İran hücumu bilərəkdən edib, yoxsa səhv olub? FOTO ilə sübut


Digərləri 05 Mar 2026 14:12:00 198 0

İran hücumu bilərəkdən edib, yoxsa səhv olub?  FOTO ilə sübut

Bu gün İran PUA-larının Naxçıvan Beynəlxalq Hava Limanına düşməsi bir vacib suala qaçılmaz cavab tələb edir: Bu, qəsdən edilən hücumdur, yoxsa müharibə fəsadı, yanılma, səhv?

Son.az xəbər verir ki, İran 28 fevraldan indiyədək olmayan səviyyədə hücumla üz-üzədir: Ölkənin ali dini lideri də daxil olmaqla, komandanlıq ilk dəqiqələrdə aradan götürülüb, ardınca zərbələr intensivləşib. Hər keçən gün zərbələrin miqyası artır.

İran cavab olaraq Körfəz ölkələrinə də hücum edir, baxmayaraq ki, özü buna "ABŞ-ın regiondakı hərbi varlığının hədəf alınması" adını qoyub. Ancaq ərəb ölkələrində neft bazaların, enerji sisteminin, hava və dəniz limanlarının hədəf seçilməsinin ABŞ bazaları ilə heç bir əlaqəsi yoxdur.

İran buna da cavab verə bilər: Körfəz ölkələri hava məkanını İsrail və ABŞ ordularına açıb, buna görə də müharibənin passiv də olsa, iştirakçısı sayılırlar. Bəs, ötən gün Türkiyəyə ballistik raket hücumu, bu gün isə Naxçıvan aeroportuna zərbənin izahı varmı?

Ötən gün Qərb mediası İranın ballistik raketinin Türkiyədə "ABŞ bazasına doğru istiqamətləndiyi" haqda məlumat yaymışdı. İran özü isə Türkiyədə hər hansı obyekti hədəf almadığını açıqladı. Buna baxmayaraq, Türkiyə istiqamətində raketin də bir "yozumunu" İran tapa bilər.

Azərbaycan niyə hədəf seçilir? Bəlkə, PUA-lar hədəfdən yayınıb? Yanlışlıq olub? Bəlkə, PUA-lar fərqli istiqamətə uçarkən sərhədi keçib və HHM sistemləri tərəfindən vurulub, fəsadlar PUA qalıqlarınındır?

Son sualdan başlayaq. Bu videoya baxın:

https://news.milli.az/society/1319161.html

Açıq-aydın görünür ki, burada PUA-nın vurulması və yaxud PUA qalığının əraziyə düşməsindən söhbət getmir - burda PUA məhz hücum edir. Həm də bu PUA Naxçıvan Beynəlxalq Hava Limanı yaxınlığındakı məktəbin ərazisinə hücum edir.

Demək, burda hücumdan danışmalıyıq!

Bəlkə, PUA-lar hədəfdən yayınıb və idarəetmədən çıxıb?

Xəritələrə baxın:

1. İsrail və ABŞ İrana Körfəzdən, ərəb ölkələrinin hava məkanından hücum edir - İranın şimal-qərbinin Azərbaycanla sərhəd hissəsinin sol tərəfi Türkiyə ilə uzun sərhəd zolağını əhatə edir. Türkiyə ilə bu sərhəd zolağının uzunluğu 534 kilometrdir. Türkiyənin hava məkanından İrana heç bir hücum baş vermədiyi üçün İranın müdafiə və hücum istiqaməti Azərbaycan sərhədindən ən azı 300-400 km cənubda olmalıdır.

2. İsrail və ABŞ İranın şimal-qərbində yalnız Təbriz və Urmiyadakı hərbi obyektlərə zərbə endirir. Xəritədən də göründüyü kimi, Təbriz və Urmiyadan Azərbaycan sərhədinə qədər məsafə 200 km-dən çoxdur.

Naxçıvana düşən hücum PUA-larıdır. Bu hücum PUA-ları ölkənin şimal-qərb sərhədində nə gəzir?

3. Vətən müharibəsi zamanı da həm Azərbaycan, həm də Ermənistan tərəfdən İran ərazisinə top mərmilərinin düşməsi faktı olmuşdu, ancaq bunun təsadüf olduğu dərhal açıqlanmış, üzr istənilmişdi, baxmayaraq ki, İran ən sərt şəkildə bu təsadüfə görə Azərbaycanı hədələmişdi.

İndi isə təkzib yoxdur, dərhal açıqlama da verilməyib.

4. Əgər doğrudan da hər hansı təsadüf, səhv baş veribsə, təsadüfən hücum PUA-ları Azərbaycanla sərhəddə uçarkən səhv edibsə, niyə məhz strateji infrastruktura - beynəlxalq hava limanına yönəlir?

