Lənkəran Dövlət Dram Teatrında “Gəlinlik paltarı” tamaşası təqdim olunub FOTO
Kriminal 02 Mar 2026 22:26:00 121 0
Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" tamaşası təqdim olunub. Tamaşa sevgi, ailə dəyərləri və qadın taleyi haqqında düşüncələr aşılayır. "Gəlinlik paltarı" sadəcə bir toy libası deyil... Bu paltar arzuların, saf hisslərin, qurulan xəyalların rəmzidir. Lakin həyat hər zaman xəyal etdiyimiz kimi olmur. Cəmiyyətin sərt qaydaları və taleyin gözlənilməz dönümləri qəhrəmanları çətin seçim qarşısında qoyur. Tamaşa boyunca insanın xoşbəxtlik uğrunda mübarizəsi emosional səhnələrlə tamaşaçıya təqdim olunur. Bəzən geyinilməyən bir gəlinlik belə bütöv bir taleyin hekayəsini danışa bilər... Tamaşanın sonunda Teatrın direktoru Laləzar Hüseynova qonaqları səhnəyə dəvət edib. Natiqlər ayrı-ayrılıqda Hüseynbala Mirələmovun yaradıcılığına münasibət bildirərək, onun toxunduğu mövzuların cəmiyyətimiz üçün çox aktual olduğunu qeyd ediblər. "Gəlinlik paltarı" tamaşasında quruluşçu rejissor Laləzar Hüseynovanın uğurlu rejissor işindən, cəmiyyətimiz üçün lazım olan problemlərin səhnədə bədii həllinin düzgün tapılmasından, peşəkar aktyor oyunundan danışaraq tamaşanın estetik zövqləri oxşayan möhtəşəm bir tamaşa olduğunu vurğulayıblar.
Bu xəbəri də oxu: “NƏSİMİ” operası möhtəşəm təqdimatı – ilk dəfə süni intellekt texnologiyalarından istifadə olundu
Baku TV-nin "Arzunun vaxtı" verilişinin budəfəki buraxılışı d�
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı əməliyyatının ilk gün�
Prezident İlham Əliyevin imzaladığı "Uşaqların rəqəmsal mühitdə
Güclü zərbələrlə yalnız İran deyil, həm də Hizbullah darmadağın edil
İsrail və ABŞ İranın ali lideri Əli Xameneinin olduğu yerin koordinatlar�
Beynəlxalq Muğam Mərkəzində bəstəkar Sevda Rəhimovanın " Ömür yo
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana qarşı
ABŞ ordusu İsfahanda yerləşən nüvə obyekti və yaxınlıqdakı aviabazaya
Sabah Ramazan ayının on üçüncü günüdür.
Dubaya səfər etmək istəyən azərbaycanlılar mövcud gərginlik səbəbind�
Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Fransa vətəndaşlarının İran
Martın 3-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Rusiya Yaxın Şərqdə ümumi vəziyyətin sabitləşdirilməsi məqsədilə m�
Azərbaycanda pensiya təminatı ilə bağlı müzakirələr fonunda Sovet dövr
