Bazarlarda satılan texniki kartoflar: Alıcılar necə ayıra bilər?


Digərləri 28 Yan 2026 00:33:00 72 0

Bazarlarda satılan texniki kartoflar: Alıcılar necə ayıra bilər?

Bəzi bazarlarda və mağazalarda alıcılar yemək üçün nəzərdə tutulmuş kartoflarla yanaşı, texniki, yəni yem kartoflarına da rast gələ bilərlər. Qiyməti ucuz olduğuna görə bu kartoflara maraq göstərilsə də, təəssüf ki, onlar qida məqsədi ilə istehsal olunmayıb və yemək üçün istifadə edilməsi təhlükəlidir.

Bəs alıcılar bu kartofları necə ayıra bilər?

Son.az xəbər verir ki, qida eksperti İlkin Şirinov Ölkə.az-a açıqlamasında bildirib ki, son zamanlar kartoflar haqqında müxtəlif iddialar səsləndirilir.

Onun sözlərinə görə, laborator müayinəsi olmadan, analizlər aparılmadan, tərkibi öyrənilmədən hər hansısa iddianı insanlara yansıtmaq qanuna müvafiq deyil:

"Texniki kartof qida deyil. Bu kartof qida məqsədilə satışı təşkil olunub bazarlarda və ya piştaxtalarda qida kimi satıla bilməz. Əvvəla, bu kartof istehsal üçün texniki məqsədlərlə istifadə olunur. Sənaye xammalı kimi istifadə oluna bilər. Heyvan yemlərində də istifadə oluna bilər. Amma burada heyvanların da canlı olduğunu nəzərə alaraq müəyyən qaydalara əməl olunmalıdır.

Bu kartof qida standartlarına uyğunlaşdırılmır və onun üçün nəzərdə tutulmayıb. Çünki əsas odur ki, bu kartofda kimyəvi maddələrin yükü həddindən artıq çoxdur və onların yetişdirilməsində normadan artıq gübrələrdən, pestisidlərdən, herbistlərdən istifadə olunur və yüksək dozada tətbiq edilir. Həmçinin bu kartoflarda maddələr yığılanda saxlanma şəraitindən asılı olaraq müxtəlif dəyişikliklərə səbəb olur. 

İnsanların qidalanması üçün nəzərdə tutulan kartofların anbarlar fərqli olmalıdır. Nəzərə almaq lazımdır ki, qida üçün nəzərdə tutulmayan kartoflar fərqli anbarlarda saxlanmalıdır. Burada rütubətlilik, temperatur və digər faktorlar nəzərə alınmır. Həmçinin, bu kartoflarda etiketlənmə məsələsi də diqqətə alınmalıdır. Əgər belə kartoflar varsa və satışa çıxarılırsa, onların üzərində "texniki məqsədlər üçün istifadə olunma" qeydi olmalıdır".

Ekspert onu da qeyd edib ki, əgər bu qeydlər yoxdursa və kartof birbaşa satışa çıxarılırsa, bu, istehlakçıların sağlamlığını risk altına qoyur və qida təhlükəsizliyi qanunvericiliyinə ziddir:

"Bundan əlavə, bu cür kartoflar bişdikdən sonra acı dad verir, hamısı demək olar ki, bərabər ölçülü olur və qabığının altında yaşıl sahələr əmələ gəlir. Hətta bu bişdikdən sonra da müşahidə olunur.

Ən əsası kartofun tərkibində solanin deyilən maddə var. Solanin nədir? Kartof günəş işığına məruz qaldıqda, onun cücərən hissəsi bir yerə yığılır və göyərmə prosesi gedir. Solanin də kartofa acı dad verir. Bu, təbii kartofda da ola bilir, bəzən onunla texniki kartofu qarışdırırlar. Yəni elə başa düşürlər ki, bu texniki kartofdur, acı dad verir. Xeyr. Solanin əmələ gəldikdə təbii kartofa acı dad verir. Ondan istifadə etmək də təbii ki, mədə-bağırsaq pozuğunluqlarına gətirib çıxara bilir. 

Mən nəyi nəzərə çatdırmaq istəyirəm ki, insanların bu cür məhsullara yanaşması tamamilə düzgündür. Çünki mən özüm də buna şahid olmuşam. İki gün əvvəl belə bir hadisə ilə rastlaşdım: bir kartofu qaynadıb dadına baxanda, sözün əsl mənasında acı dad verir və yaşıl sahələr qabığın altında görünürdü. Son aylarda insanlar bu cür dadlarla dəfələrlə rastlaşıblar və texniki kartof olduğuna şübhə ediblər.

