Bugünkü imtahanda suallar şagirdləri çətin vəziyyətə saldı – NARAZILIQ
Digərləri 10 Mar 2026 00:00:00 86 0
Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Son.az xəbər verir ki, bugünkü imtahanda iştirak edən şagirdlər və onların valideynləri sualların çətin olması ilə bağlı narazılıqlarını ifadə ediblər.
Bu xəbəri də oxu: Sığortaolunanların uçotu yalnız bu yolla aparılacaq
Sosial şəbəkədə sualları paylaşan valideynlərdən biri bunu yazıb: "İmtahanda Azərbaycan dili qrammatikası blok səviyyəsində çıxıb, bu da bir daha göstərir, şagirdlərin universitet xəyalı repetitorsuz gerçəkləşməsi çətin olar".
Valideynlərdən Təranə Vəliyeva isə bunları deyib:"Riyaziyyatdan açıq suallar çox çətin düşüb". Digər bir valideyn isə əlavə edib: "Bizi dinləyən olsaydı, dərdimizi deyərdik. Təəssüf ki, uşaqlar çox stress keçiriblər, imtahan çətin olub".
Günay Əhmədova adlı valideyn yazıb: "Qızım gəlib ağladı, riyaziyyat açıq suallar çox çətin idi". Türküstan sevdalısı adlı istifadəçi isə qeyd edib: "10 ildir repetitoram. Azərbaycan dilində mətnlərin sualları elə uzun idi ki, səbrim çatmadı oxumağa. Uşaq onsuz da həyəcanlıdır".
Tahir Məhərrəmli isə şagirdlərin vəziyyətinə diqqət çəkərək yazıb: "Elə bil sualları tərtib edənlər uşaqların qəsdinə durublar. Suallar orta məktəb səviyyəsində olmalıdır. Məşğələsiz uşaq biliyə sahib ola bilmir. Təhsil əla biznes mənbəyinə çevrilib - pullu kurslar, saysız-hesabsız kitab nəşrləri. Dünyanın heç bir yerində bizdəki kimi çətin imtahan sistemi yoxdur. Allah günahkarların bəlasını versin".
Təhsil eksperti Elçin Əfəndi də imtahan suallarının proqramla uyğunluğunu şübhə altına alıb: "Bugünkü imtahandan sonra məlum oldu ki, suallar Elm və Təhsil Nazirliyinin tədris proqramına və dərsliklərinə əsaslanmayıb. Sanki Türkiyə, Gürcüstan və Cəbəlüttariq proqramına uyğun hazırlanıb. Nədənsə, bu məqam hər il ortaya çıxır, amma DİM və Elm və Təhsil Nazirliyi heç bir tədbir görmür. Bu, qəbul ediləsi deyil".
Qeyd edək ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb.
İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb.
İlkin məlumatlara əsasən, 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallar protokollaşdırılıb və araşdırma aparılır.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahanda 58138 şagirdin iştirakı nəzərdə tutulub. (Musavat.com)
Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü
Xaçmazın Qadaşoba kəndində 1982-ci il təvəllüdlü anası Kifayət Lətif
İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıl�
Xalq artisti Mələkxanım Eyubova Rusiyada mükafata layiq görülüb.
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens amerikalıların əksəriyyəti kimi siy
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsind�
İranda Əli Xameneinin ölümündən sonra yeni dini rəhbər seçilməsinə A
İran Baş Prokurorluğu ABŞ və İsraillə əməkdaşlıq etdiyi iddia edilən
Martın 8-də Nərimanov rayonu ərazisində altsheymer xəstəliyindən əziyy�
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası səhnəsində di
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri
Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Azərbaycan Respublikasının
Prezident İlham Əliyev İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüse
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Respublikasının ərazisinə qarşı
