Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub


Kriminal 17 Yan 2026 00:13:00 59 0

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub

Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş-rəssam Kerol Förmenin (Carole Feuerman) "Suda yenidən doğulanlar" ("Reborn into the Water") adlı sərgisinin açılış mərasimi keçirilib.

Son.az xəbər verir ki, sərginin açılışında Alena Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, rəsmi qonaqlar, diplomatlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Mərkəz bu ili möhtəşəm bir sərgi ilə açır və təqdim olunan layihə ilin ən əlamətdar sərgilərindən olacaq: "Kerol Förmenin yaradıcılığı ilə beynəlxalq sərgilərdə tez-tez rastlaşırdıq və nəhayət, bu əsərləri Azərbaycana gətirə bildik. Eksponatların əksəriyyəti ABŞ-dan, eləcə də Avropanın bir sıra ölkələrindən gətirilib və əsərlərdən biri məhz Bakıda ilk dəfə təqdim olunur", - deyə Anar Ələkbərov bildirib.

Anar Ələkbərov Kerol Förmenin Azərbaycana ilk dəfə səfər etdiyini, artıq ölkəmizin əsl dostuna çevrildiyini və Azərbaycanın dünyada tanıdılmasına mühüm töhfə verdiyini deyərək ona təşəkkürünü bildirib.

Daha sonra çıxış edən heykəltaraş-rəssam Kerol Förmen söyləyib ki, bütün həyatı boyu incəsənət onun əsas ifadə vasitəsi olub, hekayə anlatmaq üçün alətə, ideyaları araşdırmaq üçün yola, duyğuları paylaşmaq üçün isə ən doğma dilə çevrilib.

O vurğulayıb ki, bu möhtəşəm bina və onun memarlığı sərgi üçün ideal məkandır. Heydər Əliyev Mərkəzində hər bir detal sanki suyun ritmini xatırladır, məkanın ümumi forması isə dalğaları andırır. Heykəltaraşın sözlərinə görə, belə bir gözəlliyin qadın memarın ideyası əsasında ərsəyə gəlməsi xüsusilə təsirlidir.

Kerol Förmen qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər su mövzusuna həsr olunub.

"Su insana həyat verir, qidalandırır, təmizləyir və dəyişdirir. Silsilədə suyun çoxşaxəli təbiəti, eləcə də insanın bu vacib ünsürlə qurduğu mürəkkəb münasibətlər müxtəlif bədii yozumlarla təqdim olunub. Xüsusi məna daşıyan əsərlərimdən biri üzgüçü qadın obrazıdır. Bu əsəri həyatımın ən çətin dönəmlərindən birində yaratmışam. Bu obraz mənim üçün yenidən ayağa qalxmağın və dözümlülüyün simvoludur", - deyə o əlavə edib.

Qeyd edək ki, "Suda yenidən doğulanlar" sərgisi həm şəxsi hekayədir, həm də daha geniş sosial düşüncəni əks etdirir.

Heykəltaraş ekspozisiyadakı əsərlər vasitəsilə empatiyanı təşviq etməyi, köhnəlmiş düşüncələri aşmağı hədəfləyir.

Müəllifin "Rut" əsəri isə ictimaiyyətə ilk dəfə məhz Heydər Əliyev Mərkəzində təqdim olunub.

Kerol Förmen güclü realist təsirə malik heykəllər yaratmaqla məşhurdur, üzgüçüləri və rəqqasları təsvir edən fiqurativ heykəlləri ilə tanınır.

Bakıda təqdim olunan "Suda yenidən doğulanlar" ("Reborn into the Water") sərgisi rəssamın 1970-ci illərdəki işlərindən son onilliklərdəki üzgüçü fiqurlarına qədər böyük dövrü əhatə edir.

"Üzgüçülər" seriyası Förmenin incəsənətinin rəmzi ifadəsidir. Qatran, boyanmış bürünc və paslanmayan poladdan hazırlanan heykəllər tamaşaçıları insan bədəninin sarsılmaz gücünü yenidən kəşf etməyə dəvət edir. Rəssam yalnız fiziki gücü nəzərdə tutmur, o, əsərləri ilə həm də şəxsi və ictimai çətinlikləri dəf edən daxili güc barədə düşünməyi vacib bilir.

