İran xarici işlər nazirinin Davosda çıxışı ləğv edildi


Digərləri 19 Yan 2026 23:29:00 59 0

İran xarici işlər nazirinin Davosda çıxışı ləğv edildi

Hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun rəhbərliyi İranın xarici işlər naziri Abbas Əraqçının çıxışını ləğv edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, forumun rəsmi proqramına əsasən, Abbas Əraqçının çıxışı yanvarın 20-də günortadan sonraya planlaşdırılmışdı. Yanvarın 18-də onun adı hələ də spikerlər siyahısında idi, lakin yanvarın 19-da səhər artıq onun adını saytda tapmaq mümkün olmayıb.

Forum təşkilatçıları İsveçrənin "20 Minuten" qəzetinə təsdiqləyiblər ki, İran xarici işlər naziri Davosa getməyəcək. Onlar bildiriblər ki, Əraqçı 2025-ci ilin payızında tədbirə dəvət olunub, lakin İranda etirazların qurbanları ilə əlaqədar olaraq İran hökumətinin bu il Davosda təmsil olunması məqsədəuyğun hesab edilməyib. "20 Minuten"in iddia etdiyi kimi, Abbas Əraqçının planlaşdırılan çıxışı ilə bağlı xəbər sosial şəbəkələrdə tənqid atəşinə səbəb olub.

Qeyd edək ki, 29 dekabr 2025-ci ildə İran rialının məzənnəsinin kəskin düşməsi səbəbindən Tehranda tacirlərin etiraz aksiyaları başlayıb. 30 dekabrda iğtişaşlara tələbələr də qoşulublar. İğtişaşlar əksər böyük şəhərlərə yayılıb. Yanvarın 2-də küçələrdə naməlum silahlı şəxslərin qrupları peyda olub və iğtişaşçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşmalar artıb.

İğtişaşlar 8 yanvar axşamı pik həddə çatıb, iğtişaşlarda bir uşaq da daxil olmaqla, ən azı 12 dinc sakin həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə orqanı əməkdaşının öldüyünü bildirib. Tehran meri Əlirza Zəkani iğtişaşçıların paytaxtda 25 məscidi yandırdığını, 26 banka, 3 tibb mərkəzinə, 10 dövlət müəssisəsinə, 48 yanğınsöndürmə maşınına, 42 avtobus və təcili yardım maşınına, eləcə də 24 mənzilə zərər verdiyini bildirib. İran hakimiyyəti iğtişaşçıları terrorçu adlandırıb və iğtişaşların təşkilinə görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə qoyub. Son.az 

Fərqanə Qasımovanın oğlu əsgər gedir like
  • 19 Yan 23:28  
Şou-biznes Fərqanə Qasımovanın oğlu əsgər gedir

Əməkdar artist Fərqanə Qasımovanın oğlu Saleh hərbi xidmətə gedir. 

arrow Ətraflı
Astarada zəlzələ oldu like
  • 19 Yan 23:25  
Digərləri Astarada zəlzələ oldu

Astarada 3,1 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı
Rəsmi Bakı Pakistana başsağlığı verdi like
  • 19 Yan 23:16  
Siyasət Rəsmi Bakı Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kəraçi şəhərindəki ticarət m

arrow Ətraflı
Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib like
  • 19 Yan 23:09  
Siyasət Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə

arrow Ətraflı
YPG Suriyada İŞİDçi terrorçuları həbsxanadan sərbəst buraxdı like
  • 19 Yan 23:08  
Dünya YPG Suriyada İŞİDçi terrorçuları həbsxanadan sərbəst buraxdı

Suriya ordusu atəşkəs razılaşmasına baxmayaraq, YPG/SDG terror təşkilat�

arrow Ətraflı
20 yaşında dekan müavini Eyvazovların qızı imiş like
  • 19 Yan 23:04  
Digərləri 20 yaşında dekan müavini Eyvazovların qızı imiş

Bu gün həyat yoldaşının videosu ilə ölkə gündəminə düşən Füzuli R

arrow Ətraflı
"Məni filmlərə dəvət etməsinlər deyə özümə qızıl diş saldırdım" like
  • 19 Yan 23:00  
Kriminal "Məni filmlərə dəvət etməsinlər deyə özümə qızıl diş saldırdım"

"Həyatda hərənin bir arzusu var. Nə qədər arzuna çatsan, yenə də a

arrow Ətraflı
Qalmaqallı məmurun vəzifəsi bəlli oldu like
  • 19 Yan 22:47  
Digərləri Qalmaqallı məmurun vəzifəsi bəlli oldu

Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra

arrow Ətraflı
İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb like
  • 19 Yan 22:36  
Siyasət İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda

arrow Ətraflı
MDBdən çıxacaqlarını elan etdilər like
  • 19 Yan 22:28  
Dünya MDBdən çıxacaqlarını elan etdilər

Moldovanın Xarici İşlər Nazirliyi respublikanın MDB-dən tamamilə çıxmas

arrow Ətraflı
Limadakı “La Virgen Milagrosa” kilsəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib like
  • 19 Yan 22:16  
Digərləri Limadakı “La Virgen Milagrosa” kilsəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Yanvarın 18-də Peruda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunub. Li

arrow Ətraflı
Saça yapışan saqqızdan qurtulmağın yolları like
  • 19 Yan 22:00  
Digərləri Saça yapışan saqqızdan qurtulmağın yolları

Saçlara saqqız yapışması hər kəsin başına gələ biləcək problemdir.

arrow Ətraflı
Məşhur modelyer Valentino 93 yaşında vəfat etdi like
  • 19 Yan 21:49  
Dünya Məşhur modelyer Valentino 93 yaşında vəfat etdi

İtaliya moda əfsanəsi Valentino Qaravani 93 yaşında vəfat edib. 

arrow Ətraflı
"Deyirdim ki, Allah mənə qız övladı verməsin" like
  • 19 Yan 21:26  
Şou-biznes "Deyirdim ki, Allah mənə qız övladı verməsin"

"Oğlumun musiqiyə həvəsi yoxdur. Onun həvəsi başqa sahəyədir. Çox

arrow Ətraflı