Cəlilabadda ağır onkoloji xəstənin yaşayış şəraiti bərpa olunub


Digərləri 20 Yan 2026 20:24:00 59 0

Cəlilabadda ağır onkoloji xəstənin yaşayış şəraiti bərpa olunub

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Sücayət Sabir oğlu ağır onkoloji xəstəlikdən əziyyət çəkir.

Son.az xəbər verir ki, o, bir müddət əvvəl xəstəxanada müalicə aldıqdan sonra gedəcək yeri olmadığı üçün kənd məscidlərindən birində məskunlaşıb.

Cəlilabad Rayon İcra Hakimiyyətindən Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sücayət Həsənov və onun qardaşının ailəsi uşaqları ilə birlikdə ata yurdunda yerləşən yaşayış evinə köçürülüb:

"Evdə yaşayış şəraiti bərpa olunub, ailə ərzaqla və istiliklə təmin edilib".

------------- Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Sücayət Sabir oğlu ağır onkoloji xəstəlikdən əziyyət çəkir. Kimsəsiz olan Sücayət Həsənov yaşayacaq evi və ona baxacaq yaxın qohumu yoxdur.

Son.az xəbər verir ki, bir müddət əvvəl rayon xəstəxanasında əməliyyat olunan Sücayət Həsənov stasionar müalicədən sonra buraxılıb və gedəcək yeri olmadığı üçün küçələrdə qalıb.

Qış mövsümündə sığınacaq tapa bilmədiyindən kənddəki məscidlərdən birinə yerləşib. Kənd sakinləri onu gündəlik ərzaq və yorğan-döşəklə təmin ediblər.

Məsələ ictimailəşdikdən sonra Cəlilabad Rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin nümayəndələri Sücayəti məsciddən təxliyə edərək xəstəxanaya yerləşdiriblər. Lakin o, cəmi bir gün xəstəxanada saxlanıldıqdan sonra yenidən məscidə qaytarılıb.

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə sorğu göndərilib. Qurumdan məsələnin araşdırıldığı bildirilib.

Mina Mikayılova Son.az


Xəbərə aid video

Qarabağda bu sahələrə işçi axtarılır: 1000 1584 manat...  SİYAHI like
  • 20 Yan 20:12  
Digərləri Qarabağda bu sahələrə işçi axtarılır: 1000 1584 manat... SİYAHI

Qarabağda müxtəlif sahələr üzrə vakansiyalar elan edilib.

arrow Ətraflı
Nəhəng brend rəsmən bazardan çəkildi  Artıq telefon istehsal etməyəcəklər like
  • 20 Yan 20:05  
Digərləri Nəhəng brend rəsmən bazardan çəkildi Artıq telefon istehsal etməyəcəklər

"Asus" şirkəti 2026-cı il ərzində yeni smartfon təqdim etməyəc

arrow Ətraflı
Prezident: Vəziyyəti nəzarət altına alsaq o zaman xalqların uğur qazanması mümkündür like
  • 20 Yan 20:00  
Siyasət Prezident: Vəziyyəti nəzarət altına alsaq o zaman xalqların uğur qazanması mümkündür

Artıq beynəlxalq təsisatlara etibar etməməliyik. Aleksandarla (Vuçiç - re

arrow Ətraflı
Yeni evlənənlərə maliyyə yardımı veriləcək? like
  • 20 Yan 19:58  
Digərləri Yeni evlənənlərə maliyyə yardımı veriləcək?

Türkiyədə yeni evlənən gənclər üçün maddi dəstək mexanizmi tətbiq o

arrow Ətraflı
Prezident: Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düçar oldu like
  • 20 Yan 19:52  
Siyasət Prezident: Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düçar oldu

Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düç

arrow Ətraflı
Ağac aşdı  yol bağlandı like
  • 20 Yan 19:50  
Digərləri Ağac aşdı yol bağlandı

İntensiv yağıntılar nəticəsində ağac aşaraq Lənkəran-Lerik avtomobil

arrow Ətraflı
"WhatsApp" istifadəçilərinin gözlədiyi funksiya nəhayət ki, gəlir like
  • 20 Yan 19:34  
Digərləri "WhatsApp" istifadəçilərinin gözlədiyi funksiya nəhayət ki, gəlir

"WhatsApp" platforması "WhatsApp Web" (brauzer versiyası)

arrow Ətraflı
Sərhəddə təhlükəli təxribat: Məftilləri parçalayıb Suriya tərəfinə keçdilər like
  • 20 Yan 19:22  
Digərləri Sərhəddə təhlükəli təxribat: Məftilləri parçalayıb Suriya tərəfinə keçdilər

Türkiyədə DEM Partiyasının Nusaybində keçirdiyi qrup toplantısından son

arrow Ətraflı