Bu halda odlu silah gəzdirmək cinayət sayılmır
Digərləri 05 Fev 2026 11:00:00 54 0
Odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, saxlama, gəzdirmə əməlinin az əhəmiyyətli olduğu hallarda cinayət sayılması ehtimallarına aydınlıq gətirilib.
Son.az xəbər verir ki, bu, Konstitusiya Məhkəməsinin müvafiq qərarında öz əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə görə, cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Yəni, şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirməyən və ya belə zərər təhlükəsi olmayan əməllər cinayət məsuliyyəti yaratmır.
Lakin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə 2 ilədək müddətə islah işləri və ya 2 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 14.2 (az əhəmiyyətli əməllər) ilə 228.1 (qanunsuz silah və döyüş sursatı dövriyyəsi) maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb.
Dünyanın aparıcı kriptovalyutası olan bitkoinin qiyməti 71 min ABŞ dollar
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün yol hərəkəti iştir
Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınma
"Kənd təsərrüfatı müəssisələrinin Baş planları. Layihələndirm�
2010-cu il təvəllüdlü şəxs (kişi) dünən saat 21:00 radələrində ailə
Türkiyəli aktrisa Demet Özdemir yeni fotosessiyası ilə diqqət mərkəzinə
Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Kamil Qarayevin bar
ASCO gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində
Dünyada ən məşhur qazlı içkilərdən biri olan Coca-Colanın tərkibi uzun
ABŞ-da Epşteyn işi ilə bağlı 3 milyondan çox yeni sənədin ictimaiyyət�
2025-ci ildə Azərbaycana Amerika qitəsi ölkələrindən 36 126 turist gəlib
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəs
Bu gün Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/6 kV-luq ya
