"Gündə 2 litr su için" qaydası tarixə qovuşdu: Elm dünyasından yeni açıqlama
Digərləri 23 Yan 2026 08:41:00 92 0
Onilliklərdir ki, sağlam qalmaq üçün gündə ən az 8 stəkan və ya 2 litr su içməli olduğumuz deyilir. Lakin son elmi araşdırmalar bu "qızıl qaydanın" hər kəs üçün keçərli olmadığını və hətta bəzi hallarda yanlış anlaşıldığını ortaya qoyub.
Bu xəbəri də oxu: Saçları gecgec yumaq baş ağrısına səbəb ola bilər Həkimdən xəbərdarlıq
Son.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu qayda 1945-ci ildə bir qida komissiyasının tövsiyəsinə əsaslanır. Lakin o dövrdəki tövsiyədə mühüm bir detal unudulub: "İçdiyimiz suyun böyük hissəsi qidalardan gəlir." İnsanlar bu tövsiyəni yalnız "saf su içmək" kimi başa düşüblər və illərdir bu yanlış fikir populyarlığını qoruyub.
Yeni araşdırmalar sübut edir ki, insanın su ehtiyacı bir çox fərdi amildən asılıdır:
Kişilərin, qadınların və uşaqların metabolik ehtiyacları fərqlidir. İdmanla məşğul olan birinin ehtiyacı ilə ofisdə oturanınkı eyni deyil. İsti və rütubətli bölgələrdə yaşayanlar daha çox maye itirirlər. Meyvə və tərəvəz ağırlıqlı qidalananlar maye ehtiyacının bir hissəsini artıq yeməklərdən alırlar. Susuzluq hissiAlimlər qeyd edirlər ki, sağlam bir insan bədəni nə vaxt suya ehtiyacı olduğunu susuzluq siqnalı ilə mükəmməl şəkildə bildirir. Məcburi şəkildə, ehtiyac hiss etmədən həddindən artıq su içmək böyrəkləri artıq yükləyə bilər və qanda natrium səviyyəsinin düşməsinə (hiponatremiya) səbəb ola bilər ki, bu da sağlamlıq üçün risklidir.
Müasir tibb "standart litr" rəqəmlərindən uzaqlaşmağı tövsiyə edir. Bunun əvəzinə:
Bədəninizin susuzluq siqnallarını dinləyin.
Sidiyin rənginə diqqət edin (açıq sarı rəng kifayət qədər su içdiyinizi göstərir).
Qidalardakı (şorba, meyvə, tərəvəz) su miqdarını nəzərə alın. Lalə Qüdrətova Son.az
Astronomlar kainatın dərinliklərində indiyə qədər rast gəlinməyən, nə
Yumurta qaynadarkən qabığın yapışması həm vaxt aparır, həm də yumurta
Uzun illərdir heç bir izinə rast gəlinməyən və nəsli kəsilmiş hesab ol
Bambukun istehlakı ilə bağlı bütün elmi tədqiqatları araşdıran ilk aka
Elektrikli avtomobil bazarında diqqətlər əsasən Tesla-nın satış göstər
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (WEF) çə
Kremldə Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümay�
Baş dərisinə lazımi səviyyədə qulluq edilməməsinin sağlamlığa mənfi
Baş rollarını Ercan Kesal, Akın Akınözü, Serra Arıtürk canlandırdığ�
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkədə yanacaq qiymətləri
Təsəvvür edin ki, bir yola çıxırsınız və onu tamamlamaq üçün fasilə
Dünya aviasiya nəhəngləri karbon emissiyasını azaltmaq üçün qeyri-adi �
Yuxu sadəcə istirahət deyil, orqanizmin özünü bərpa etdiyi ən vacib pros
"Evə qayıdanda gördüm ki, hər şey yanıb kül olub".
Ukrayna lideri Volodimir Zelenski və həyat yoldaşı Olena banklardakı vəsai
