Azərbaycan teatrlarında 46 ştat ləğv edilib TAM SİYAHI
Digərləri 27 Yan 2026 20:31:00 73 0
"Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiq edilib. Qəbul edilmiş dəyişikliklər ölkə üzrə fəaliyyət göstərən 23 dövlət teatrını əhatə edir.
Bu xəbəri də oxu: Nazir deputatın yaxın qohumunu işdən çıxardı
Son.az bildirir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yeni yanaşma çərçivəsində mövcud idarəetmə modelinin optimallaşdırılması məqsədilə 2 bədii rəhbər, 21 baş rejissor və 23 baş rəssam ştat vahidi ləğv edilərək, həmin vəzifələrin funksiyaları ştat cədvəlinə uyğun şəkildə müvafiq vəzifələrin icrasına həvalə edilib.
Hazırda bu vəzifələri icra edən şəxslər teatrların yenilənmiş strukturuna uyğun olaraq fəaliyyətlərini quruluşçu rejissor, yaradıcı şöbə müdiri, rəssam və quruluşçu rəssam vəzifələrində davam etdirirlər.
Qeyd edək ki, respublika üzrə fəaliyyət göstərən 23 teatrda:
2 bədii rəhbər (Azərbaycan Dövlət Milli Dram Teatrı və Azərbaycan Dövlət Pantomim Teatrı),
13 baş rejissor (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Yuğ Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı və İlya Çavçavadze adına Qax Dövlət Gürcü Dram Teatrı),
15 baş rəssam (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Yuğ Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Gəncə Dövlət Milli Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı və Qax Dövlət Kukla Teatrı) üzrə müvafiq ştat vahidlərinin funksiyalarının icrası yenilənmiş struktur çərçivəsində digər vəzifələrin icrası zamanı nəzərə alınıb.
Bu dəyişikliklərin əsas məqsədi teatrların idarəetmə mexanizmlərinin çevikliyini artırmaq, yaradıcılıq prosesinin səmərəliliyini gücləndirmək və müasir idarəetmə prinsiplərinə uyğun institusional model formalaşdırmaqdır.
Bu gün mərhum Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. Sənə
Naxçıvan MR Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən azad edilib.
Azərbaycanda uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin
Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Xalq artisti Aygün Kazımova il
Yanvarın 26-da İmişli şəhəri ərazisində yerləşən evlərdən birində
Zərdabın Burunlu kəndində təxminən 3 kilometr uzunluğunda yol istifadəy�
Müğənni Samir Bağırov görünüşü ilə diqqət çəkib.
"Bütün tikinti materiallarının qiymətində artım olacağı şübhə
Şəmkirdə dəhşətli qətl hadisəsi ilə bağlı yeni təfərrüat üzə ç�
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vəzifəsindən azad e
Qəbələ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Sumqayıtda beş ünvanda 13 qəzalı binada söküntü işləri aparılacaq. Ha
Rusiyanın Xalq artisti Filipp Kirkorov Xalq artisti Aygün Kazımova ilə bağl
Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makronu
Azərbaycan Respublikası Baş naziri Əli Əsədovun sədrliyi ilə 27 yanvar 2