5. Necə olur ki, iki PUA eyni vaxtda təsadüfən sərhədi keçir və ikisi də məhz aeroporta düşür?

6. Niyə İran PUA-ları məhz Naxçıvan aeroportu yaxınlığında idarəetmədən "çıxır"? Niyə bu PUA-lardan biri "səhvən" Ermənistan sərhədini keçmir?

7. SEPAH-a yaxın teleqram kanalları bu xəbəri bu cür tirajlayır: "Azərbaycana hücum etdik".

Bu qədər "təsadüf" olmur və SEPAH kanalları haqlıdır.

Bu, hücumdur!/Axar.az

Baxtiyor Saidov Ceyhun Bayramova zəng vurdu like
  • 05 Mar 14:02  
Siyasət Baxtiyor Saidov Ceyhun Bayramova zəng vurdu

5 mart tarixində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor

arrow Ətraflı
Roman Bandurin rəis təyin OLUNDU like
  • 05 Mar 13:49  
Digərləri Roman Bandurin rəis təyin OLUNDU

Dövlət Vergi Xidmətinin (DVX) yeni yaradılan Data Analitika İdarəsinə rə

arrow Ətraflı
Naxçıvanın vurulmasının yeni GÖRÜNTÜSÜ like
  • 05 Mar 13:44  
Digərləri Naxçıvanın vurulmasının yeni GÖRÜNTÜSÜ

Xəbər verdiyimiz kimi, bu gün İran dronları Naxçıvan aeroportuna zərbəl

arrow Ətraflı
Naxçıvan aeroprotuna düşən dronun qalıqları like
  • 05 Mar 13:42  
Digərləri Naxçıvan aeroprotuna düşən dronun qalıqları

İranın Naxçıvan aeroportuna dron zərbələri nəticəsində uçuş-eniş zo

arrow Ətraflı
AzTVnin diktoru, Xalq artisti illər sonra EFİRDƏ like
  • 05 Mar 13:35  
Şou-biznes AzTVnin diktoru, Xalq artisti illər sonra EFİRDƏ

Eldost Bayram uzun müddət sonra yenidən televiziya ekranlarında görünüb.

arrow Ətraflı
MN: "Naxçıvana edilən bu hücum aktları cavabsız qalmayacaq" like
  • 05 Mar 13:25  
Digərləri MN: "Naxçıvana edilən bu hücum aktları cavabsız qalmayacaq"

5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfin

arrow Ətraflı
Naxçıvan aeroportunda xəsarət alanların vəziyyəti NECƏDİR? like
  • 05 Mar 13:17  
Digərləri Naxçıvan aeroportunda xəsarət alanların vəziyyəti NECƏDİR?

Son.az-ın əldə etdiyi məlumata görə, onlar Naxçıvan Muxtar Respublika X�

arrow Ətraflı
Dron hücumundan sonra Naxçıvan Hava Limanı – like
  • 05 Mar 13:12  
Digərləri Dron hücumundan sonra Naxçıvan Hava Limanı –

Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının ərazisindən Naxçıvan

arrow Ətraflı
İran tərəfindən qısa müddətdə dron hücumuna aydınlıq gətirilməsini tələb edirik like
  • 05 Mar 13:01  
Digərləri İran tərəfindən qısa müddətdə dron hücumuna aydınlıq gətirilməsini tələb edirik

Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə

arrow Ətraflı
Güclü duman olacaq, yağış yağacaq  PROQNOZ like
  • 05 Mar 12:56  
Digərləri Güclü duman olacaq, yağış yağacaq PROQNOZ

Azərbaycanda martın 6-na gözlənilən hava şəraiti haqqında proqnoz açıq

arrow Ətraflı
Naxçıvanda bu məktəblər BOŞALDILDI like
  • 05 Mar 12:50  
Digərləri Naxçıvanda bu məktəblər BOŞALDILDI

Xəbər verdiyimiz kimi, İran Naxçıvan Beynəlxalq Hava Limanına dron hücum

arrow Ətraflı
İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanlar VAR  RƏSMİ like
  • 05 Mar 12:48  
Digərləri İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanlar VAR RƏSMİ

5 mart tarixində günorta radələrində Naxçıvan Muxtar Respublikasına İra

arrow Ətraflı
İran səfiri XİNə çağırıldı like
  • 05 Mar 12:45  
Digərləri İran səfiri XİNə çağırıldı

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dər

arrow Ətraflı
İran dronu Naxçıvanı belə vurub  Yeni görüntülər like
  • 05 Mar 12:32  
Digərləri İran dronu Naxçıvanı belə vurub Yeni görüntülər

Naxçıvanı vuran dronun İrana məxsus olub.

arrow Ətraflı
Şirvanda tutulan şəxsdən “Makarov” aşkarlandı like
  • 05 Mar 12:30  
Digərləri Şirvanda tutulan şəxsdən “Makarov” aşkarlandı

Şirvanda tutulan şəxsdən tapança aşkarlanıb.

arrow Ətraflı