beyin plastisliyini artırdığını göstərib. Tədqiqatda bildirilib ki, kiçik yaşlarda musiqi təhsili alan uşaqların idrak qabiliyyətləri daha yüksək olur. Bir neçə araşdırma isə musiqi aləti çalan uşaqlarda beynin iki yarımkürəsi arasında əlaqəni təmin edən anterior corpus callosum hissəsinin daha böyük inkişaf etdiyini göstərib.
Canlı musiqi beyni daha güclü stimullaşdırır - Rəqəmsal platformalarda dinlənən yazılmış musiqinin də müxtəlif faydaları var. Lakin bəzi araşdırmalar canlı musiqinin beyin üzərində daha güclü təsir göstərə biləcəyini ortaya qoyur. University of Zurich tədqiqatçıları tərəfindən aparılan araşdırmada canlı konsertlərin yazılmış musiqi ilə müqayisədə daha güclü və davamlı nevroloji reaksiyalar yaratdığı müəyyən edilib. Araşdırma zamanı iştirakçıların həm yazılmış piano musiqisini, həm də canlı pianistin ifasını dinləyərkən beyinlərindəki amigdala aktivliyi ölçülüb. Nəticələr göstərib ki, canlı musiqi amigdala üzərində daha yüksək və daha sabit aktivlik yaradır. Həmçinin canlı ifa zamanı emosiyaların emalı ilə bağlı daha geniş sinir şəbəkəsində də aktivliyin artdığı müşahidə olunub.
Mina Mikayılova Son.az
Qrip və ya soyuqdəymədən sonra yaranan və həftələrlə davam edən öskü
Xaçmaz rayonun Qusarçay kəməri adlanan orta təzyiqli qaz xəttindən Nərə
Mənzil İnşaatı Dövlət Agentliyində aparat rəhbəri vəzifəsinə yeni t�
Xaçmazda təqaüdçülərə kömək etmək adı altında yaxınlaşaraq onları
Autumn Durald Arkapav "Günahkarlar" filmindəki fəaliyyətinə gör�
Almaniyada yaşayan və özünü bloqer kimi təqdim edən Qabil Məmmədov vasi
Qrant alınması və ya verilməsi haqqında qanunvericiliyin pozulmasına gör�
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 67 yaşlı qadın hamamda
Tehranda İranın mərhum Ali Rəhbərinə məxsus təyyarə Israil ordusu tər�
Azərbaycanda martın 17-də havanın bəzi yerlərdə yağıntılı olacağı g
Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və k
Novruzun ən maraqlı günlərindən biri məhz İlaxır çərşənbəsidir. Hə
Azərbaycanda çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndiri
