Epşteyn sənədlərində şok fakt: Kəbə örtüyünün hissələri ona göndərilib
Dünya 03 Fev 2026 01:22:00 58 0
Yeni ortaya çıxan e-poçt yazışmaları göstərir ki, 2017-ci ildə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqəli şəxslər vasitəsilə İslam dünyasının ən müqəddəs simvollarından olan Kəbə örtüyü ABŞ-yə, Epşteynin ünvanına çatdırılıb.
Bu xəbəri də oxu: Dəniz kirpisi axtararkən 417 milyon manatlıq xəzinə tapdı
Son.az xəbər verir ki, yazışmalara görə, BƏƏ-də fəaliyyət göstərən iş qadını Əzizə əl-Əhmədi və Abdullah əl-Maari adlı şəxs Kəbəyə aid üç ədəd parçanın Epşteynə göndərilməsini təşkil ediblər.
Göndərilən hissələrdən biri Kəbənin içindən, biri Kəbənin üzərində istifadə edilmiş xarici örtükdən, üçüncüsü isə eyni materialdan hazırlanmış, lakin istifadə edilməmiş (gömrükdə "sənət əsəri" kimi qeyd olunması üçün) hissə olub.
Parçalar Səudiyyə Ərəbistanından "British Airways" vasitəsilə Florida ştatına, Epşteynin evinə göndərilib.
Əzizə əl-Əhmədi tərəfindən Epşteynə göndərilən e-poçtda parçanın mənəvi dəyəri belə izah edilir: "Bu qara parçaya ən azı 10 milyon müxtəlif məzhəbdən olan (sünni, şiə və s.) müsəlman toxunub. Onlar Kəbənin ətrafında dövr edərkən bu parçaya əl çatdırmağa çalışıb öz dualarını, göz yaşlarını və ümidlərini bura əmanət ediblər."
Sənədlər göstərir ki, Əzizə əl-Əhmədi ilə Epşteyn arasında yaxın əlaqə olub.
2017-ci ildə Karib dənizində qasırğa baş verəndə, Əhmədi Epşteynin şəxsi adasındakı vəziyyəti ilə dərhal maraqlanıb.
Epşteynin köməkçisi Əhmədiyə naməlum məqsədlə DNT test kiti göndərib.
Əhmədi Nyu-Yorku tərk etməzdən əvvəl Epşteyni ad günü münasibətilə təbrik etmək üçün onun evinə getmək istədiyini yazıb.
Eyni zamanda açıqlanan bir FTB qeydində şok iddia yer alıb: Epşteynin ABŞ və İsrail kəşfiyyatı (Mossad) ilə işlədiyi bildirilir. Sənəddə qeyd olunur ki, Epşteyn İsrailin keçmiş baş naziri Ehud Barakla yaxın olub və onun rəhbərliyi altında "casus təlimi" keçib. Lalə Qüdrətova Son.az
Müğənni Rəqsanə İsmayılova jurnalist Səidə Bəkirqızından üzr istəy
"Mən nəinki Ceffri Epşteynlə dost olmamışam, üstəlik, Ədliyyə Naz
Alimlər, immunoterapiya və hədəfəyönlü müalicə üsullarından istifadə
"Apokalipsis" filmində və "Narko: Meksika" serialında ç�
Son.az bu günün qoroskopunu təqdim edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin sədrləri seçi
Cəlilabadda baş verən amansız qətl hadisəsinin bəzi təfərrüatları mə
Həkim məsləhəti olmadan qəbul edilən vitaminlər orqanizmdə ciddi fəsadl
Belə ki, 2017-ci ildə qəbul edilən "Əmək pensiyaları haqqında"
Amerika Birləşmiş Ştatları Hindistanla ikitərəfli ticarət məsələləri
Azərbaycanın Ermənistana təhvil verdiyi Vaqif Xaçatryan xəstəxanadan evə
"Oreo" tipli ortası kremli məhsulların tərkibindəki maddələr sa
