İranın yeni ali lideri seçildi
Digərləri 04 Mar 2026 01:21:00 159 1
İranın Ekspertlər Məclisi İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ağır təzyiqləri altında Ayətullah Əli Xamaneinin oğlu Müctəba Xamaneini ölkənin növbəti Ali Rəhbəri seçib.
Bu xəbəri də oxu: Tam ölçülü yumşaq bulka xəmiri resepti
Son.az xəbər verir ki, İranın dini və siyasi iyerarxiyasında uzun müddətdir gözlənilən, lakin bir o qədər də mübahisə doğuran qərar nəhayət verilib.
Mənbələrin bildirdiyinə görə, qərar heç də asan verilməyib. Ekspertlər Məclisinin üzvləri arasında "vərəsəlik" prinsipinə qarşı çıxanlar olsa da, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi prosesə birbaşa müdaxilə edib. SEPAH komandanlığı ölkənin müharibə və xaos şəraitində olduğunu əsas gətirərək, idarəçiliyin "etibarlı əllərdə" qalması üçün Müctəba Xamaneinin namizədliyini diktə edib.
İddialara görə, Müctəba Xamanei SEPAH-ın hərbi və iqtisadi maraqlarını qoruyacağına dair təminat verdikdən sonra səsvermə yekunlaşıb.
56 yaşlı Müctəba Xamanei illərdir "pərdəarxası lider" kimi tanınırdı. Atasının ofisində böyük nüfuza sahib olan Müctəba, xüsusilə kəşfiyyat və hərbi qurumlar üzərində nəzarəti ilə seçilirdi.
O, 2009-cu il seçkilərindən sonra başlayan etirazların yatırılmasında əsas fiqurlardan biri kimi qəbul edilir.
Mühafizəkar qanad tərəfindən dəstəklənsə də, xalqın bir hissəsi və bəzi islahatçı din xadimləri onun rəhbərliyini "respublika dəyərlərinin sonu" kimi qiymətləndirirlər. Lalə Qüdrətova Son.az
"Həm sahurda, həm də iftarda yüksək yağlı qızardılmış qidalardan
Martın 3-də, axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində qətl
Kanal D-nin reytinqli layihəsi olan 'Eşref Rüya'nın aktyor heyəti g
Ukrayna lideri Volodimir Zelenski İranın onilliklər boyu bölgədə sabitliy
İrana qarşı hərbi əməliyyatların qlobal bazarlara təsirini şərh edən
Son.az bu günün qoroskopunu təqdim edir.
Xalq artisti Flora Kərimova Əməkdar artist Ruhəngzi Musəvi ilə bağlı aç
İsrail Ordusu İranın paytaxtı Tehranın yaxınlığında yerləşən məxfi
ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mers ilə görüşündə
Yaxın Şərqdə hərbi gərginliyin pik həddə çatması ilə əlaqədar ABŞ-
"Kızılcık şerbeti"nin mövsüm finalının tarixi bəlli olub.
Martın 4-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 k
Mütəxəssislər xəbərdarlıq edirlər ki, Hörmüz boğazındakı tıxanma d
Müğənni Nərmin Kərimbəyova avtomobil qəzasına düşüb.
