Sosial şəbəkələrdə yayılan iddialar əsassız çıxdı Baş Prokurorluq


Digərləri 24 Fev 2026 11:12:00 143 0

Sosial şəbəkələrdə yayılan iddialar əsassız çıxdı  Baş Prokurorluq

Bəzi sosial şəbəkə səhifələrində vətəndaş Böyükağa Abdullayev, onun həyat yoldaşı və ailə üzvünün qanunsuzluqlara məruz qalmasına dair həqiqəti əks etdirməyən məlumatlar paylaşılıb.

Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Böyükağa Abdullayev 2004-2009-cu illərdə "Eko-Servis KO" MMC-nin həmtəsisçisi kimi qabaqcadan əlbir olan şəxslərlə birlikdə Tovuz rayonu ərazisində yerləşən "Koroğlu" tras yatağından əldə edilmiş 141 min manatdan artıq vəsaiti digər həmtəsisçidən və onun vərəsəsindən gizlədərək ələ keçirməklə, həmçinin vergi sənədlərini saxtalaşdırmaqla 3 min manatadək məbləğdə verginin ödənilməsindən yayınıb:

"Bundan başqa, o, icarə müqaviləsinə xitam verildikdən sonra yatağın qanuni istifadəçisi olan "İlqar-7.T" MMC-nin fəaliyyətinə qanunsuz müdaxilə edərək istehsal prosesini dayandırıb və bununla da müəssisəyə 67 min manat məbləğində ziyan vurub.

Həmçinin, B.Abdullayev Tovuz rayonu ərazisindən keçən dəmiryolunun yük stansiyasında inşa edilmiş, "Qaradağ Sement" ASC-yə məxsus anbarın üst hissəsində olan 12 ədəd dəmir-beton plitələrini oğurlayıb.

Qeyd edilən əməllərinə görə o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.05.2012-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.4, 177.2.2, 178.3.2, 213.1, 322.2-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Gəncə Apellyasiya Məhkəməsinin 18.02.2013-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsi 21.12.2016-cı il tarixli qərarla onun barəsində "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 06.05.2016-cı il tarixli Qanunu tətbiq edilərək cəzasından 1 il çıxılmaqla üzərində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Əlavə olaraq, B.Abdullayevin oğlu Fəqan Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.04.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə (ağırlaşdırıcı hallarda quldurluq) təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

F.Abdullayev cəzasını çəkdiyi müddətdə cəzaçəkmə müəssisələrində saxlanılan şəxsə qadağan olunmuş əşyanı verdiyi üçün Qaradağ Rayon Məhkəməsinin 30.05.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1 və 67.1-ci maddələri ilə təqsirli bilinib və ona qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Fəqan Abdullayev cəza çəkdiyi ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət edib, məhkəmənin 31.10.2025-ci il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş qalan 2 il 7 ay hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsi məhkəmə tərəfindən təmin edilib.

Həmin qərardan prokuror tərəfindən verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinin 15.12.2025-ci il tarixli qərarı ilə təmin edilib.

Ardınca Fəqan Abdullayev cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət edib və məhkəmənin 20.02.2026-cı il tarixli qərarı ilə ərizəsi təmin edilməyib.

Hazırda Fəqan Abdullayev cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdədir.

Beləliklə, Böyükağa Abdullayev və onun həyat yoldaşı tərəfindən səsləndirilən iddialara müvafiq qaydada baxılaraq onları təsdiq edən hər hansı hüquqi əsas müəyyən edilməyib. B.Abdullayev və onun oğlu barəsində çıxarılmış məhkəmə hökmləri qanuni qüvvəyə minib və yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılaraq qüvvədə saxlanılıb.

Hazırda yayılan məlumatlar məhkəmə aktları ilə müəyyən edilən hüquqi vəziyyəti dəyişmir və obyektiv reallığı əks etdirmir. Bu baxımdan vətəndaşın səsləndirdiyi şikayət və iddialar tamamilə əsassızdır".