İnanmaq istəməzdim ki, bəzi işbazlar texniki kartofu qida kimi satmağa əl atsınlar. Amma ən doğru variant odur ki, insanlar tam dəqiq məlumatı laborator nəticələrinə əsasən əldə edə bilər". Son.az

Sezen Aksu “Eşref Rüya” üçün mahnı yazdı like
  • 28 Yan 00:29  
Şou-biznes Sezen Aksu “Eşref Rüya” üçün mahnı yazdı

Türkiyənin tanınmış müğənnisi Sezen Aksu "Kanal D"də yayımla

arrow Ətraflı
Bəzi ərazilərdə qaz kəsiləcək like
  • 28 Yan 00:26  
Digərləri Bəzi ərazilərdə qaz kəsiləcək

Paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək.

arrow Ətraflı
Dünya ulduzları falçılara nə qədər pul xərcləyirlər?  ARAŞDIRMA like
  • 28 Yan 00:20  
Şou-biznes Dünya ulduzları falçılara nə qədər pul xərcləyirlər? ARAŞDIRMA

Falçılıq bir çox mədəniyyətlərdə gizli olsa da, məşhurlar arasında b

arrow Ətraflı
Filippində güclü zəlzələ oldu like
  • 28 Yan 00:09  
Dünya Filippində güclü zəlzələ oldu

Filippində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Günün qoroskopu: Yeni başlanğıclar üçün möhtəşəm gündür like
  • 28 Yan 00:01  
Digərləri Günün qoroskopu: Yeni başlanğıclar üçün möhtəşəm gündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Trampdan sonra daha bir ölkə İranı təhdid etdi  "Hücum etsə, vuracağıq" like
  • 27 Yan 23:54  
Dünya Trampdan sonra daha bir ölkə İranı təhdid etdi "Hücum etsə, vuracağıq"

ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyat qərarı verib

arrow Ətraflı
İşdən çıxarılan nazir müavini kimdir? DOSYE like
  • 27 Yan 23:47  
Digərləri İşdən çıxarılan nazir müavini kimdir? DOSYE

Xəbər verdiyimiz kimi, kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki ye

arrow Ətraflı
Bu ölkədə havanın temperaturu 50 dərəcəyə yaxındır like
  • 27 Yan 23:27  
Dünya Bu ölkədə havanın temperaturu 50 dərəcəyə yaxındır

Avstraliya rekord qıran istilərə məruz qalıb.

arrow Ətraflı
Rəqsanənin transparan geyimi like
  • 27 Yan 23:22  
Şou-biznes Rəqsanənin transparan geyimi

Müğənni Rəqsanə İsmayılova yeni fotosessiyasını təqdim edib.

arrow Ətraflı
Xalq artisti 19 yaşlı nişanlısından ayrıldı like
  • 27 Yan 23:08  
Şou-biznes Xalq artisti 19 yaşlı nişanlısından ayrıldı

Rusiyanın 62 yaşlı Xalq artisti Qriqori Leps 19 yaşlı nişanlısı Avrora K

arrow Ətraflı
Düyü unlu südlü aş resepti  uşaqlığımıza aparan klassik dad like
  • 27 Yan 22:55  
Digərləri Düyü unlu südlü aş resepti uşaqlığımıza aparan klassik dad

Südlü aşın ənənəvi üsulla hazırlanmasında düyü unu istifadə etmək

arrow Ətraflı
Arvadını bıçaqlayan məhkəmə sədrinin oğlunun FOTOLARI like
  • 27 Yan 22:43  
Digərləri Arvadını bıçaqlayan məhkəmə sədrinin oğlunun FOTOLARI

Xəbər verdiyimiz kimi, Bakıda dəhşətli ailə faciəsi yaşanıb. Belə ki,

arrow Ətraflı
Azərbaycan bu ölkədən 714 inək aldı  Biri 8658 manata like
  • 27 Yan 22:39  
Digərləri Azərbaycan bu ölkədən 714 inək aldı Biri 8658 manata

Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycana xarici ölkələrdən 5

arrow Ətraflı
Açıq şəkildə satılan kələm turşusu ilə bağlı araşdırma aparılır  FOTO like
  • 27 Yan 22:35  
Digərləri Açıq şəkildə satılan kələm turşusu ilə bağlı araşdırma aparılır FOTO

Sosial şəbəkələrdə yayılan görüntülərdə açıq satışda olan kələ

arrow Ətraflı
“Dedim, gəl toyu edək, qızı tapanda evlənərsən” like
  • 27 Yan 22:23  
Digərləri “Dedim, gəl toyu edək, qızı tapanda evlənərsən”

Azərbaycanda maraqlı və qeyri-adi toy hadisəsi yaşanıb.

arrow Ətraflı