Trampdan böyük ifşa: Makron və Ruttenin gizli mesajlarını paylaşdı


Digərləri 20 Yan 2026 23:10:00 57 0

Trampdan böyük ifşa: Makron və Ruttenin gizli mesajlarını paylaşdı

ABŞ Prezidenti Donald Tramp Davos Sammiti öncəsi beynəlxalq diplomatiyanı sarsıdan bir addım atıb. Tramp Fransa Prezidenti Emmanuel Makron və NATO Baş katibi Mark Ruttenin ona göndərdiyi özəl mesajları sosial şəbəkədə paylaşaraq, dünya liderləri arasında qapalı qapılar arxasında aparılan təmasları üzə çıxarıb.

Son.az xəbər verir ki, Donald Tramp Makron və Ruttenin ona göndərdiyi özəl mesajların ekran görüntülərini (screenshot) "Truth Social" hesabında yayımlayıb.

Yazışmalarda Suriya, İran, Qəzza, Ukrayna və hətta Qrenlandiya ilə bağlı mühüm məqamlar yer alıb.

Trampın paylaşdığı mesajlara görə, Fransa Prezidenti Emmanuel Makron xüsusilə Suriya və İran mövzularında Vaşinqtonla eyni fikirdə olduğunu vurğulayıb. Makronun mesajında bir məqam diqqət çəkib: o, Trampın Qrenlandiya məsələsindəki mövqeyini anlamaqda çətinlik çəkdiyini qeyd etsə də, diplomatik əməkdaşlığı artırmağa çağırıb.

Makronun mesajı:

"Dostum, Suriya mövzusunda tamamilə eyni xəttdəyik. İran məsələsində böyük işlər görə bilərik. Qrenlandiya ilə bağlı nə etdiyinizi anlamıram. Gəlin böyük layihələr quraq: Davosdan sonra cümə axşamı Parisdə G7 toplantısı təşkil edə bilərəm. Ukraynalıları, danimarkalıları, suriyalıları və rusları da dəvət edərəm. ABŞ-yə dönməzdən əvvəl Parisdə birlikdə şam yeməyi yeyək."

NATO Baş katibi Mark Ruttenin mesajı isə daha çox təriflərlə zəngin olub. Rutte Trampın xüsusilə Suriyadakı addımlarını "inanılmaz" adlandırıb və Davosdakı çıxışlarında Trampın Qəzza və Ukrayna üzrə fəaliyyətini ön plana çıxaracağını bildirib.

Ruttenin mesajı:

"Cənab Prezident, əziz Donald, Suriyada bacardıqlarınız inanılmazdır. Davosdakı media təmaslarımda sizin Qəzza və Ukraynadakı səylərinizi qabardacağam. Qrenlandiya məsələsində irəliyə doğru bir həll yolu tapmaqda qərarlıyam. Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm."

"New York Post"un xəbərinə görə, liderlər arasındakı özəl yazışmaların ifşa edilməsi xüsusilə Avropa paytaxtlarında böyük çaşqınlıq yaradıb. Bu hadisə beynəlxalq münasibətlərdə "məxfi diplomatiyanın sərhədləri" və liderlər arasındakı etimad məsələsini yenidən müzakirə obyektinə çevirib. Lalə Qüdrətova Son.az

Yeni Yasamalda zəncirvari qəza: Yol buz bağlayıb like
  • 20 Yan 23:04  
Digərləri Yeni Yasamalda zəncirvari qəza: Yol buz bağlayıb

Yeni Yasamal yaşayış massivində, dairəvi yol yaxınlığında bir neçə av

arrow Ətraflı
Ukrayna parlamenti işıqsız, susuz qalıb like
  • 20 Yan 22:56  
Dünya Ukrayna parlamenti işıqsız, susuz qalıb

Hazırda Ukrayna Ali Radasında işıq yoxdur.

arrow Ətraflı
Sabah 10:30da qaz kəsiləcək  Bu ərazilərdə like
  • 20 Yan 22:46  
Digərləri Sabah 10:30da qaz kəsiləcək Bu ərazilərdə

Babək rayonunun bəzi kəndlərində qazın verilişi dayandırılacaq.

arrow Ətraflı
İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb like
  • 20 Yan 22:45  
Siyasət İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda

arrow Ətraflı
Maddələr mübadiləsini mühərrik kimi işlədir: Qəhvəyə bir qaşıq əlavə etmək kifayətdir like
  • 20 Yan 22:44  
Digərləri Maddələr mübadiləsini mühərrik kimi işlədir: Qəhvəyə bir qaşıq əlavə etmək kifayətdir

Artıq çəkidən azad olmaq və enerjini artırmaq istəyənlər üçün qəhv�

arrow Ətraflı
Dünyanın ən ağıllı şəhərləri bəlli oldu like
  • 20 Yan 22:31  
Dünya Dünyanın ən ağıllı şəhərləri bəlli oldu

Dünyanın ən ağıllı və texnoloji cəhətdən inkişaf etmiş şəhərləri

arrow Ətraflı
Mətanət Eminova vəfat etdi  FOTO like
  • 20 Yan 22:19  
Digərləri Mətanət Eminova vəfat etdi FOTO

Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin ingilis dili m�

arrow Ətraflı
Qar yağdı  həyat dayandı like
  • 20 Yan 22:17  
Digərləri Qar yağdı həyat dayandı

Lənkəran və Lerikin yüksək dağlıq ərazilərində ötən gündən başlay

arrow Ətraflı
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi  Fotolar like
  • 20 Yan 22:07  
Digərləri Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi Fotolar

Hazırda Bakıda müşahidə olunan qarlı hava şəraiti səbəbindən Suraxan�

arrow Ətraflı
Əməkdar jurnalist vəfat etdi like
  • 20 Yan 21:41  
Digərləri Əməkdar jurnalist vəfat etdi

Əməkdar jurnalist, şair Qərib Mehdi 90 yaşında vəfat edib.

arrow Ətraflı
Yaponlar qış boyu belə isinir: Təbii qaz deyil, "Kotatsu" like
  • 20 Yan 21:14  
Dünya Yaponlar qış boyu belə isinir: Təbii qaz deyil, "Kotatsu"

Yaponiyada evlərin çoxunda mərkəzi isitmə sisteminin olmaması insanları �

arrow Ətraflı
Əslən Bakıdan olan amerikalı qrossmeysterin ölüm səbəbi açıqlandı like
  • 20 Yan 20:35  
Digərləri Əslən Bakıdan olan amerikalı qrossmeysterin ölüm səbəbi açıqlandı

Amerikalı qrossmeyster Daniel Naroditski narkotik tərkibli dərmanlar qəbul e

arrow Ətraflı
Cəlilabadda ağır onkoloji xəstənin yaşayış şəraiti bərpa olunub like
  • 20 Yan 20:24  
Digərləri Cəlilabadda ağır onkoloji xəstənin yaşayış şəraiti bərpa olunub

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1972-ci i

arrow Ətraflı