Bu şəxslərə kommunal ödənişlərlə bağlı pul verilir
Digərləri 26 Yan 2026 15:33:00 70 0
Azərbaycanda bir sıra şəxslərə kommunal ödənişlərdə və nəqliyyatda gedişhaqqına görə güzəştlər tətbiq edilir. Bu, müvafiq qanunvericilklə tənzimlənir. Son.az xəbər verir ki, "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müvafiq müavinətlərlə əvəz olunmasına dair Prezidentin Fərmanı mövcuddur. Belə ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, 1990-cı il 20 Yanvar hadisələrində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə bərabər tutulanlara, həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara -26 manat, Böyük Vətən müharibəsi iştirakçılarına - 25 manat, həlak olmuş döyüşçülərin dul arvadlarına - 18 manat, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeninin hər hansı bir dərəcəsi ilə təltif edilmiş şəxslərə - 12 manat, Böyük Vətən müharibəsindən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına - 12 manat, Çernobıl qəzası nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə (həqiqi hərbi xidmət dövründə Çernobıl qəzası nəticəsində zərər çəkmiş hərbi qulluqçular istisna olmaqla), orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onlara bərabər tutulanlar istisna olmaqla), sosial pensiyaçılara - 6 manat məbləğində kommunal, nəqliyyat və digər xidmətlər üzrə müavinət verilir. /Bizim.Media
Bu xəbəri də oxu: İl boyu uğur qazanacaq BÜRCLƏR karyera yüksəlişi, pul,
Kahramanmaraşda 5 günlük körpəyə şiddət tətbiq edərək onun ömürlük
"Nadir Events"in təşkilatçılığı ilə Opera Studiyasının kon
Türk xalq və klassik musiqi sənətçisi, "Hasretinle Yandı Gönlüm&quo
Canlı efirdə xanəndə Kəmalə Nəsibova ilə müğənni Mənzurə Musayeva a
Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib ki, Tbilis
İstanbulun Silivri və Avcılar rayonlarında dəniz səviyyəsinin nəzərəç
Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasındak
Azərbaycanda 120 min manata mobil nömrə satılır.
Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində magistral su xəttində qəza b
Paytaxtın bəzi ərazilərində tikililər qeyri-qanuni olaraq mühafizə zola�
"UTair" aviaşirkətinə məxsus Bakı-Gəncə istiqamətində həyata
Bakı gecələrində lüks avtomobili ilə görüntülənən müğənni Nəfəs
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş idarəsinin rəis mü