Teztez işə gecikən işçinin aqibəti necə olacaq? – Qanun bunu DEYİR like
  • 24 Fev 11:08  
Digərləri Teztez işə gecikən işçinin aqibəti necə olacaq? – Qanun bunu DEYİR

Azərbaycan qanunvericiliyində işçinin işə gecikməsi zamanı görülüən

arrow Ətraflı
30 yaşlı qadın evinin həyətində ölü tapıldı like
  • 24 Fev 11:04  
Digərləri 30 yaşlı qadın evinin həyətində ölü tapıldı

Şəmkir rayonunda 30 yaşlı qadının meyiti yaşadığı evin həyətində ta

arrow Ətraflı
Abdul Xalid göz yaşı içində: "Övladı tapmaq olar..." like
  • 24 Fev 11:00  
Şou-biznes Abdul Xalid göz yaşı içində: "Övladı tapmaq olar..."

Müğənni Abdul Xalid televiziya efirində duyğusal anlar yaşayıb.

arrow Ətraflı
5 BÜRC qışın sonunda taleyüklü qərar verəcək like
  • 24 Fev 10:58  
Digərləri 5 BÜRC qışın sonunda taleyüklü qərar verəcək

Fevral ayı sadəcə dəyişiklik deyil, bir çoxları üçün dönüş nöqtəs

arrow Ətraflı
Meksikada iğtişaşlar zamanı həbsxanadan 23 məhbus qaçıb like
  • 24 Fev 10:54  
Dünya Meksikada iğtişaşlar zamanı həbsxanadan 23 məhbus qaçıb

Ən azı 23 nəfər Meksikanın Xalisko ştatının Puerto-Valyarta şəhərind�

arrow Ətraflı
Azərbaycanda 300 manata qədər uşaq QİDALARI  Yerli istehsal niyə YOXDU? like
  • 24 Fev 10:51  
Digərləri Azərbaycanda 300 manata qədər uşaq QİDALARI Yerli istehsal niyə YOXDU?

Körpə qidalarının qiyməti valideynləri ciddi narahat edir. Xüsusilə sün

arrow Ətraflı
Amnistiya aktı bu qədər insana şamil edildi like
  • 24 Fev 10:42  
Digərləri Amnistiya aktı bu qədər insana şamil edildi

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı

arrow Ətraflı
İranda helikopter qəzaya uğrayıb like
  • 24 Fev 10:39  
Digərləri İranda helikopter qəzaya uğrayıb

İranın İsfahan əyalətində yerləşən Dorçe şəhərində helikopter qəz

arrow Ətraflı
ABŞ diplomatlarına bu ölkəni tərk etməyi tapşırdı like
  • 24 Fev 10:36  
Dünya ABŞ diplomatlarına bu ölkəni tərk etməyi tapşırdı

ABŞ Dövlət Departamenti İranla artan gərginlik fonunda Livandakı "vac

arrow Ətraflı
Ara məsafəsi saxlanılmadı, qəza qaçılmaz oldu like
  • 24 Fev 10:32  
Digərləri Ara məsafəsi saxlanılmadı, qəza qaçılmaz oldu

Aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublika əhəmiyy

arrow Ətraflı
“Bu biabırçılığı necə camaatın üstünə atmaq olar?” like
  • 24 Fev 10:30  
Şou-biznes “Bu biabırçılığı necə camaatın üstünə atmaq olar?”

Tele-aparıcı Saleh Bağırov yenidən efirlərlə bağlı fikirlərini bölü�

arrow Ətraflı
Sabah iclasda Ramiz Mehdiyev AMEAdan xaric EDİLƏCƏKMİ? like
  • 24 Fev 10:27  
Digərləri Sabah iclasda Ramiz Mehdiyev AMEAdan xaric EDİLƏCƏKMİ?

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fevralın 25-də Ramiz Mehdiyev

arrow Ətraflı
Türkiyənin 10 ən zəngin iş adamı KİMLƏRDİR? like
  • 24 Fev 10:22  
Digərləri Türkiyənin 10 ən zəngin iş adamı KİMLƏRDİR?

"Forbes" jurnalının 2026-cı il Milyarderlər Siyahısına əsasən,

arrow Ətraflı
Azərbaycanda prokurorluq əməkdaşı vəfat etdi like
  • 24 Fev 10:10  
Digərləri Azərbaycanda prokurorluq əməkdaşı vəfat etdi

Siyəzəndə prokurorluq əməkdaşı vəfat edib.

arrow Ətraflı
Azərbaycanlı şagirddən 82 min dollarlıq təqaüd UĞURU – İlk azərbaycanlı like
  • 24 Fev 10:07  
Digərləri Azərbaycanlı şagirddən 82 min dollarlıq təqaüd UĞURU – İlk azərbaycanlı

Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Hüseynli dünyanı

arrow Ətraflı