Toyuq ixracı dayandırıldı – Azərbaycanda qiymətlər DƏYİŞƏCƏK?
Digərləri 09 Fev 2026 12:16:00 142 0
Türkiyədə bu gündən etibarən toyuq məhsullarının ixracı müvəqqəti olaraq dayandırılacaq. Qeyd olunur ki, bu qərarın əsas məqsədi daxili bazarda qiymət artımının qarşısını almaqdır.
Bu xəbəri də oxu: Nəcməddin Sadıkovun müavini olmuş generalleytenantdan xəbər var
Bəs, Azərbaycanda vəziyyət necədir?
Məsələ ilə bağlı Son.az-a açıqlama verən "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, son aylarda həm toyuq əti, həm də yumurta qiymətlərində artım müşahidə olunmayıb.
Onun sözlərinə görə, 2016-cı ildən bu günə qədər yumurta qiymətlərində heç bir artım qeydə alınmayıb:
"Toyuq ətinin qiymətinə gəldikdə isə, 2016-cı ildə bir kiloqram toyuq əti 2.95 AZN olub. İnflyasiya və kommunal xərclərin artması səbəbilə, qiymət cüzi şəkildə yüksələrək hazırda 3.60 AZN təşkil edir".
M.Həsənli qeyd edib ki, ölkədə hazırda yumurta istehsalı 130%-in üzərindədir. Yəni kifayət qədərdir və bazar tam təmin olunub. Nəzərə çatdırıb ki, 2024-cü ildə adambaşına düşən illik yumurta istehlakı 147 ədəd olub. Bu il isə həmin göstərici 174-180 ədəd arasında dəyişir.
Assosiasiya sədri əlavə edib ki, son dörd ayda ixrac həyata keçirilməyib. İxrac olsa idi, qiymət artımı müşahidə oluna bilərdi. Dediyinə görə, gələcəkdə də qiymət artımı gözlənilmir. Lakin hesab edir ki, yaxın dövrdə ixracın yenidən bərpası planlaşdırılır:
"Hazırda toyuq əti istehsalı ölkə əhalisinin tələbatının 85-90 faizini ödəyir. Eyni zamanda anbarlarda kifayət qədər toyuq əti ehtiyatı mövcuddur. Xaricdən idxal olunan toyuq əti əsasən kolbasa və sosiska kimi məhsullarının istehsalında istifadə olunur. Onların az bir qismi, xüsusilə Belarusiyadan gələn toyuqlar satışda var".
Mina Mikayılova Son.az
Əməkdar artist Elton Hüseynəliyevin prodüsser xanımı Tamilla Hüseynə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Tica
"Şərikli çörək" bədii filmində Vaqif obrazı ilə tamaşaçıla
"İdrak" liseyində 28 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovan
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Xəbər verdiyimiz kimi, Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının yen
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub.
Müğənni Vəfa Şərifova canlı efirdə qatıldığı "Rəngarəng"
İlk İİV hallarının ölkəmizdə qeydə alındığı tarixdən bu günə qə
Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi... İlk
Nazirlər Kabineti "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaları
"Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri �
04.02.2026-cı il tarixində saat 18:00 radələrində Ağcabədi Rayon Mərkəz
Bakıda 54 saylı məktəbin direktoru işdən çıxarılıb.
