Mircəfər Bağırovun əşyası 18 min manata satılır
Digərləri 19 Yan 2026 20:35:00 69 0
Azərbaycanın keçmiş rəhbəri Mircəfər Bağırovun iş otağına aid nadir mebel satışa çıxarılıb.
Bu xəbəri də oxu: İranda internet bu tarixdə bərpa olunacaq
Son.az Modern.az-a istinadən xəbər verir ki, sözügedən mebelin 1951-ci il istehsalı olduğu və ondan yalnız bir ədəd hazırlandığı bildirilir.
Mebeli satışa qoyan şəxslərin sözlərinə görə, M.Bağırovun bu mebelin yanında dayandığını əks etdirən fotoşəkil də mövcuddur. Mebelin çəkisinin 100 kiloqramdan artıq olduğu qeyd edilir.
Əşyanın satış qiyməti 18 min manat olaraq müəyyənləşdirilib. Satışı həyata keçirən şəxslər əvvəlcə mebeli Rusiya bazarına çıxarmağı düşünsələr də, sonda onu Azərbaycan kolleksiyenerləri üçün təqdim etməyə qərar veriblər.
Məlumata görə, bu mebel Bakıda təsadüfən aşkarlanıb. Onun tarixçəsi barədə məlumatlar isə digər kolleksionerlər tərəfindən təqdim olunub.
Qeyd olunur ki, sözügedən mebel təxminən 10 il əvvəl də satışa çıxarılıb.
Xatırladaq ki, Mircəfər Bağırov 1933-1953-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1953-cü ilin aprel-avqust aylarında Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub. O, müxtəlif illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, Azərbaycan Dövlət Siyasi İdarəsinin və Azərbaycan Fövqəladə Komissiyasının rəhbəri vəzifələrində də çalışıb. Son.az
19 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər na
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmiş
Sumqayıtda kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 19-da Davosd
Son zamanlarda ziyafət geyimlərinin qiymətində artım müşahidə edilir. Ki
Qasımova Gülbəniz Mahir qızının 04.04.2024-cü il tarixdə Bakı şəhəri
Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) 20 Yanvar Ümumdünya Matəm G�
Türkiyədə narkotik istintaqı çərçivəsində saxlanılan və "narkoti
Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.
Şaxtalı günlər, güclü qar və leysan yağışlar başlayanda eyni probleml
Xalq artisti Flora Kərimova uzun fasilədən sonra daha bir duetlə gündəmə
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ü
Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğunun apardığı narkotik ar
Məsələ ilə bağlı Abşeron Rayonu İcra Hakimiyyətindən verilən açıqla
Digər sakinlər isə qeyd edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müra
