Cenevrədə WUF13ə həsr olunan müzakirə paneli təşkil edilib
Digərləri 16 Yan 2026 19:02:00 56 0
15-16 yanvar 2026-cı il tarixlərində İsveçrənin Cenevrə şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə birgə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi 35-ci Ali Səviyyəli Toplantısı çərçivəsində "Qlobal mənzil böhranının birgə həlli" mövzusunda panel müzakirəsi təşkil edilib.
Bu xəbəri də oxu: Tovuzda vəzifəli şəxsə iş yerində xəsarət yetirdilər
Son.az WUF13 Təşkilat Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax müzakirədə əsas məruzəçilər qismində çıxış ediblər.
"Çoxqütblü parçalanmalar və transformasiya dövründə multilateralizmin yenidən formalaşdırılması" mövzusuna həsr olunan tədbir 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksək səviyyəli beynəlxalq iştirakçını bir araya gətirib.
Sözügedən toplantıda beynəlxalq hüququn və ictimai rifahın qorunması üçün kollektiv fəaliyyətin təcili zəruriliyi, həmçinin layiqli mənzil təminatının dayanıqlı şəhər inkişafının mərkəzində olması və bu məsələlərin UN-Habitat-ın 2026-2029-cu illər üçün Strateji Planında yer alması xüsusi olaraq vurğulanıb. Müzakirələr zamanı qlobal öhdəliklərin konkret tədbirlərə çevrilməsi və dayanıqlı, əlçatan mənzil təminatının sürətləndirilməsi vacib məsələlər kimi qeyd olunub.
Çıxışı zamanı Anar Quliyev multilateralizmin heç bir ölkənin təkbaşına həll edə bilmədiyi - iqlim dəyişikliyi, sürətli urbanizasiya, bərabərsizlik və dayanıqlı inkişaf kimi qlobal çağırışların öhdəsindən gəlmək üçün ən effektiv yanaşma olduğunu bildirib. O, bu kontekstdə şəhər və yaşayış məskənlərində qlobal həllərin praktik fəaliyyətə çevrildiyi əsas məkanlar kimi həlledici rolunu xüsusi vurğulayıb.
Qeyd edib ki, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan şəhərləri və infrastrukturu regionları və cəmiyyətləri birləşdirən körpülər kimi dəyərləndirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və inteqrasiya olunmuş şəhərsalma layihələrindən danışan Anar Quliyev bu layihələrin təkcə ərazilərin yenidən qurulması deyil, həm də uzunmüddətli sülhə, sabitliyə və regional əməkdaşlığa töhfə vermək məqsədi daşıdığını bildirib.
Sonda Anar Quliyev həmkarlarını 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına dəvət edib.
Qeyd edək ki, toplantıda Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, Ümumdünya Ticarət Təşkilatı, BMT-nin Məskunlaşma Proqramı, Beynəlxalq Telekommunikasiya İttifaqı və BMT-nin HİV/QİÇS üzrə Birgə Proqramı kimi nüfuzlu təşkilatların ali səviyyəli rəhbərləri və nümayəndələri iştirak edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT-nin Cenevrə Ofisinin birgə təşkil etdiyi bu Ali Səviyyəli Toplantı çoxtərəfli əməkdaşlığı gücləndirmək və qlobal gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından beynəlxalq səviyyədə əhəmiyyətli platforma hesab olunur.
WUF13, qlobal mənzil və şəhərsalma çağırışlarının həllində fəal rol oynayaraq, çoxsahəli əməkdaşlıqların gücləndirilməsi və dayanıqlı şəhər inkişafının sürətləndirilməsinə töhfə verdiyini bir daha nümayiş etdirib.
Bakıda fəaliyyət göstərən "By Məhsəti" qadın salonu müştə
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Ümumi təhsil haqq�
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ümumilikdə 328 min 61 mül
15 yanvar 2026-cı il tarixində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) t�
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişikli
Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarında dəyişi
Ailə vəzifələrinə görə işçilər arasında hər hansı birbaşa və ya d
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılıb.
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ö
"Xiaomi" brendi REDMI Note 15 Pro+ 5G, REDMI Note 15 Pro 5G, REDMI Not
Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması q
"Kurtlar Vadisi" serialında "Güllü Erhan" obrazını canl
Əsas məzuniyyət və onun müddətləri qaydalarında dəyişiklik ediləcək.
Fransa Prezidenti Emmanuel Makron açıqlayıb ki, ölkəsi Qrenlandiyaya hərbi
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMB�
