İlk dəfə eşidənlər üçün: Epşteyn kimdir?


Dünya 03 Fev 2026 11:10:00 81 0

İlk dəfə eşidənlər üçün: Epşteyn kimdir?

Yetkinlik yaşına çatmayan qızları hədəf alan cinsi istismar və insan alveri şəbəkəsi qurmaqda ittiham olunan amerikalı milyarder Ceffri Epşteynlə bağlı yayımlanan yeni sənədlər qalmaqalı yenidən qlobal gündəmin mərkəzinə gətirib. Sənədlərdə tanınmış ictimai xadimlərin, siyasətçilərin və biznes dairələrindən şəxslərin adlarının hallanması mübahisələri daha da dərinləşdirib.

Artıq Epteyn işi təkcə fərdi cinayət hadisəsi kimi deyil, güc, cəzasızlıq və şəffaflıq problemlərinin simvolu kimi qiymətləndirilir. ABŞ və beynəlxalq mediada bu qalmaqal uzun illərdir müzakirə mövzusu olaraq qalır.

Son.az sizə Epşteyn işi ilə bağlı vacib məqamları təqdim edir:

Ceffri Epşteyn kimdir?

Ceffri Epşteyn 20 yanvar 1953-cü ildə ABŞ-ın Nyu-York ştatının Bruklin şəhərində anadan olub. Atası şəhər parklar departamentində bağban, anası isə evdar qadın idi. Epşteyn karyerasına 1970-ci illərdə Manhettendə yerləşən elit Dalton Məktəbində fizika və riyaziyyat müəllimi kimi başlayıb. Burada oxuyan şagirdlərin əksəriyyəti ABŞ-ın ən varlı ailələrinin övladları idi.

Məhz bu dövrdə əldə etdiyi əlaqələr onun həyatında dönüş nöqtəsi oldu. Müəllimlikdən ayrıldıqdan sonra maliyyə sektoruna keçən Epşteyn bir müddət "Bear Stearns" şirkətində çalışdı, daha sonra isə öz biznesini qurdu.

1988-ci ildə "J. Epstein & Company" adlı konsaltinq şirkətini yaradan Epşteyn yalnız çox yüksək sərvətə malik şəxslərə maliyyə idarəetmə xidmətləri göstərirdi. Qısa müddətdə böyük sərvət toplayan Epşteyn eyni zamanda siyasətçilər, kral ailələrinin üzvləri, məşhurlar və iri biznes nümayəndələri ilə yaxın münasibətləri ilə tanınmağa başladı.

Epşteyn işi necə ortaya çıxdı?

Epşteynlə bağlı ilk ciddi ittihamlar 2000-ci illərin əvvəllərində ortaya çıxdı. 2008-ci ildə Floridada yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar ittihamları ilə üzləşən Epşteyn mübahisəli razılaşma nəticəsində yüngül cəza alaraq azadlıqda qaldı. Bu qərar illər sonra ABŞ hüquq sistemində ciddi tənqidlərə səbəb oldu.

2019-cu ildə isə Epşteyn federal səviyyədə yenidən həbs edildi. İddialara görə, o, illər ərzində qurduğu şəbəkə vasitəsilə azyaşlı qızları cəlb edir, onları varlı və nüfuzlu şəxslərlə əlaqələndirirdi. Bu istismarın əsas mərkəzlərindən birinin Epşteynin Karib dənizində yerləşən şəxsi adası - Little Saint James olduğu bildirilirdi. Ada ictimaiyyətdə sonradan "istismar adası" kimi tanındı.

Şəxsi ada, "Lolita Express" və şəbəkə iddiaları

İstintaq materiallarında Epşteynin "Lolita Express" adlanan şəxsi təyyarəsindən də geniş bəhs olunur. Şahid ifadələrinə görə, bu təyyarə vasitəsilə qızlar və qonaqlar müxtəlif ölkələrdən Epşteynin adasına daşınıb.

Gəlin ərəbcə mahnı oxudu  Gündəm oldu like
  • 03 Fev 10:58  
Digərləri Gəlin ərəbcə mahnı oxudu Gündəm oldu

Bakıda baş tutan toy mərasimlərindən birində qeyri-adi və maraq doğuran

arrow Ətraflı
Bakıda 51 yaşlı kişi metro qarşısında bıçaqlandı like
  • 03 Fev 10:26  
Digərləri Bakıda 51 yaşlı kişi metro qarşısında bıçaqlandı

Bakıda 51 yaşlı kişi küçədə bıçaqlanıb.

arrow Ətraflı
Prezident İlham Əliyevin ƏbuDabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub like
  • 03 Fev 10:21  
Siyasət Prezident İlham Əliyevin ƏbuDabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-D

arrow Ətraflı
Göyçayda obyektdə YANĞIN like
  • 03 Fev 10:20  
Digərləri Göyçayda obyektdə YANĞIN

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göyç

arrow Ətraflı
Azərbaycanda telefonlar bahalaşacaq  1520 faiz like
  • 03 Fev 10:15  
Digərləri Azərbaycanda telefonlar bahalaşacaq 1520 faiz

Azərbaycanda fiziki şəxslərin şəxsi istifadə üçün ölkəyə rüsumsuz

arrow Ətraflı
Cənazə aparılarkən pilləkən çökdü: Köhnə binada təhlükəli vəziyyət like
  • 03 Fev 10:05  
Digərləri Cənazə aparılarkən pilləkən çökdü: Köhnə binada təhlükəli vəziyyət

Bina köhnə, pilləkənlər yarasız... Hətta, cənazə aparılarkən pilləka

arrow Ətraflı
İllər öncə Natavan Aygün Kazımovaya belə QALİB GƏLMİŞDİ like
  • 03 Fev 10:00  
Şou-biznes İllər öncə Natavan Aygün Kazımovaya belə QALİB GƏLMİŞDİ

İllər əvvəl ATV-də yayımlanan və müğənnilər arasında amansız rəqab

arrow Ətraflı
Gəncədə gənc öldürüldü: Cinayət işi açıldı like
  • 03 Fev 09:54  
Digərləri Gəncədə gənc öldürüldü: Cinayət işi açıldı

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

arrow Ətraflı
Bu gün saat 15:00dək işıq olmayacaq like
  • 03 Fev 09:44  
Digərləri Bu gün saat 15:00dək işıq olmayacaq

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi ərazilərində

arrow Ətraflı
Yol polisindən sürücülərə MÜRACİƏT like
  • 03 Fev 09:40  
Digərləri Yol polisindən sürücülərə MÜRACİƏT

Sürücülər piyada keçidi üzrə və ya piyadaların hərəkətinə icazə ve

arrow Ətraflı
"Qızıl dövr" vədi və 2025 reallığı: ABŞ iqtisadiyyatının gizli zəiflikləri like
  • 03 Fev 09:37  
Dünya "Qızıl dövr" vədi və 2025 reallığı: ABŞ iqtisadiyyatının gizli zəiflikləri

ABŞ prezidenti Donald Tramp ikinci dəfə hakimiyyətə gələndə, sadəcə f�

arrow Ətraflı
RusiyaUkrayna müharibəsində iştirak edən daha 4 vətəndaş həbs edilib – DTX like
  • 03 Fev 09:32  
Kriminal RusiyaUkrayna müharibəsində iştirak edən daha 4 vətəndaş həbs edilib – DTX

Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş

arrow Ətraflı
Azərbaycanda tanınmış futbolçu BIÇAQLANDI like
  • 03 Fev 09:19  
Digərləri Azərbaycanda tanınmış futbolçu BIÇAQLANDI

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı