Magistraturaya sənəd qəbulu başa çatır
Digərləri 26 Yan 2026 10:43:00 82 0
Magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu bu gün saat 23:59-dək davam edəcək.
Bu xəbəri də oxu: Evə xəbərsiz gələn qayınananı gəlinin qarşılaması MÜZAKİRƏ YARATDI
Son.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, 26 yanvar saat 09:00-a olan məlumata əsasən, 20 346 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 18 542; rus bölməsi - 1 804).
Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği "Şəxsi kabinet"lərindəki hesablarına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Daha sonra bakalavr "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir. İmtahanda yalnız elektron ərizəsini təsdiq etmiş bakalavrlar iştirak edə bilərlər.
İmtahan 2026-cı il fevralın 15-də keçiriləcək. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni imtahana dörd-beş gün qalmış çap edə biləcəklər.
Asya Son.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da İsrail
Müğənni Rəqsanə İsmayılova jurnalist və aparıcı Səidə Bəkirqızın
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Müğənni Qumral efirdə taxdığı bahalı qızıl dəstləri ilə diqqət mə
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�
ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət sazişinin Kanada üçün son dər
Səhər yeməyi günün ən vacib öyünü hesab olunsa da, onun nə vaxt yeyilm
Yüksək qan təzyiqi (hipertoniya) müasir dövrün ən çox yayılmış sağla
Mətbəx və vanna otaqlarında ən çox rast gəlinən problemlərdən biri suy
Avstraliyanın Kvinslend Universitetində 1927-ci ildən bəri davam edən və G
