Fevralın bu günü Azərbaycanda bayram QEYD EDİLƏCƏK
Digərləri 16 Fev 2026 17:48:00 85 0
Azərbaycanda fevralın 24-də ilin ilk çərşənbəsi- Su çərşənbəsi qeyd olunacaq.
Son.az xəbər verir ki, xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə davam edən Boz ay ərzində Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilir. Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır.
Su çərşənbəsi Novruz bayramının ilk çərşənbəsi olaraq qədimdən xalqımız tərəfindən qeyd olunan ənənəvi bayramdır. Bu gün su elementinə - təmizliyə, həyatın başlanğıcına və bərəkətə tapınma ilə bağlı mərasimlərlə qeyd olunur. Xalq arasında ona "Əzəl çərşənbə", "Sular Novruzu", "Gözəl çərşənbə" və "Gül çərşənbə" kimi adlar verilir.
Su çərşənbəsi günü insanlar gün doğmadan su mənbələrinin yanına gedir, üzlərini yuyur, bir-birinin üstünə su çiləyir və axar sudan atlayırlar. İnanca görə, "təzə su"dan keçənlər il boyu xəstəlik və bəladan uzaq olurlar. Hər çərşənbənin öz xörəyi və xonçası olur; su çərşənbəsində mütləq pak və təmiz su süfrəyə qoyulur, dövrəsinə quru meyvə, rəngbərəng şamlar, qovurğa və digər təamlar əlavə olunur.
Qeyd edək ki, Fevralın 24-də ilk - Su çərşənbəsi, martın 3-də Od, martın 10-da Hava (Yel), martın 17-də isə axırıncı -Torpaq çərşənbəsi qeyd olunacaq./Metbuat.az
Bakıda fəaliyyət göstərən qadın taksi sürücüsünün sosial şəbəkəd
"Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram&quo
Şairə və xına məclislərinin təşkilatçısı Nazilə Səfərli efirdə s�
Serbiya qırıcıları Prezident İlham Əliyevin təyyarəsini müşayiət edib
Fevralın 15-də "Telegram" mesajlaşma tətbiqinin administratorları
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevə ağır itki üz v
Fevralın 13-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonund
Mingəçevir sakininə xəsarət yetirən şəxs tutulub.
Bu, ləyaqət, zadəganlıq və ali missiyanın rəmzi olan kral bənövşəyi �
Zonquldakın Kilimli rayonundakı Gelik mədənində çökmə baş verib.
Müğənni Xatun Əliyeva canlı efirdə küsülü olduğu şairə Nazilə Səf�
Fevralın 16-da Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il tə
Ləğv edilmiş "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin ba
Bugün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edili
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
