Peru Konqresi Xocalı soyqırımının 34cü ildönümü ilə bağlı bəyanat qəbul edib


Digərləri 25 Fev 2026 20:46:00 121 0

Peru Konqresi Xocalı soyqırımının 34cü ildönümü ilə bağlı bəyanat qəbul edib

Peru Konqresində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb və faciə ilə bağlı bəyanat qəbul edilib.  Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, Peruda akkreditə olunmuş diplomatik korpus və yerli KİV-lərin nümayəndələri iştirak ediblər. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konqresin Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Rosanxela Andreya Barbaran Reyes çıxış edərək Xocalıda həlak olmuş günahsız soydaşlarımızla bağlı Azərbaycan xalqına başsağlığı verib və Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında dərin iz qoyduğunu qeyd edib. Sonra çıxış edən səfirliyin əməkdaşı Gültən Qafqazlı-Novruzova Xocalı soyqırımı və erməni təcavüzünün tarixi haqqında məlumat verərək, bu qətliamın və onun acı nəticələrinin unudulmamasının, habelə gələcəkdə oxşar faciələrin baş verməməsi üçün soyqırımı törədənlərin hamısının məsuliyyətə cəlb olunmasının önəmini vurğulayıb. Diplomat Xocalı faciəsinə lazımi hüquqi qiymət verildiyini, bir sıra ölkələrin parlamentləri, o cümlədən Peru Konqresi tərəfindən Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edildiyini diqqətə çatdırıb, bu məsələdə ədalətli mövqe və həmrəylik nümayiş etdirdiyi üçün Peru tərəfinə minnətdarlığını bildirib. Daha sonra, Peru Konqresi tərəfindən faciənin 34-cü ildönümü ilə bağlı qəbul edilmiş bəyanatın mətni oxunulub. Bəyanatda Xocalı soyqırımının 34-cü ildönümünün anıldığı diqqətə çatdırılıb. Həmçinin çox sayda insanın qəddarcasına qətlə yetirilməsi ilə nəticələnmiş bu qanlı faciə haqqında məlumat verilib, 2013-cü ildə Peru Konqresi tərəfindən qəbul edilmiş sənəddə bu soyqırımının pisləndiyi bildirilib. Bəyanatda həmçinin Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq səylərə, o cümlədən 2025-ci il 8 avqust tarixində Ağ Evdə keçirilmiş yüksək səviyyəli görüşə dəstək vurğulanıb. Bundan başqa, bəyanatda bu gün bütün dünya azərbaycanlılarının Xocalı şəhərində qətlə yetirilmiş günahsız insanların xatirəsini ehtiramla yad etdiyi bildirilib, onların əziz xatirəsinə, baş vermiş faciənin 34-cü ildönümünün anılması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı ifadə olunub. Tədbir zamanı Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib, iştirakçılara qanlı faciənin tarixinə dair broşür və materiallar təqdim olunub. Son.az

İlham Əliyev və Mehriban Əliyeva Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb like
  • 25 Fev 20:31  
Siyasət İlham Əliyev və Mehriban Əliyeva Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban

arrow Ətraflı
Qəbələdə ağır qəza  sürücü öldü like
  • 25 Fev 20:12  
Digərləri Qəbələdə ağır qəza sürücü öldü

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
İlham Əliyevin Xocavənd sakinləri ilə səmimi söhbəti like
  • 25 Fev 20:03  
Siyasət İlham Əliyevin Xocavənd sakinləri ilə səmimi söhbəti

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

arrow Ətraflı
Rasim Balayev Türkiyəyə aparıldı like
  • 25 Fev 19:38  
Şou-biznes Rasim Balayev Türkiyəyə aparıldı

Türkiyəyə müalicəyə aparılan Xalq artisti Rasim Balayev həkim nəzarəti

arrow Ətraflı
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur like
  • 25 Fev 19:37  
Digərləri Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur

Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunurTrabz

arrow Ətraflı
Elnur Elza İbrahimova ilə yaşadığı qalmaqaldan danışdı  "Acığa dedim ki..." like
  • 25 Fev 19:25  
Şou-biznes Elnur Elza İbrahimova ilə yaşadığı qalmaqaldan danışdı "Acığa dedim ki..."

"Bəzi sənət dostlarımız var ki, onların mahnısını oxuyanda elə bi

arrow Ətraflı
Ramazan ayının səkkizinci gününün duası  İmsak və iftar vaxtı like
  • 25 Fev 19:12  
Digərləri Ramazan ayının səkkizinci gününün duası İmsak və iftar vaxtı

Sabah Azərbaycanda Ramazan ayının səkkizinci günüdür.

arrow Ətraflı
"Mənə zəng edib dedilər ki, o videonu sil"  Səidə Sultan danışdı like
  • 25 Fev 18:43  
Şou-biznes "Mənə zəng edib dedilər ki, o videonu sil" Səidə Sultan danışdı

Müğənni Səidə Sultan aparıcı Tarix Əliyevlə yaşadığı qalmaqaldan so

arrow Ətraflı
Oksford və Harvard adı altında saxta diplomlar yayılır like
  • 25 Fev 18:11  
Digərləri Oksford və Harvard adı altında saxta diplomlar yayılır

"Bu gün dünyada, xüsusilə Avropada çox sayda psevdo-akademiyalar və k

arrow Ətraflı
Toliki o, əvəz edəcək like
  • 25 Fev 18:00  
Şou-biznes Toliki o, əvəz edəcək

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV kanalında aparıcı kimi

arrow Ətraflı
İki ölkənin prezidenti Azərbaycana səfər edəcək like
  • 25 Fev 17:48  
Siyasət İki ölkənin prezidenti Azərbaycana səfər edəcək

Monteneqro və Şimali Makedoniya prezidentləri Yakov Milatoviç və Qordana Si

arrow Ətraflı
Tempratur 8 dərəcə enəcək, yollar buz bağlayacaq  XƏBƏRDARLIQ like
  • 25 Fev 16:30  
Digərləri Tempratur 8 dərəcə enəcək, yollar buz bağlayacaq XƏBƏRDARLIQ

Azərbaycanda sabahdan havanın temperaturu ötən günlərlə müqayisədə 5-8

arrow Ətraflı
Sahib Məmmədov daha bir şöbə müdirini işdən çıxardı like
  • 25 Fev 16:28  
Digərləri Sahib Məmmədov daha bir şöbə müdirini işdən çıxardı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Hüquq şöbə

arrow Ətraflı
"Elgizlə izlə" verilişinin yayımı dayandırıldı like
  • 25 Fev 16:14  
Şou-biznes "Elgizlə izlə" verilişinin yayımı dayandırıldı

Xəbər verdiyimiz kimi, aparıcılığını Elgiz Əkbərin etdiyi "Elgiz

arrow Ətraflı