Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə telefonla danışdı
Siyasət 01 Mar 2026 16:53:00 214 0
Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı, regionda gərgin təhlükəsizlik vəziyyəti və davam edən hərbi eskalasiya müzakirə olunub. Bölgədə sülh və təhlükəsizliyə ciddi təsir edən vəziyyət ilə bağlı dərin narahatlıq ifadə olunub. Münaqişə tərəflərinin təmkinli olmaları, hərbi qarşıdurmanın genişlənməsinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd olunub.
Ziddiyyətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və diplomatik vasitələrlə həll edilməsinin vacibliyi vurğulanıb.
Telefon danışığı çərçivəsində, həmçinin Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksəksəviyyəli təmasların davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Tehrandakı Serbiya səfirliyi zərbənin birbaşa hədəfi olmasa da, bina həl
İranın Ali Lideri Əli Xameneinin xatirəsinə Qum şəhərindəki Cəmkəran
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti
1 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir
Əfqanıstan ordusunun bölmələri Pakistana qarşı yeni bir sıra döyüş �
İrandakı müharibə benzin qiymətlərini COVİD-19 pandemiyasından əvvəl q
İran Polis Kəşfiyyat Mərkəzinin rəhbəri, briqada generalı Qulamrza Rzaia
İran ətrafında gərginliyin artması, ABŞ və İsrailin mümkün zərbələr
Martın 2-də gözlənilən hava proqnozu açıqlanıb.
Böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən Səfirliklərimiz v
İran Silahlı Qüvvələrinin vəfat etmiş komandirlərinin siyahısı açıql
İraq hökuməti İranın Ali Lideri Ayətullah Əli Xameneinin öldürülməsin
