Tramp Qrenlandiya planını dəstəkləməyən 8 Avropa ölkəsinə vergi qoydu
Digərləri 17 Yan 2026 21:43:00 72 0
Qrenlandiyanı ABŞ-nin nəzarətinə keçirmək istəyən Donald Tramp bu planı dəstəkləməyən 8 Avropa ölkəsinə qarşı "ticarət müharibəsi" elan edib. O, Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, İngiltərə, Hollandiya və Finlandiyadan ABŞ-yə gələn bütün mallara əlavə gömrük vergisi tətbiq olunacağını açıqlayıb.
Bu xəbəri də oxu: Sumqayıtda aptek yanır
Son.az xəbər verir ki, Trampın qərarına əsasən, bu ölkələrə qarşı ticarət məhdudiyyətləri mərhələli şəkildə sərtləşəcək:
1 fevral 2026-cı il: Mallara 10% gömrük vergisi tətbiq olunacaq.
1 iyun 2026-cı il: Bu vergi dərəcəsi 25%-ə qaldırılacaq.
Bu vergilər Qrenlandiyanın ABŞ tərəfindən tamamilə satın alınması barədə rəsmi razılıq əldə olunana qədər qüvvədə qalacaq.
Prezident Tramp sosial media hesabında Avropa ölkələrini kəskin tənqid edərək bildirib ki, bu ölkələrin Qrenlandiya ilə bağlı fəaliyyətləri dünya üçün "dayanıqsız bir risk" yaradır. O, ABŞ-nin milli təhlükəsizliyi və qurulmaqda olan "Qızıl Qübbə" (müdafiə sistemi) üçün bu adanın həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Danimarka Krallığına bağlı muxtar bölgə olan Qrenlandiya indiyə qədər ABŞ-nin suverenliyin təhvil verilməsi ilə bağlı təkliflərini rədd edib. Avropa ölkələri isə bölgədə hərbi əməkdaşlığı artırmaq üçün oraya kiçik hərbi bölmələr göndərməyə başlayıb. Tramp isə bu addımları qlobal sülhə təhdid kimi qiymətləndirərək sert tədbirlərin qaçılmaz olduğunu qeyd edib. Lalə Qüdrətova Son.az
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçma
Bakıda evdə halı pisləşən gənc qız yolda ölüb.
Aparıcı-prodüser Tarix Əliyevin ailəsində xoş gün yaşanıb.
Efirdə qalmaqal yaşanıb. Son.az xəbər verir ki, Azərbaycan Quş Əti, Y
Xəbər verdiyimiz kimi, Ucarın Qazıqumlaq kəndi ərazisində "Mercedes&
Aparıcı Elşən Orucov, İlkin Həsəni və müğənni Zamiq Hüseynov aparıc
Bir çox insan pəhriz saxladığını və sağlam qidalandığını düşünsə
Bilirəm ki, İranda iqtisadi vəziyyət qənaətbəxş deyil, xalqın dolanış
Hər il budama mövsümündə ortaya çıxan tonlarla budaq və bitki tullantıs
Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırov "Atom elekt
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qə
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
Sosial şəbəkə və bəzi saytlarda yayılan görüntülərdə Bakıdan Gənc�
Son günlər Türkiyənin bir sıra bölgələrində, eləcə də Rusiyanın pay