Kerol Förmenin əsərləri indiyədək dünyanın nüfuzlu məkanlarında sərgilənib. Açıq hava instalyasiyaları Nyu-Yorkda "Park Avenue" və "Central Park", Nyu-Orleanda "Poydras Corridor", Parisdə isə "Avenue George V" kimi məkanlarda nümayiş olunub. Bu gün Kerol Förmenin heykəlləri 30-dan çox muzey kolleksiyasını və dünyanın müxtəlif ictimai məkanlarını bəzəyir, özəl kolleksiyalarda saxlanılır.

Yanından keçdiyiniz ağac əslində aydan gəlmiş ola bilər like
  • 17 Yan 00:12  
Digərləri Yanından keçdiyiniz ağac əslində aydan gəlmiş ola bilər

1971-ci ildə minlərlə toxum Ayın orbitində 34 dövrə vurduqdan sonra yer k

arrow Ətraflı
Günün qoroskopu: Ruh halınız dəyişkəndir like
  • 17 Yan 00:01  
Digərləri Günün qoroskopu: Ruh halınız dəyişkəndir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
İrandakı etirazlar tamamilə yatırılıb  KİV like
  • 16 Yan 23:55  
Digərləri İrandakı etirazlar tamamilə yatırılıb KİV

İran hakimiyyəti ölkə boyu tüğyan edən kütləvi etirazları genişmiqyas

arrow Ətraflı
Dünyanı titrədən siyahı: Ən böyük tank orduları açıqlandı like
  • 16 Yan 23:51  
Dünya Dünyanı titrədən siyahı: Ən böyük tank orduları açıqlandı

Dünyanın ən nüfuzlu hərbi analiz saytlarından olan "Global Firepower&

arrow Ətraflı
Hədiyyəsinə baxanda yaralanmışdı  Sərxan evə buraxıldı like
  • 16 Yan 23:42  
Digərləri Hədiyyəsinə baxanda yaralanmışdı Sərxan evə buraxıldı

Ötən ay yol-nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı Sər

arrow Ətraflı
"30 ildir pəhrizdəyəm"  İrəm Derici like
  • 16 Yan 23:38  
Şou-biznes "30 ildir pəhrizdəyəm" İrəm Derici

Türkiyəli müğənni İrəm Derici sosial şəbəkədə etdiyi səmimi paylaş

arrow Ətraflı
Motosiklet qəzasında ölən 22 yaşlı Emilin like
  • 16 Yan 23:36  
Digərləri Motosiklet qəzasında ölən 22 yaşlı Emilin

Xəbər verdiyimiz kimi, Bakıda motosikletin yük avtomobilinə çırpılması

arrow Ətraflı
Keçmiş futbolçu Ümit Karan həbs edildi like
  • 16 Yan 23:25  
Digərləri Keçmiş futbolçu Ümit Karan həbs edildi

İstanbulda aparılan narkotik araşdırması çərçivəsində hava limanında

arrow Ətraflı
Bu işçilərin geyim forması dəyişdi  QƏRAR like
  • 16 Yan 23:23  
Digərləri Bu işçilərin geyim forması dəyişdi QƏRAR

Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilər

arrow Ətraflı
Məşhur təmizlik məhsulu bazardan yığılır: tərkibindəki maddə sonsuzluğa səbəb olur like
  • 16 Yan 23:15  
Digərləri Məşhur təmizlik məhsulu bazardan yığılır: tərkibindəki maddə sonsuzluğa səbəb olur

Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsind

arrow Ətraflı
"Seçim qarşısında qalsaydım, ailəmdən ayrılmazdım" like
  • 16 Yan 23:04  
Şou-biznes "Seçim qarşısında qalsaydım, ailəmdən ayrılmazdım"

Xalq artisti Gülyanaq Məmmədova şəxsi həyatından danışıb.

arrow Ətraflı
İranda insanlar kuponla alışveriş etməyə başladı like
  • 16 Yan 22:40  
Digərləri İranda insanlar kuponla alışveriş etməyə başladı

İranda 2025-ci ilin dekabrında başlayan şiddətli etiraz aksiyalarından son

arrow Ətraflı
Tramp İrana təşəkkür etdi like
  • 16 Yan 22:33  
Digərləri Tramp İrana təşəkkür etdi

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi tərəfindən yanvarın 15-də h

arrow Ətraflı